New PayPal account

Bu günlərdə, Unibank-dan yeni VİSA Elektron Card əldə etdim. İnternetdə shopping çox vaxt lazım olur. Məsələn kitaydan çox vaxt xırda mallar gətizdirmək istədikdə, DealExtreme.com saytına müraciət edirəm. Yeni Samsung Galaxy üçün Case və Screen Protector almaq üçün saytda girdim və hər ikisini seçdim. Budur Case 2.30$, Screen Protector 1.60$. Ancaq necə əldə edim? PayPal account lazımdır… Gedək qeydiyyatdan keçək…

Bu gedişlərə başlamazdan əvvəl, sizin yadınıza salmaq istərdim ki, ilk dəfə bu haqda Sergey, www.qwe.az — «Azərbaycanın ilk və professional» İKT kollektiv blogunda, ətraflı məlumat vermişdi: Keçid , Əfqan isə eBay.com saytından e-shopping haqda post yazmışdı: Keçid

Lakin qeyd etdiyim yazılar rus dilində olduğundan, Azərbaycan dilində və daha ətraflı bu barədə məlumat vermək istərdim.

İlk olaraq PayPal.com saytına daxil oluruq. Giriş menüsünün aşağı hissəsində «New to PayPal? Sign up.» tapıb, seçirik.


Individual bölməsində olan «Open an account» düyməsini seçirik. Bu fərdi hesab açmaq üçündür.



Yəqin bu xanaları doldurmaq probleminiz olmayacaq. Şifrə üçün ən azı 8 hərf/rəqəmdən istifadə etməlisiniz. Mənim təklif etdiyim şifrələr bu şəkildə ola bilər:

1. 1234567a 2. 123456ab 3. 12345abc

Yəni artıq rəqəmlər yerinə öz mobil, ev və yaxud digər şifrə ola bilər. Poçt kodu isə, məsələn bizim yaxınlığımızda yerləşən poçtun kodu 1132-dir. Mərkəzi poçtda isə 1000. Əgər siz bilmirsinizsə, yaxınlıqdakı poçtdan öyrənə bilərsiniz. Bir də, əsas olaraq doğum tarixinə qeyd edin. Burada həmişəki kimi Gün/Ay/İl yox, Ay/Gün/İl şəklindədir. Telefon nömrəsini 994 (Azerbaijan) 12 (Bakı) 1234567 (nömrəniz) şəklində yazın. + olmadan. Məs: 994 12 1234567

Növbəti mərhələ, elektron kartınızın təstiq edilməsidir. İlk olaraq kartınızın 16 rəqəmli nömrəsini, sonra isə kartın son tarixini qeyd edin (bu kartın üzərində qeyd olunub). CSC — sizin kartınızın digər üzündə olan, 3 rəqəmli şifrədir. Onu da qeyd olunan əraziyə daxil edin sonra isə davam edin.



Continue düyməsini basıb, davam edirik. Budur siz elektron kartınızı təstiqlədiniz.  Artıq sizin istifadəçi səhifəniz hazırdır. Hesab səhifəsinin sağ tərəfində, «Notifications» bölməsi yaranır. Bu bölmədə bütün bildirişlər göstərilir.



Mənim screenshotumda olan «Notification»lara fikir verməyin. Çünki, bu istifadəçi hesabını blog post üçün açmışam. Hə. Davam edək. Siz kartınızı təstiq etdikdən sonra, Notification bölməsində, "Confirm my debet or credit card."  bildirişi yaranacaq. Heç bir tədbir görmürük.

PayPal xidməti, sizin elektron kartınız ilə əlaqə qurmaq üçün, bank hesabınıza 1.95$ -lıq bir ödəmə göndərir. Bu pul, siz kartınızı təsdiqlədikdən sonra, brondan çıxıb, sizin hesabınıza qayıdacaq. Narahat olmayın. Ödəniş olunduqda, həmin ödəniş sətrində, «description» — "şərh" bölməsində PAYPAL--*EXPUSE sözlərindən əvvəl olan 4 rəqəmli şifrəni əldə etmək lazımdır. Əgər sizin bank, internet banking xidməti göstərirsə, hesabınıza keçib, ödəmələr səhifəsində baxa bilərsiniz. Mənim hal-hazırda bu xidməti aktiv etmədiyimdən, Sergeyin qwe.az -dakı məqaləsindən olan screenshotu sizə təqdim edirəm.



Bəli. Əgər yox, sizin bank, internet banking xidməti göstərmirsə və yaxud sizin mənim kimi, hələdə internet banking hesabınız yoxdursa, el variantı zəng ilə kifayətlənək. Sergey öz mövzusunda, AzeriCard-a zəng etmək təklifi etmişdir:

или еще проще звоните в AzeriCard 598 43 76

Lakin mənə Unibankdan, MilliKartın digər nömrəsi təqdim edildi. +994012 5981002. Elə bu nömrə üzrə zəng etdim. Xidmətçi «gizli sözü» deməyi xahiş etdi. Bu kartı bankdan alarkən dediyiniz şifrədir. Gizli sözü dedikdən sonra, 1.95$ olan ödəməni tapıb, orada PayPal sözündən əvvəl olan 4 rəqəmli şifrəni deməyi xahiş etdim. Yəqin artıq onlara o qədər zəng gəlib ki, artıq özləri bilirlər müştəri nə istəyir =)
— Qeyd edim ki, bu ödəniş 1-3 gün ərzində göndərilir.

Şifrəni öyrəndikdən sonra, PayPal hesabınıza girib, həmin 4 rəqəmli şifrəni daxil edirsiniz.

Təbrik edirik. Siz özünüzə PayPal hesab əldə etdiniz. Artıq e-shopping ilə məşğul ola bilərsiniz. Mənim mallarım isə artıq yoldadır =) İstifadə edib, Sergeyi www.qwe.az -da bu haqda məqalə yazdığı barədə təşəkkür edim. Mənədə kömək oldu. Məndə çalışım, kiməsə kömək olum.

Original: http://elekberov.com/?p=575
  • 0
  • 02 сентября 2011, 02:57
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.