Qəzəbli quşlar? Hə!!! "Angry Birds" !!!

Oyun. Bu sözü eşidərkən çox insanın fikrindən uşaqlıq keçir. Bəli, biz əsasən uşaqlıqda oyun oynayırdıq. Müxtəlif cür oyunlar var idi… Bir-bir burada saymaq istəmirəm, çünki mən oğlan olduğumdan və xanım oxucularım olduğu üçün oyunlarımız üst-üstə gəlməyə bilər. Amma yaş ötdükcə oyun oynamaq artıq mümkünsüz olur. Düzdür, biz məktəbin həyətində, məhlədə «Ortada qaldı» (bu oyunun adı, belə yadımda qalıb + ümumi oyun seçdimdim ki, həm yada salıb gülümsəyək, həmdə bəy və xanımların birgə oynadığı oyun olsun) oynayarkən, indiki uşaqlar oyunları kompüterdə və telefonlarında oynayırlar. İnkişaf =) Bu kompüter və telefon oyunlarının olması, elə uşaqlıq dövrünü bitirmiş insanlara da kömək olur. Məs.: 20-30 yaşında bambılı kimi həyətdə o yana — bu yana qaçan deyilik ki =)

Sözümün canı nədir, deyim sizə… Hal-hazırda bu inkişaf bizim üçündə çox gözəl imkanlar yaradıb. Artıq oyun dedikdə, uşaqlıq yada düşmür. Artıq babalar və nənənlərdə bu imkanı qazanıblar. Düzdür bizdə baba və nənə mobil telefonları çox çətinliklə işlədir… Nəinki hələ oyun oynasınlar… Ancaq sizi inandırım ki, avropa və amerikada yaşlı nəsil bu texnologiyalardan aktiv istifadə edir, hətta oyun da oynayırlar =)


Bu gün Angry Birds haqda məlumatı olmayanlara çox az rast gəlmək olur. Çünki bu oyun artıq bütün dünyada populyardır. Bilməyənlər üçün ilk olaraq qısa bir məlumat verim, sonra isə keçək son nəticələrə…

Angry Birds — demək olar bütün son versiya portativ qurğular üçün yaradılmış çox maraqlı oyundur. iPhone, iPad, Android və digər populyar qurğulara milyonlarla yüklənmə, ən çox satılan tətbiqetmələrin içərisində birinci yer tutması, bu oyunun çox məhşur olmasından xəbər verir.

Oyunun süjeti:

Quşlar öz yumurtalarını qoruyurlar… Hətta bu qoruma o qədər güclü olur ki, milçək və ağcaqənədləri belə yaxın buraxmırlar. Lakin növbəti dəfə ağcaqənədləri qovarkən, yumurtaları sözün əsl mənasında əkişdirillər =))


Kim əkişdirib? Kral (və yaxud kraliça) donuzun başçılığı altında İyrənc yaşıl donuz bandası (Green Evil Piggies) yumurtaları əkişdirib, qayğanağ edirlər =)

Quşlar buna dözə bilər? Əlbəttə ki yox! Elə bu vaxtdan onlar donuzlara qarşı müharibəyə başlayıb, bütün qəzəblərini onların üstünə tökürlər. Elə buradan da, «Angry Birds» adı yaranıb. Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Gəlin baxaq:



Rollarda:

«Qəzəbli quşlar» və "İyrənc yaşıl donuzlar". Gəlin onlarla yaxından tanış olaq. Gəlin ilk olaraq quşlardan başlayaq.

Qırmızı quş; Angry Birds, Angry Birds Seasons, Angry Birds Halloween oyunlarının ikonlarında yerləşib. Oyunun əsas personajlarındandır və əsasən oyunun əvvəlki mərhələlərində olur. Heç bir xüsusi qabiliyyəti yoxdur, yalnız qışqırmağı bacarırlar =)

 Göy quş; Ləqəbi Parçalanan. Niyə? Oyun zamanı uçarkən bir neçə quşa parçalanır. Əsasən buzlu maneələri dağıtmaq üçün daha perspektivdir. Daş və taxdada çox da rahat dağıdıcı qabiliyyəti olmur

Sarı quş; Ləqəbi: Sürətli. Hərəkət edərkən ekrana basdıqda, hərəkəti çox sürətlənir. Bu da düşməni məğlub etmək üçün çox yaxşı vasitədir. Əsasən taxta maneələri dağıdır. Şüşə və daş ilə dağıdıcı qabiliyyəti azalır.

Qara quş; Ləqəbi: Partlayıcı (Boom-Boom!). Hərəkət edərkən ekrana basdıqda hədəfə çatdıqdan sonra bir saniyə-yarıma partlayır. Əsasən daş hədəflərdən yaxşı keçir. Şüşə və taxta hədəflərdən elədə ürək açan qədər keçə bilmir. Hərəkət edərkən müxtəlif cür qışqırıq səsləri çıxarır =)

Ağ quş; Ləqəbi: Partlayıcı maddələrin anası (Mother of all Bombs). Birbaşa tərcümə yaxşı alınmadığına görə belə adlandırdım =) Hərəkət edərkən ekrana basdıqda yumurtalar buraxır ki, onlarda hədəfə çatdıqda partlayır. Yalnız hər hansısa bir quşa dəydikdə, partlamır.

