On-line və soft tərcümə sistemləri

Bu gün disk sıyırmamı yoxlayanda, İntelSoft şirkətinin tərcümə diski əlimə düşdü. Bu diski, mənə Dima müəllim (İnfoCity.az) vermişdi, demişdiki vaxtın olanda baxarsan, yeni tərcümə sistemidir. Yəni artıq bu sistemin yaradılması 1 ilə yaxınlaşır, lakin mən əsgərlikdən gəldiyim üçün, mənimçün təzə gəldi: ) Ona görə də, sizlər üçün on-line və soft şəklində olan tərcüməçilər barədə bloq post yazmaq qərarına gəldim.  Bu haqda bir dəfə İnfoCity jurnalının 2010-cu il burxılışlarının birində yazmışdım, ancaq indi bu mövzuya qayıtmaq qərarına gəldim.

1. İntelSoft şirkəti haqqında söz düşmüşkən, elə olardan da başlayaq. İlk əvvəl soft versiyasına baxaq:



İlk görünüşdən görünür ki, tərcümə yalnız birtərəfli, yəni Rusca > Azərbaycanca istiqamətdə təşkil edilib. Geriyə, yəni Azərbaycan dilindən Rus dilinə tərcümə mümkün deyil.  Hələki ilk versiya olduğundan yüksək texnologiya və yeniliklər olmadığından yeni versiyanın ha vaxt olacağı haqda maraqlandım:
   
   Yəqin ki hər bir istifadəçi bu xəbəri görəndə, sayta keçib, yeni versiyanı yükləmək istəyir. Elə məndə özümü o istifadəçilər kimi hiss edib, sayta keçdim… Amma saytda yeni versiyanı yükləmək barədə heç bir məlumat tapmadım… Baxın, bəlkə siz taparsız…  Texniki məlumatları da çatdırım:

Son versiya: 1.0.7
Ölçüsü: 14,2 MB
Minimal sistem tələbləri: 256 MB RAM, diskdə 50 MB yer, XP/Vista/7
Veb-sayt: www.intelsoft.az

Amma əvəzində, online tərcümə sistemi haqda yekə bir bannerə rast gəlirik. Banner üzrə keçdikdə, online tərcümə sistemi ilə rastlarşırıq. Elə burada da, tərcümə yalnız birtərəfli, yəni Rusca > Azərbaycancadır.


    Onu da qeyd edim ki, sayt 2 dildə fəaliyyət göstərir… Azərbaycan və Rus.

2. Növbəti tərcümə sistemi Dilmanc şirkətidir. Yəqin ki bu tərcümə sistemini hamınız tanıyırsınız.  Azərbaycanın ilk tərcümə sistemlərindən olan Dilmanc, 2005-ci ilin aprel ayından öz fəaliyyətinə başlayıb. Hal-hazırki ən son yeniləmə, nəyə görəsə 2008-ci ildən bu yana yenilənməyib...


Tərcümə üç istiqamətdə aparılır.    İngiliscə — Azərbaycanca, Azərbaycanca — İngiliscə və Türkcə — Azərbaycanca. Proqram təminatında verilmiş tərcümə istiqamətlərindən başqa, seçilmiş mətnin səsləndirilməsi servisi də mövcuddur. Lakin səsləndirmə yalnız ingilis dilində mövcuddur. Son yenilənmə, saytdan aldığımız xəbərə görə 15.11.2008 tarixində olub. Proqram təminatının bir minusu da var ki, Windows 7 əməliyyat sistemində işləmir… Bu da complesson.info saytında Dilmanc proqramının yükləmə səhifəsindən götürdüyüm şərh:

Mübariz (2011-05-02 04:18:00) Dostlar, bu proqramı mən də istifadə edirdim.Windows 7-ə keçdikdən sonra işləmir.Bunun bir çarəsi yoxdurmu? Sağ olun.

