Web sual-cavab sistemi - Cavablar.net

Yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualların cavabları ilə birlikdə mərkəzləşdirilməsi fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.

Sayt wordpress nüvəsi üzərində qurulub, pluginlərdən geniş istifadə olunub, amma saytı tələb olunan şəklə gətirmək üçün eyni zamanda istər pluginlərə, istərsə də wordpress nüvə fayllarına çoxlu kod müdaxilələri edilib. Hələ ki sayt release versiyasında deyil, qarşıdakı bir neçə ayda beta-dan çıxmaq gözlənilir.

Saytda istifadəçilərin qeydiyyatdan keçmək və ya növbəti gəlişdə parolu yada salmaq əziyyətindən qurtarmaq üçün Facebook connectdən istifadə olunub, istifadəçilər Connect düyməsinə tıklamaqla, müvafiq Facebook APİ-sinə icazə verməklə saytda həm hesab açmış, həm də hesaba daxil olmuş olacaqlar.

Aznet istifadəçilərinin böyük əksəriyyəti qeyri İT sahəsinə aid olduqlarından internetdən istifadələri yalnız bir neçə saytın istifadəsi ilə məhdudlaşır. Ona görə xüsusən bu tip istifadəçilərin köməyə ehtiyacı var: ixtisasına aid material tapmaqda, sosial şəbəkə və emaillərdə təhlükəsizlik məsələlərində, internet-dələduzlardan qorunmaqda və.s. Saytda kafi olacaq qədər baza toplanandan sonra sayt geniş şəkildə tanıdılacaqdır.(Facebook ads,pages, digər saytlarda, bloqlarda və.s.)

Saytın təkmilləşdirilməsi istiqamətində təkliflərinizi gözləyirəm. Özümdə də xeyli ideyalar var, inşallah yaxın zamanda reallaşdırarıq.
  • +1
  • 08 июня 2010, 00:30
  • Elliot

Комментарии (6)

RSS свернуть / развернуть
+
0
Uğurlar.Çoxdankı arzum idi. Sayta gəldikdə isə, yaxşı olardı ki, sual verənin və cavab verənin kimliyini görmək olsun və ən çox bal toplayanlar siyahısı olsun.
avatar

AzeriFire

  • 08 июня 2010, 10:11
+
0
Təşəkkürlər. :)Cavab verənin kimliyi görünür, sadəcə ilk sual-cavabları özüm SUAL VER niki ilə daxil etdiyimdən bu çaşdırır.:) Sual verənin kimliyi məsələsin də həll edərəm indi :). Ballar bazada toplanılır və deməli qarşıdakı günlərdə onların reytinq cədvəlini tərtib etmək üçün pluqin yazmam mümkün olacaq.
avatar

Elliot

  • 08 июня 2010, 10:40
+
0
Həə, ağlıma gəlmirdi heç ki, «Sual ver» nikdir =) Reklam banneri hazırla. Vurum mobilanda müəyyən müddətə. Sonra dost siyahısına salaram. Reklam etmək lazımdır. Banner jpg,gif,png ola bilər. Həcmi 30kb dan çox olmasın zəhmət olmasa.
avatar

AzeriFire

  • 08 июня 2010, 10:43
+
+1
Dəyişərəm Sual Ver nikini, çaşdırır doğurdan da.:) Ok sadə bir banner hazırlayım göndərərəm sənə, bir daha təşəkkür.
avatar

Elliot

  • 08 июня 2010, 10:52
+
0
Halal olsun… Deyirəmdə, AzNet üçün xeyirli nə eləsən, Elvinlə mən edəcəyik))) Elvin rəqiblərin var biraz)) məsələn: azerdict.com/answers/
avatar

Farik

  • 08 июня 2010, 23:42
+
0
tehsekkur Farik. He baxdim, o yahoo answers qurulushundadir, ve movzusu hertereflidir, mende ise qurulush ozume aiddir ve bir de movzu konkret internetden istifade-dir. ona gore de dusunmurem ki reqibik :)
avatar

Elliot

  • 09 июня 2010, 00:36

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.