Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

3. Yeni veb-saytların az istifadəyə verilməsi. Müxtəlif təşkilatlar, şirkətlər, tədbirlər üçün Facebook-un müxtəlif funksiyalarından istifadə olunmasının asanlığı müxtəlif şəxsləri həmin məqsədlə ayrıca veb-səhifə deyil, Facebook-da hadisə, qrup, bəyənmə səhifəsi açmağa vadar edir.

4. Yerli saytlar üçün reklam imkanlarının azalması. Facebook reklam xidməti (Facebook Ads) müxtəlif şəxslər, bəyənmələr, yaş kateqoriyaları, təhsil səviyyəsi, maraq dairəsi və başqa xüsusiyyətlərinə əsasən istifadəçiləri reklam üçün hədəfləməyə imkan verdiyi üçün Azərbaycandilli veb-saytlar yaradaraq reklam qazanma şansları kifayət qədər aşağıdır, çünki Facebook reklamları Azərbaycan ərazisində kifayət qədər ucuzdur.

5. Translitlə yazma vərdişi. Əsas məsələlərdən biri həmçinin Facebook istifadəçilərinin nə üçünsə translitlə yazmasıdır, sanki Facebook-da olarkən insanlar Alt+Shift düymələrinə birgə basıb klaviaturanı Azərbaycan dilinə çevirməyə tənbəllik edirlər və ingilis şriftləri ilə yazmaqda davam edirlar. Bu da ola bilər ki, çoxlarında formalaşan «Belə yazsam, onsuz da dostlarım başa düşəcəklər» fikrinin olmasından irəli gəlir. Müşahidələrim göstərir ki, Facebook-da translitlə yazmaq bizim xalqın səciyyəvi xüsusiyyətidir :-)

© Rəşad Mehbaliyev

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
Çox gözəl yazmısan. Amma forum texnologiyası və s. artıq geridə qalıb. Sual vermək söhbəti, bunun üçün müəyyən olunmuş servis saytlar var. Məsələn: cavablar.net və s.
Bloq məsələsinə gələndə, onsuzda inkişaf etmiş user həm facebookda status yazır, birdə özünə blog açıb, orada fikirləri ilə paylaşır. Facebook status, twitter və s. kimi qısa fikir bölüşmələri ilə blog texnologiyası heç də üst-üstə düşmür.
Kim bizim saytlara reklam verirdi ki bu vaxta qədər? :) Facebookdan da əvvəl Mail.Ru var idi :) Həm də reklamı populyar, oxucusu olan saytlara verilir, özündə bilirsən. Məsələn day.az and etc…
Translitə qalanda, insandar asılıdır. Onun internet mədəniyyəti və dilə hörmət məsələsidir… Kim necə istəyir, elədə yazır… Bunun qarşısı alınmazdır.
Səni hardasa başa düşürəm… Amma bunun qarşısını almaq mümkün deyil. Sadəcə paralel mübarizə aparmaq lazım :)
avatar

Farik

  • 04 августа 2011, 23:45
+
0
Fərhad, forum texnologiyası köhnə texnologiyadır, amma deməzdim ki, geridə qalıb. Şəxsən mən ingiliscə nə axtarsam, ingilisdilli forumlara keçidlər yuxarı nəticələrdə çıxır Google-da. Kifayət qədər faydalıdırlar bu baxımdan.

Mən bloqla FB statusu yox, Facebook Notes funksiyasını müqayisə etmişəm, şəxsən çünki Facebook Notes-ı bloq açıb yazmaqdan daha rahat hesab etdiyim üçün belə düşünürəm.

İş ondadı ki, insanların motivasiyası azalıb yeni sayt açmağa, çünki reklamdan pul qazanma ehtimalı çox aşağıdı, FB ilə reklam qiymətlərində rəqabət aparmaq çox çətindi.

Translit söhbətində dilə hörmət məsələsi və internet mədəniyyəti ilə tamamilə razıyam, amma o qədər insan tanıyıram ki, bloqunda, forumlarda və digər yazışmalarda Azərbaycandilli latın qrafikası ilə yazsa da, Facebook-da translitlə yazır :) Məncə dediyim psixologiya heç də az rol oynamır
avatar

RMehbaliyev

  • 04 августа 2011, 23:53
+
0
Düzdü, deyə bilmərəm ki, elə məndə həmişə qramatikaya riayət edirəm. Amma çalışdığım qədər diqqət edirəm. Facebook-a çox insanlar əyləncə və istirahət üçün girirlər. Necə ki, əvvəllər də forum da bunun üçün idi. Məncə facebook daha da dilin və ölkənin inkişafına kömək edir. Bu yolla, xarici insanlarla əlaqələr yaranır və dilin inkişafına da kömək yaranar. Yalnız ölkə daxilində yox, xarici servislərdə də dilin istifadəsi, çox gözəldir.
avatar

Farik

  • 05 августа 2011, 00:20
+
0
— Facebook-un axtariş saytlarında indeksasiyaya düşməməsi bütün ölkələrə aiddi, hər yerdə, hamı Facebook-da oturub. Global bəladı :)
— Həm mobil qurğular da artıq öz təsirini göstərir, forumun Facebook-da olduğu kimi rahat Client proqramları və ya forum saytlarının mobil variantı yoxdu (ən azından mən qarşılaşmamışam)
— Translit problemini də mobil qurğulara aid etmək olar, sms yazmağa öyrəşmişik, vərdiş Facebook-a da keçib
avatar

qorodok

  • 05 августа 2011, 02:14

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.