Bu yayın mövzusu: iPhone4 ya Samsung Galaxy S2 ?

Bu yayın əsas problemlərindən biri olan bu seçim, son günlər daha da qızğınlaşıb. O gün dostum özünə yeni touch phone almaq fikrinə düşüb. Mənə İCQ-ya yazır ki, bəs iPhone alım ya Galaxy? Mənim seçimim Galaxy oldu. Amma dostum deyir ki, iPhone səviyyədir! Nə bilim Glamur Phone =)
Bu gün də, tvitterdə Nigar iPhone və yaxud Galaxy deyə sual verdi:
@NiGARHAPPY NIGAR MAMMEDZADEH:
iphone ya samsung? =)
Bu suallar çox adamlar verir və hər dəfədə hər adam, hansı faktları göstərirsən göstər, yenədə ürəyi istədiyi telefonu seçir. Gəlin bu gün bu faktları gözdən keçirək. iPhone4 ya Galaxy? Bəs biz hansını seçməliyik?



Məsələn, İKT sahəsində işləyən, programmer, web-programmer, system administrator və s. əsasən Android OS üzərində olan Samsung Galaxy S2 seçimi edir. Twitter istifadəçilərindən Android OS-li touch phone olan bir neçə nəfərin adını çəkim:

Şaiq MuradovSamsung Galaxy S
Sadiq MuradovHTC Desire HD
Anar ƏliyevHTC Nexus One
Amid QuliyevHTC Nexus One
Orxan MəmmədovSamsung Galaxy S2
Rüfət BabayevSamsung Galaxy S2 deyilmiş, ancaq Galaxy Pad
Ramin OrucovHTC Incredible S
Samir NəbiyevSamsung Galaxy S2
Məcid CəbrayılovSamsung Nexus S
Elvin HacıHTC Wildfire

Hə… deyirəm bu qədər Android OS üzərində işləyən AzNet nəhənglərinin adlarını çəkdim. Fikir versəniz, artıq çoxları Samsung Galaxy S2 keçib. Anar, Amid, Sadiq, Şaiq və Ramində yəqin fikirləşirlər ki, phone 1 ildi işləyir, dəyişməyə ehtiyac yoxdur…
Amma elə iPhone işlədənlərində sayı az deyil:

Dima AndrianoviPhone4
Ruslan FəttahoviPhone4
Fərid ZərbəliyeviPhone4
Xanım CavadovaiPhone4
Pərviz HacıyeviPhone4
Vladimr ZiminiPhone 3GS
Baba ƏliyeviPhone 3GS
Rəşad ƏliyeviPhone 3GS dəyişib Nokia-ya.

və s… Kim yadımdan çıxıb, sorry, saat artıq 4-ün yarısıdır =) Yəni gördüyünüz kimi, iPhone sevənlərdə az deyil =) Onu da qeyd etsək ki, iPhone5 bu yaxınlarda təqdim ediləcək, bəlkə də bu sevərlərin sayı artdı =) Həmdə Galaxy ilə iPhone4 müqayisə etmək çox gülüncdür, çünki iPhone4 1 il bundan əvvəl çıxıb, Galaxy isə bir neçə ay bundan əvvəl. Bax iPhone5 çıxanda, müqaisə çox gözəl olacaqdır… Hə, gəlin görək indi bu touch phone olmayanlar bəs hansı modeli seçsinlər? Galaxy S2 ya iPhone4?

Samsung Galaxy S2 vs iPhone4:

İlk əvvəl, hər bir istifadəçini cəlb edən, xarici görünüşdən bəhs edək. Hər iki telefonun çox gözəl xarici görünüşü var. iPhone həmişəki kimi öz dişlənmiş alması ilə, bu dəfə artıq batıq kürə içərisində, Galaxy S2 isə aşağı hissəsinin dalğavari şəkildə olması ilə dizayner gözəlliyini bizə təqdim edir.



Samsung Galaxy S2 öz incəliyi ilə nəzərləri cəlb edir (üzərindən gözmuncuğu acmağı unutmayın=)). Telefonun qalınlığı 8,49 mm-dir, iPhone 4-də bu göstərici 9,8 mm-dir. Ancaq Galaxy S2-də qalınlığın bu qədər incələşdirilməsi, başqa nüanslarda özünü göstərib. Telefonun eni iPhone4-ə nəzərən 9,3 mm, uzunluğu isə 10,1 mm çoxdur.

Korpusa gələndə, Samsung Galaxy S2 bütün kauçukdandır. Bu seçimi, Samung tərtibatçıları, telefonda processorun qızmaması üçün edilməsi kimi təqdim ediblər. iPhone 4-də isə korpus közərmiş şüşə və haşiyəsi paslanmayan poladdandır.

Korpusda kauçukdan istifadə edilməsi, Samsung Galaxy S2-yə çox kömək olub və onun çəkisi sadəcə 116 qramdır, iPhone4 isə bu arada bir az ağır, yəni düz 137 qram gəlir =)

Ekran:

Samsung Galaxy S2 ekranı genişlənməsi 800x480 ölçüdədir və 4,3" düymdür, iPhone4-də isə bu göstəricilər 960x640 və 3.5" düymdür. Retina displeyli iPhone4 demək olarki zirvələrdədir, yalnız Samsung Galaxy S2-də də displey Super Amoled Plus-dur. Əgər yalnız ekran genişlənməsinə baxsaq, iPhone4 əvəzedicisi yoxdur, yox əgər digər göstəriciləri də nəzə alsaq Samsung Galaxy S2 daha üstündür. Ekran işıqlanması, günəşli havada görünüşlərin effektivliyi və enerjiyə qənaət son iPhone baxanda daha da üstündür.