Proqramın texniki məlumtları:

Son versiya: 2.5 beta
Ölçüsü: 6,72 MB
Minimal sistem tələbləri: 128 MB RAM, diskdə 25 MB yer, Windows NT/2000/XP/Vista
Veb-sayt: www.dilmanc.az

Hə… Soft barədə qısa bir məlumat yazdım… Daha dərin məlumatı tərcümə sisteminin veb-saytında ala bilərsiniz. İndi isə keçək şirkətin onlayn tərcümə sisteminə… Deməli, birbaşa bu mövzuya toxunmazdan əvvəl, bir hadisə haqda danışmaq istərdim.  Mövzunun əvvəlində bildirdiyim kimi, bu tərcümə sistemləri haqda artıq bir dəfə İnfoCity jurnalında yazmışdım. Elə həmin vaxtda, mövzuda Dilmanc proqram təminatına toxunduğumuz üçün, jurnalın bir neçə nüsxəsini onlara təqdim etmək üçün ofislərinə buyurdum. Ofisdə proqramçılar qrupunun rəhbəri olan Rauf Fətullayevlə qarşılaşdım və söhbətə başladıq. Onların tərcümə sistemləri haqda məqalə yazdığımı bildirib, jurnalları ötürdükdən sonra, bir qədər Azərbaycanda İKT inkişafı, AzNet və digər mövzularda söhbət etdik. Mən Rauf müəllimə Google Translate-in Azərbaycancaya belə tərcümə sistemin yaradıldığını söylədim. Sistem alfa olsada, artıq bir addım kimi saymaq olar. Rauf müəllim bildirdi ki, bu yaxınlarda tərcümənin online versiyası işıq üzü görəcək. Söhbət boyu, hətta Rauf müəllimin www.qwe.az barədə də soruşdu ki, bəs tanımırsan kimdi bu saytı yaradanlar. Özüm də məhətdəl qaldım. Söhbətə onların daha bir proqramisti də qoşulmuşdu. Kompüter arxasından bildirdi ki, elə bu yaxınlarda qarşılaşmışıq. Oxuyuruq: )  Çox sağolsunlar, elə o vaxtdan, link-lərin siyahısında, www.qwe.az -da öz yerini tapıb.

Hə… Amma düz əsgərliyə getdənəcən Dilmancın online tərcümə sistemini görmək mənə qismət olmadı. Qayıtdıqdan sonra İntelSoft şirkəti ilə maraqlanarkən, www.translate.az domeni ilə rastlaşdım: )



Artıq İntelSoft şirkətinin online tərcümə sistemindən fərqli olaraq, Dilmancın təqdim etdiyi tərcümə sistemində Azərbaycanca > Rusca istiqamətindədə tərcümə etmək mümkündür. Yalnız mən burada İngilis və Türk dilinə rast gəlmədim.  Soft şəklində olan tərcüməçidə Rus dilinin olmaması, online tərcüməçidə isə yalnız Rus dilinin olması hər bir istifadəçidə yalnız şübhə hissi doğura bilər. Doğurdan mı Dilmanc şirkəti, İntelSoft şirkəti ilə rəqabət aparmaq üçün bu sistemi istifadəyə verib? Hər şey ola bilər: )

3. Növbəti söz açacağımız tərcümə sistemi, bizim köhnə dostumuz Polyglot-dur. Polyglot lüğətinin hansı şirkətə və yaxud kimə məxsus olduğu barədə heç bir məlumat yoxdur. Şəxsi tanışlığım olduğum üçün, bircə onu bilirəm ki, bu proqram üzərində Dilmanc şirkətinin hazırki direktoru, Əbülfət müəllim və hal-hazırda Sinam şirkətində çalışan Firudin müəllimin işidir (layihədə bildirdiyim adamlardan başqa şəxslər də iştirak edib, yalnız mənim məlumatım yoxdur).



Lüğət aşağıdakı istiqamətlər üzrə tərcümə aparır: İngiliscə > Azərbaycanca,  Azərbaycana > İngiliscə, Almanca > Azərbaycanca, Fransızca > Azərbaycanca, Azərbaycanca > Fransızca, Rusca > Azərbaycanca, Azərbaycanca > Rusca, İngiliscə  > Rusca. Proqram təminatının ən son yenilənməsi 1.2 versiyasıdır. Saytda bu haqda xəbər verilməsədə, proqram barədə düyməsini basdıqda bu haqda xəbər aldım.

Proqramın texniki məlumatları:

Son versiya: 1.2
Ölçüsü: 20,1 MB
Minimal sistem tələbləri: 128 MB RAM, diskdə 25 MB yer, Windows NT/2000/XP
Veb-sayt: www.polyglot.az

Proqramın onlayn tərcüməsi haqda yazmaq istərdim, amma veb-saytda tərcümə düyməsinə basdıqda HTTP 404 error verir… Yəqin scriptdə hər hansısa bir problem var və buna çoxdandır baxılmır… Demək olar ölməkdə olan bir layihədir. Hələ də sürünür: )

4. Soft şəklində olan tərcümə sistemlərini şərh edib qurtardıqdan sonra, keçirik veb üzərində istifadə edilən tərcümə sistemlərinə… Bu tərcümə sistemlərindən biri də, Fərhad Səfərov-un öz komandası ilə birgə yaratdığı www.azerdict.com layihəsidir.



