en2az refresh base

Salam. Hamınızı xoş gördük. Axır günlər başımın çox qarışıq olduğundan, bura yaza bilmirdim. Məqalələr, şəxsi məsələlər və digər işlər… :) Hə, indi isə keçək əsas mövzuya. Son zamanlar İKT sahəsində yeni terminlərin yaranmasının çoxları şahid olub. Bunu əsasən developer`lər çox hiss edir.



Bunun üçün, biz də, en2az.net layihəsində bazanın yenilənməsi haqda müzakirələr aparıb, qərara gəldik ki, bizim hörmətli AzNet auditoriyası ilə bu prosesi həyata keçirək. Bunun üçün bizə bu sahədə bilikləri olan istifadəçilər lazımdır. Hal-hazırda 32 nəfər userimiz var, onlara da e-poçt vasitəsilə xəbər edəcəyik.

Birdə, elə burdaca sual vermək istədim. Yeni sözlərin əlavə edilib, müzakirəsi üçün, sizcə, hansı sistemdən istifadə edilməsi əla olar? Blog/Forum? və yaxud yeni əlavə olunan sözlər haqda məlumat olunsun, bəs edər? Çünki hər bir sözün səsverməsi sistemində, öz müzakirə üçün düyməciyi var. Düyməciyi basdıqda, yeni müzakirə səhifəsi açılır və istifadəçi öz mövqeyi ilə bölüşə bilir.

Əgər sizin bu sistemdə hesabınız yoxdursa, mənimlə farik@en2az.net ünvanı üzrə əlaqə saxlaya bilərsiniz.

//Mövzunu müzakirə edək, sizin hər hansı bir təklifiniz varsa, burada səsləndirə bilərsiniz.
  • +1
  • 26 июля 2011, 14:38
  • Farik

Комментарии (6)

RSS свернуть / развернуть
+
0
Belə bir şey etsəniz yaxşı olar, hər sözü əlavə edərkən alternativlər də olsun, lakin bir tərcüməsi default qalsın. Kim ki, onu alternativlərlə əvəz etsə həmin alternativə +1 əlavə edilsin, beləcə ən çox səs yığan tərcümə sözü daha optimal təcümə kimi qalar. Necə ki bunu digər «nəhənglər» edir =) Müzakirə üçün Blog olsa yaxşıdır, çünki sözlərin demək olar hamısı İT sahəsinə adi olacaq. Əlavə alt forumlar və s. yaratmağa gərək qalmaz.
avatar

kiber

  • 26 июля 2011, 15:24
+
0
Dəstəkləyirəm. Ən çox səs verilmiş variant seçilsin.
avatar

RaminOrucov

  • 26 июля 2011, 15:44
комментарий был удален

+
0
Artıq bu sistem mövcuddur :) Hələ 2009-dan)) Baxın:
avatar

Farik

  • 26 июля 2011, 15:56
+
0
Ooo =) Bunu ancaq qeydiyyatlılar edə bilir deyəsən? Hə?
avatar

kiber

  • 26 июля 2011, 16:00
+
0
Bəli. Ümumistifadə haqqını verməmişik, çünki hər adamın başı çıxmır terminlərdən. Tərcümənin halı pozular)
avatar

Farik

  • 26 июля 2011, 16:01

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.