Kameraya gəldikdə, üstünlük əlbəttə ki bütünlüklə Samsung Galaxy S2 tərəfindədir. Arxa kamerası 8 Mpx və Full HD çəkdiyi halda, iPhone4-də bu göstəricilər 5 Mpx və HD çəkilişdir. Ön kameraları isə Galaxy-də 2 Mpx, iPhone4-də isə 0,3 Mpx-dir.

Əməliyyat sistemi və prosessorlar:

Samsung Galaxy S2-də prosessor Cortex A9-dur. Bu da özlüyündə 1,2 Ghz güc əks etdirir. iPhone 4-də isə prosessor Cortex A8-dir və 1 Ghz gücündədir. Bildiyiniz kimi, iPhone 5-ə kimi, bütün Apple məhsulları Samsung Cortex prosessorları ilə təhciz edilirdi. Son zamanlar Galaxy telefonları kimi gadgetlər çıxdıqdan sonra, Apple şirkəti bu yaxınlarda Samsung şirkətindən imtina edib, TSMC şirkəti ilə müqavilə imzalayıb və yeni iPhone bu yeni prosessorla təhciz ediləcək.

Samsung Galaxy S2-də əməliyyat sistemi Android OS-in son versiyası olan 2.3 Gingerbread-dır.  Çoxfunksionallı və gözəl əməliyyat sistemi + TouchWiz 4.0 interfeys telefon sahibinə istifadə üçün  rahat təkliflər təqdim edir.  iPhone4-də isə özəl əməliyyat sistemi olan iOS və gözəl və rahat interfeysdir.

Yaddaş:

Hər iki telefon, iPhone4 və Samsung Galaxy S2 iki yaddaşda təqdim edilir — 16 və 32 GB. Yalnız Samsung Galaxy S2-də 32 GB micro SD dəstəyi, telefon yaddaşını 64 GB qədər qaldırmaq imkanını təqdim edir.

Batareya:

Samsung Galaxy S2 1640 mAh gücündə litium-ion akkumlyatoru  ilə təhciz olunub. Aktiv rejimdə 2G şəbəkələrində 18,5 saat, 3G şəbəkələrində isə 9,5 saat işləyir. Gözləmə rejimində isə şəbəkədən asılı olaraq 610-710 saat işləmə imkanı var. iPhone4-də bu göstəricilər 1400 mAh gücdə litium-ion akkumlyator, 2G şəbəkəsində 14 saat, 3G şəbəkəsində 7 saat və gözləmə rejimində isə 300 saat işləmə imkanı vardır. Hər iki telefon USB ilə yüklənir.

Bağlantılar:

Bluetooth v3.0, HDMI çıxış, DLNANFC texnologiyaları dəstəyi Samsung Galaxy S2-nin iPhone4 üzərində üstünlükləridir. Bundan əlavə isə hər iki telefon 3G, Wi-Fi, USB и 3,5 mm audio çıxışlar və GPS dəstəkləyir.

Ənənəvi iPhone4 çatışmamazlıqları — radio dəstəkləməməsi, flash texnologiyası və bir sıra formatların dəstəklənməməsidir. Yalnız bol Apple Store və çox rahat Safari brauzeri iPhone4 uğurudur.

 


 

İndi isə sizə bir gözəl video təqdim edim. Test Drive:



Gəlin indi qiymətlərlə tanış olaq. İlk olaraq iPhone 4 üçün qiymətləri nəzərdən keçirək:

NLT Telekom — www.nlt.az:
iPhone 4 16Gb — 799 AZN
iPhone4 32Gb — 899 AZN

World Telekom — www.w-t.az:
iPhone 4 16Gb — 799 AZN
iPhone 4 32Gb — 899 AZN

Computex — www.computex.ws:
iPhone 4G 16Gb — qara 749 AZN — (internet üzərindən — 699 AZN), ağ — 799 AZN — (internet üzərindən 799 AZN)

İndi isə keçək Samsung Galaxy S2 qiymətlərinə… Nəsə 16 Gb-lıq hamı satır. 32 Gb rast gəlmədim =)

NLT Telekom — www.nlt.az:
Samsung Galaxy S2 16 Gb — 699 AZN

World Telekom — www.w-t.az:
Samsung Galaxy S2 16 Gb — 699 AZN

Computex — www.computex.ws:
Samsung Galaxy S2 16 Gb — 699 AZN (internet üzərindən əldə etsəz, 689 AZN)

Hə… Deyirəm bəlkə bu qədər bəs edər seçim etmək üçün. Bizdən demək — sizdən eşitmək. Məlumatların tərtib edilməsi zamanı əsasən mj1.ru saytından, google axtarış sistemi üzərindən və wikipedia.org -dan istifadə edilib. Ayrıca təşəkkür Şaiqə, Samirə və Sergeyədir. Kimin hansı telefon işlətdiyi haqda məlumatların toplanması üçün =) Bu qədər…

Hörmətlə, sizin Fərhad Ələkbərov.

Original: http://elekberov.com/?p=223
  • +2
  • 08 августа 2011, 03:56
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.