İnternet həyatımızda yeniliklər

Son günlərdə Bloqosfer 2011 keçdiyi zaman, çox gözəl anlar yaşadıq. Çoxdandır görmədiyimiz insaları, Nabranda, 2-4 sentyabrda gördük, söhbət etdik. Bu da son ayların ən yadda qalan hadisələrindən birinə çevirildi. Bir neçə gündən sonra MilliNet başlaması da, çox böyük hadisələrdən biridir. MilliNet haqqında dünən bir qədər məlumat vermişəm, yəni demək olar düz 1 həftə qalır. Ancaq hələlik bu hadisələri kənara qoyub, bu günlərdə AzNetdə baş verən yeniliklər haqda sizi xəbərdar edim. Son zamanlar, aktiv və lazımlı layihələrin sayı artır. Elə yenilənən saytlarında sayı az deyil… Son bir neçə həftədə hansı yeniliklər baş verib? Hər bir yenilik barədə qısaca məlumat alaq.

Yeni "Yoxla.az" layihəsi açıldı. Yaradıcılar tərəfindən ADSL, mobil və simsiz internet paketlərinin qiymətlərini seçim ilə fərqləndirən servis təqdim olunub. Elə ana səhifədə də, servis tərəfindən təqdim olunan paketlərdə oldu. Ən sərfəli paket NAR mobile paketi olduğuna görə, Azərfon öz saytında belə bu haqda xəbər yayıb. Bu haqda bloqumdada məlumat vermişdim.

URL: www.yoxla.az



Bir qədər sonra, Azərbaycanın ilk iş elanları saytı olan Boss.Az yeniləndi. Əvvəllər elə öz analoqu olan, turbo.az, bina.az və s. layihələrinə oxşayan Boss, indi daha da web 2.0 və istifadəsində rahat oldu. Eləcədə, Azərbaycan dili əlavə olunub. Yeni logo hazırlanıb — düzdür qəşəngdir, amma çox istifadə olunan people şablondan ibarətdir. Digər xoşagələn məqamlar, bannerlərin azalmasıdır. Yalnız yuxarıda 3 banner qalıb. İşiniz yoxdursa — axtarın =)

URL: www.boss.az



Daha bir layihəni, bu gün twitterdə adaşım, Fərhad Bədəlovun yazdığı tvitindən xəbər tutdum:

@fbadalov
Texniki səbəblərə görə www.livetv.az saytı 4-6 saatdan sonra işləyəcək.

LiveTV saytında Online TV, radio və həftəlik programm təqdim edilir. TV kanallardan — ATV int, ATV, TürkelTV (Tovuz), ATV (Xaçmaz), ElTV (Yevlax), KəpəzTV (Gəncə), CTV (Lənkəran), KanalS (Şəki), radio kanallar isə hələ təşkil olunmayıb. Yeganə sevindirən servis, həftəlik program və «indi efirdə» servisidir. İndi efirdə, hal-hazır ki saata görə kanallarda gedən verilişlərin siyahısını təqdim edir. Çox gözəl ideyadır. İstifadə cəhətdən isə məncə çox da rahat deyil. Bu stildə saytlardan, artıq Labrin (Şaiq, Sadiq, Fərhad və dig.) yaradıcıları, vEkran.com saytında etmişdilər. TV və Radio saytları da çox və istifadəsi rahatdır.

URL: www.livetv.az



Çoxdandır öz narahat saytı adamı bezdirən Unibank saytı, dəyişiklik etdi… İnternet banking xidməti belə göstərən bankın narahat saytı ola bilməz. Çox şükür ki, Unibank bunu başa düşüb saytını yeniləyib. Sayda, Azərbaycan, Rus və İngilis dili seçimləri mümkündür. Bu dəfə, internet banking düyməsi artıq çoxlu lazımsız menü siyahısında yox, saytın headerində yerləşib. Yəni yuxarı tərəfində. Artıq başa düşülüb ki, bu lazımdı bir servislərdən biridir. Ondan bir az aşağıda, filialların iş rejimidir. Əhsən, lazım olan düymələr əla yerləşdirilib. Bircə xoşuma gəlməyən, məzənnə skriptinin saytın aşağısında yerləşdirilməsidir. Əslində, mənə pulu konvert etmək istədikdə, navigator.az saytındakı scriptdən istifadə edirəm. Ancaq elə unibank saytında da bu scriptə görədə girmək olardı, amma lazımsız olan yerdə yox da…

URL: www.unibank.az



Son, 5-ci AzNet yeniliyi, Yerler.im saytıdır. Doğurdan da, gözəl layihədir. Bu haqda mənimdə fikirlərim olub. Əgər tanışlardan hal-hazırda oxuyan varsa, mənim bir ideyam olan «Gadget» layihəsində G.Map barədə yadınızdadır… SamurunElvinin yadında olar =) Budur, cinema.35mm.az, bash.org.az və digər maraqlı layihələrin yaradıcısı olan Cavidan Quliyev, bu dəfə də yenilik etdi. Əsl lazımi yenilik. Ancaq hələlik bu servis, yalnız, Azərbaycanda xidmət göstərən bankların bankomatlarının yerini təyin edir. Başqa bir obyektlər hələ ki təqdim olunmayıb, lakin Cavidan bildirib ki, bu yeniliklər də olacaq. Hələlik dəlləkliyi bankomatların üstündə edək =)

URL: www.yerler.im



Həmişəki kimi, başınızı ağrıtmayıb, hər layihədən bir az yazdım ki, həm maraqlı olsun, həm də bəlkə sizin gözünüzdən bu yeniliklərdən hansısa yayınıb… Hörmətlə…

Original: Keçid
  • 0
  • 08 сентября 2011, 01:11
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.