Sosial Yeniliklər Düşərgəsi haqqında

SYD_loqo
Bir neçə gün öncə saytımızda Sosial Yeniliklər Düşərgəsinin gəlməsi barədə xəbər yerləşdirilmişdi. İndi istəyirik Sosial Yeniliklər Düşərgəsinin nə olması barədə Sizi məlumatlandıraq.

Müasir dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa sosial problemlərə qarşı olan, eləcə də bu problemi veb alətlər əsasında həll etməyə hazır olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə, problemə yeni həll yolu axtarırlar. Yeniliklərin rəqəmsal alətlər vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir. Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar. Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi problemlərin həllinə daha effektiv töhfə verəcək. BratislavadaTbilisidə keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik.

Bu düşərgədə 2 qrup insanlar iştirak edəcək:
1. İdeya sahibləri. Bu insanların hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları var, amma bunun üçün şəxsi imkanları məhduddur. Bu kateqoriyadan olan insanlar saytımızda öz ideyalarını mütəxəssislərə təqdim edə biləcəklər.
2. Mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar. Bu insanlar proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və bu sahələrlə əlaqəli hər kəs ola bilər və bu tədbirdə onlara ən azı ideya sahibləri qədər ehtiyac duyulur. Sadəcə iştirakçı kimi qeydiyyatdan keçmək üçün saytımızda yerləşdiriləcək formanı doldurub göndərmək tələb olunacaq.
Sosial Yeniliklər Düşərgəsinin qısa tarixçəsini bu keçiddən oxuya bilərsiz.

Sosial Yeniliklər Düşərgəsinin İnkişaf Meneceri Katherine Huinin bu tipli düşərgələr haqqında fikirlərinə bu videoda baxa bilərsiz:

  • +1
  • 04 августа 2010, 02:07
  • SYD

Комментарии (3)

RSS свернуть / развернуть
+
+1
BarCampnan hansı fərqləri var SYD?
avatar

anarek

  • 04 августа 2010, 11:59
+
0
Anarek, BarKampdan əsas fərqi ondadır ki, BarKampda əsas məqsəd İKT və Yeni Medianın inkişafı idi və bu təqdimatlar, şəbəkələşmələr və s. metodlarla həyata keçirilirdi. Sosial Yeniliklər Düşərgəsi isə BarKampdan fərqli olaraq sosial problemlərin həllinə yönəlmiş ideyaların müsabiqəsidi və qalib ideyaya (ideyalara) sonda pul mükafatı və digər dəstəklər nəzərdə tutulub
avatar

SYD

  • 04 августа 2010, 14:23
+
+2
Фамилия Катеньки — знаковая!
avatar

Skif

  • 04 августа 2010, 14:27

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.