Bu gün Dima müəllim mənə Samsung Galaxy S mobil qurğusunu bağışladı. Doğurdan son vaxtlar touch phone alacağımı planlaşdırmışdım. Fikrimdə ya HTC Incredible və Samsung Galaxy S2 var idi. Düzdü iPhone4 barədə də bir az fikirləşmək olardı. Hətta iPhone4 ya Samsung Galaxy S2? barədə məqalə də yazmışdım. Lakin elə yuxarıda qeyd etdiyim kimi, hədiyyə olunduğundan, Galaxy S sahibi oldum)
İlk başlayarkən, Məciddən bir az kömək istədim. Çox kömək etdi, düzdü hələdə bakcell internet düzəldə bilməsəmdə, Kies yazdım, 2.3.4 versiyasına yeniləndim… Doğurdan çox uğurlu devicedir. Texniki məlumatlar: Ümumi xarakteristikalar
Standart
GSM 900/1800/1900, 3G (UMTS)
Növ
smartfon/kommunikator
Əməliyyat sistemi
Android 2.2
Korpus növü
klassik
SAR səviyyəsi
0.31
Çəki
131 q
Ölçülər (EnixUxQ)
64x124x11 mm
Ekran
Ekran növü
Rəngli Super Clear LCD, 16.78 mln rəng, sensor
Sensor ekran növü
multitaç, geniş
Diaqonal
4 düym
Ekran ölçüləri
480x800 piks.
Avtomatik ekran döndərməsi
var
Zənglər
Musiqi növü
40-səsli polifoniya, MP3-mahnılar
Vibrasiya
var
Multimediya imkanları
Fotokamera
5 mln piks.
Kamera funksiyaları
Avtofokus, PictBridge dəstəyi
Video çəkilişi
var
Video maksimal ölçüləri
1280x720
Videoda maksimal tezlik
30 kadr/s
Ön kamera
var
Audio
MP3, FM-radioqəbuledici
Diktofon
var
Video-çıxış
TV-çıxış
Şəbəkə
İnterfeys
USB, Wi-Fi, Bluetooth
Quraşdırılmış GPS-qəbuledici
var
A-GPS sistemi
var
İnternetə çıxış
WAP, GPRS, EDGE, HSDPA, HSUPA, POP/SMTP-klient, IMAP4, HTML
Modem
var
Kompüter ilə əlaqə
var
USB-kabel ilə qidalanma
var
DLNA dəstəyi
var
Yaddaş və processor
Yaddaş kartı dəstəyi
microSD (TransFlash), 32 GB qədər
Yavaş-yavaş proqram yazmağa başladım. Ac qurd kimi, facebook, twitter, vkontakte, qIp yazdım. Lakin burada daha bir problem yarandı. Bəs ə hərfi? Android 2.3.4 Gingerbeardda Ə hərfi dəstəklənmir… Dəhşət… Problem barədə tvitterdə yazdım, Tural dedi ki, bəs «multik» istifadə etmirsən? Multik =) bu siz fikirləşdiyin multfilm deyil, Android üçün Amid Quliyevin yazdığı çoxdilli klaviaturadır.
Android Marketdə axtarış verib, tapıb, yüklədim. İndi də bir problem çıxdı. Ə hərfini yazıram, ancaq görmürəm. Twitter-də @Komport nikli istifadəçi (çox təəssüf şəxsi tanışlığımız yox) dedi ki, Font Changer ilə şrifti dəyiş. Proqramı yazdım gördüm ki, root, yəni superistifadəçi imkanları istəyir, saxladım sonraya. Lakin sonra Ruslan Butdayev dedi ki, bəs Fontomize SP yaz, root zad istəmir. Yazdım, oradada Verdana şriftini seçib yüklədim. Hal-hazırda Ə hərfini həm yazıram, həm də görürəm. Kömək olan hər bir kəsə təşşəkkür. Elə yeri gəlmişkən, Ramin Orucovun GTUG-da çıxış etdiyi təqdimatı yerləşdirim. Elə o təqdimat zamanıda Multik proqramı haqda qeyd edilmişdi:
Təəssüf ki işdən verilən sim nömrə və pulsuz danışıq imkanı məni Android dəstəkləyən telefon almaqdan məhrum etdi :) «Samsung Duos vs Android»i gözlüyəsi oldum
Комментарии (3)
RSS свернуть / развернутьexodius
Farik
qorodok
Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.