Saytdan layihə haqqında olan məlumatı sizlərə çatdırıram:

AzerDict Azərbaycanın ən böyük pulsuz onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğətidir. AzerDict 3 Boğaziçi Universiteti yetişdirməsi tərəfindən qurulmuşdur. Hazırda isə layihənin inkişaf etdirilməsində və genişləndirilməsində on nəfərə yaxın şəxs iştirak edir. Lüğət Azərbaycan və İngilis dilinin eyni anda öyrənilməsi üçün istifadəçiləri dəqiq, doğru və rahat mənbə ilə təmin etməyi hədəfləyir. Həmçinin, AzerDict Azərbaycanca və İngiliscə məlumatların paylaşıldığı və bu dillərdə yeniliklərin təqib edildiyi fəal, sosial və kollektiv cəmiyyətin yaradılmasını qarşısına məqsəd qoymuşdur. İstifadəçilər AzerDict onlayn lüğəti vasitəsilə Azərbaycan və İngilis dilində olan istənilən sözü axtarıb tapa və öz söz bazasını təkmilləşdirə bilər. Bunun üçün AzerDict istifadəçilərə 150,000-dən çox söz, söz birləşməsi və idiomlardan ibarət olan mənbə təqdim edir. Bundan başqa, istifadəçilərin daha rahat axtarış edə bilmələri və istədikləri nəticələri tapa bilmələri üçün lüğət bir çox funksiyalarla təchiz edilmişdir. Sayta sonraki mərhələlərdə əlavə edilmiş Orfoqrafiya, Rusca-Azərbaycanca və Azərbaycanca- Rusca lüğət və Aforizmlər toplusu AzerDict-in tərəqqisinin və gələcək nailiyyətlərinin bir göstəricisidir.

Veb-sayt:  www.azerdict.com

5.  Son sizə təqdim edəcəyim tərcümə sistemi, bu İKT sahəsi üzrə İngilis və Rus dilindən, Azərbaycan dilinə tərcümə sistemidir. Lüğətdə hal-hazırda 2000-dən çox söz və söz birləşmələri təqdim edilir. Tərcümə bu sahədə bilikləri olan insanların səsvermə şəklində aparıldığından, nəticələr lazım olduğu şəkildə əldə edilməsi mümkün olunub. Bu layihəni  Elvin Hacı ilə birlikdə işləmişik. Məqsəd, Azərbaycan internetində İKT terminlərinin düzgün işlənilməsidir. Lüğət barədə çox danışmayacam, en2az.net ünvanı üzrə keçib, istifadə edə bilərsiniz.



 

Yuxarıda qeyd etdiyim tərcümə sistemlərindən əlavə, daha bir neçə on-line tərcümə sistemini sizə təklif etmək istəyirəm. Bunlardan biri, Google Translate tərcümə sistemidir. Düzdür, sistem alfa versiyasında işləsədə, pis tərcümə eləmir. Amma çox böyük qüsurlar var və bu haqda Google şirkətinə çox məktublar yazmışıq. Düzəliş olunmur… Məsələn: tərcümə sistemində «Aygün Kazımova» yazın və Azərbaycanca > Rusca seçin. Elə ingiliscədə seçə bilərsiniz… Nəticəni burda yazmıram ki, bir az maraqlı olsun :)

Digər tərcümə sistemi SGS şirkətinə məxsusdur. Bilmirəm nəyə görə sayt üzərindən bu lüğəti tapmaq mümkün deyil, amma google search indeksasiyası nəticəsində bu url əldə etmişəm :) http://www.sgs.az/azdict/index.php

Məncə tərcümə sistemləri barədə bu günlük bu qədər bəs edər. Sizi maraqlandıran hər hansı bir məlumat varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Hörmətlə, Fərhad Ələkbərov.

Əsli: http://elekberov.com/?p=116
  • +1
  • 01 августа 2011, 03:16
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
+1
mence Dilmanci «Open Source» layihe eleseler daha yaxshi neticeler elde etmek olar, onsuzda pulsuzdu bu proqram
avatar

qorodok

  • 01 августа 2011, 22:59
+
0
Open Source eləməzlər, çünki elə belə layihə deyil. :)
avatar

Farik

  • 02 августа 2011, 12:35

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.