Sosial Yeniliklər Düşərgəsi necə baş verir?

SYD_loqo
Bu günlərdə Sosial Yeniliklər Düşərgəsinin (SYD) gəlməsi xəbəriSYD haqqında məlumat saytımızda yer aldı. Bilirəm ki, çoxlarınız SYD-nin saytını səbirsizliklə gözləyirsiz, bu da saytımızın ünvanı: www.syd-az.net

İndi isə SYD-nin necə baş verməsi haqqında Sizə məlumat vermək istəyirəm.

Proses belə baş verir:
1. İdeya Fikirləşirsiz!

Vacib bir şeyi dəyişmək potensialı olan veb-əsaslı bir alət üçün ideya fikirləşin! İlkin fikrinizin yaranması üçün düşərgəmizin saytında İdeyalara verilən tələblər səhifəsində olan bilgidən istifadə edə biləcəksiniz. Bizim ideya kriteriyalarına cavab verməyiniz tələb olunur. Sizin ideyanızın xüsusi bir sosial ehtiyaca ünvanlanmasına ehtiyac duyulur, texnologiyanız məntiqə əsaslı və yaradıcı olmalıdır. Siz fərqli bir şey etməlisiniz!

2. İdeyanız haqqında bizə yazırsız!

İdeyanızı saytımızın İdeya göndərin səhifəsində qeydiyyatdan keçirirsiniz. Orada ideyanızın nə olduğunu izah etmək üçün suallar verilir. İdeyanız “məxfi” ola bilər, biz bu zaman Sizin ideyanızı heç kimlə paylaşmayacayıq. Əgər ideyanızı “açıq” etsəniz, biz ideyanızı Sizin və başqalarının şərh yazması üçün hamıya açıq edəcəyik.

3. İdeyalarınızı Sosial Yeniliklər Düşərgəsinin hakimlərinə sevdirirsiniz!

İdeyalar bizə göndəriləndən sonra, hakimlər sosial dəyişiklik yaratmağa böyük potensialı olan və göndərilən bütün ideyalardan daha çox xeyir verəcək ideyanı seçirlər. Bundan sonra seçilmiş ideyalar düşərgədə inkişaf etdiriləcək.

4. Bizə iştirakçı kimi də qoşula bilərsiz!

Əgər Sizin ideyanız seçilməyibsə və ya heç bir ideyanız yoxdursa, amma sosial inkişafa aparan yenilik üçün çalışmağa həvəslisinizsə, Siz də qoşulun. Biz məhz Sizi axtarırıq. Çünki faktiki olaraq, Siz vacibsiniz. Bizim geniş insan kütləsinin yardımına ehtiyacımız var: proqram tərtibatçılarından tutmuş biznes ekspertlərinə, dizaynerlərdən tutmuş marketoloqlara, internet vəkillərindən tutmuş bloqçulara kimi müsbət yeniliyə can atan hər kəsə ehtiyac var ki, kömək etsinlər və seçilmiş ideyalardan ən yaxşısı həyata keçirilsin. Siz İştirak üçün müraciət edin səhifəsində bizə nə ilə maraqlarınızı və bacarıqlarınızı deməlisiz (video hazırlayan, məqalə yazan, proqramçı, sosial yenilikçi, təşəbbüskar və s.) ki, biz Sizə düşərgədən daha çox şey əldə etməyə kömək edək.

5. Düşərgəyə qatılırsız!

Sosial Yeniliklər Düşərgəsi açıq məkan görüşüdür. Bizim istəyimiz ekspertlər tərəfindən seçilmiş ideyaların Sizlər tərəfindən Sizin istədiyiniz formada gerçəkləşdirilməsi və bu veb-əsaslı alətin 48 saatdan da az bir müddətə yaradılmasıdır. Siz seçilmiş ideyalar ətrafında komanda şəklində birləşirsiniz, amma Sizdən qrup içində, heç vaxt qarşılaşmadığınız insanlar arasında işgüzar olmağınız tələb olunur.

6. Danışırsız və ən yaxşı komanda olduğunuzu göstərirsiz!

Ümid edirik ki, Siz düşərgədə bizim qrupun bir üzvü olacaqsınız. Tədbir, Sizin iki gün ərzində üzərində işlədiyiniz layihələrin təqdimatı ilə bitəcək. Təqdimatdan sonra sosial dəyişiklik yaratmağa ən çox potensialı olan layihənin komandası üçün həmin layihə maliyyələşdiriləcək.

7. İşə başlayırsız!

Sosial Yeniliklər Düşərgəsi yeni layihələrə başlamaq üçün əlaqələr yaratmaqdan ibarətdir. Ümid edirik ki, Sizin ideayalarınız bu düşərgə ilə bitməyəcək. Sosial Yeniliklər Düşərgəsi Sizin düşərgədə yaratdığınızı həyata keçirməyinizlə kifayətlənmək niyyətində deyil. Niyətimiz yeni ideyaları həyata keçirmək üçün ətrafınızda həmişə kömək ala biləcəyiniz və kök edəcəyiniz şəbəkə yaratmaqdır.

Bu video da Sizin Sosial Yeniliklər Düşərgəsinin əsas mahiyyətini başa düşməyinizə kömək edə bilər.



Uğurlar!
  • +1
  • 06 августа 2010, 00:51
  • SYD

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.