 

Yaşıl quş; Ləqəbi: Bumeranq (Return to Sender). Birbaşa tərcümə göndərənə qaytarma kimi olur, amma Bumeranq daha uyğundur. Bu quşun əsas xüsusiyyəti, hədəfi birbaşa vurmaq imkanı olmadıqda işlədilməsidir. Ekrana basdıqda hər hansı bir hədəfə dəyib səmtini digər tərəfə dəyişir.

Qırmızı quş — böyük qardaş; Ləqəbi: Dəhşətli dərəcədə qəzəbli (Seeing Red). Yenə də hərfi tərcümə yox, mənaca tərcümə etdim. Balaca qardaşından çoxdan fərqlənmir. Əsasən daha bərk və güclü olması böyük qardaşın üstünlükləridir. Hətta səsləri belə oxşayır.

 

Qartal; Ləqəbi: Xeyriyyəçi qartal (Aquiline Benefactor). Bu əsl dağıdıcı qüvvədir. Oyunun ən böyük quşlarındandır. Lakin bir məqam var ki, bu pullu əlavədir. Əsasən keçilə bilməyən mərhələlər üçün istifadə olunur. Tez bir zamanda yaranır və tez uçub gedir.

Eləcədə hər hansısa bir funskiyaları olmayan, əsasən vurulmaq üçün nəzərdə tutulmuş «iyrənc yaşın donuz» bandası =)  1. Siravi donuz 2. Dəbilqəli donuz 3. Mister Bığ =) 4. Kral (kraliça) Əsasən bu başçı donuzun kral və yaxud kraliça olduğu haqda suallar çoxdur. Tacın qadınlar üçün olduğu nəzərə çarpır.

        

 

Oyunun original versiyası 6 epizoddan ibarətdir. Epizodlar lokasiyalara bölünür (Originalda bu World kimi səslənir). Lokasiyalar isə mərhələlərə bölünür. Hər epizodda 2-3 lokasiya olur, hər lokasiyada 15-21 mərhələ olur.

Oyunun tam versiyaları:

Angry Birds (original versiya)
Angry Birds HD (Ölçüləri genişləndirilmiş original versiya, iPad üçün)
Angry Birds Seasons (oyunun tematik versiyası, bayramqabağı yenilənir)
Angry Birds Seasons HD (“sezonlar”, iPad üçün)
Angry Birds Rio (Rio cizgi filmi süjeti üzərində qurulmuş versiya)
Angry Birds Rio HD (iPad üçün Rio)

Demo, pulsuz versiyalar:

Angry Birds Lite (Original oyunun 12 mərhələsi)
Angry Birds Free (15 unikal mərhələli)
Angry Birds Free HD (iPad-versiyası)
Angry Birds Seasons Free (Season versiyasından hər bayram qabağı 3 mərhələ)
Angry Birds Seasons Free HD (iPad-versiya)
Angry Birds Rio Free (Original Rio versiyasında 6 mərhələ)
Angry Birds Rio Free HD (iPad versiya)

OnLine (Web) brauzerlər üçün versiyalar:

Angry Birds Chrome (Google brauzeri üçün versiya)
Angry Birds ВКонтакте (Angry Birds Chrome, sosial şəbəkəyə quraşdırılmış əlavə)
Angry Birds в Google+ (Google+ sosial şəbəkəsi üçün)

Hal-hazırda bütün mobil touch platformalar üçün hazırlanıb. Eləcədə Chrome brauzeri üçün + Windows əməliyyat sistemi üçün var.

Angry Birds haqda, Azərbaycanda məncə ilk dəfə çıxışı, Ramin Orucov, 20 avqust 2011 tarixdə, Baku GTUG 1-ci tədbirində edib. O, Android platforması haqda təqdimat edərkən, bu mobil əməliyyat sistemi üçün ən populyar oyunlardan olan Angry Birds misal gətirmişdi. Hətta belə bir sitatda gətirmişdi:
" — Yoldaşım hal-hazırda məndən çox xal yığıb".
Elə mənimlə birlikdə əyləşən Fərhad Bədəlovda bu faktı təstiqlədi və dedi ki, onun da həyat yoldaşı özündən çox xal yığıb.

Elə bu faktlardan bu nəticəyə gəlmək olur ki, bu ancaq uşaqlar üçün yox, elə uşaqlıq dövrünü bitirmişlər arasında daha çox məhşurdur. Yatmazdan əvvəl oynayanda, daha ləzzət edir. İndi isə, bu gün mashable.com saytında gördüyüm infoqrafika haqda sizə də məlumat verim. Əgər içinizdə ingilis dilli varsa, bu ünvan üzrə keçə bilərsiniz: http://mashable.com/2011/09/11/angry-birds-infographic/  

Yox əgər ingilis dilini bilmirsinizsə, şəkilinə baxın, çalışıb mənaca uyğun tərcüməni sizə təqdim edim.

İlk olaraq belə bir məlumat bölüşülüb:

— Hal-hazırda bu oyun bütovlükdə 300 milyon dəfə yüklənib. Bu 1 milyard sayına doğru irəliləyişdir!

AYTM.com saytı yaşı 18-dən yuxarı olan 500 nəfər arasında araşdırma aparıb. Oyunun 3 növünə görə alınan nəticələr:

Angry Birds (sadə versiya):
-76% insan oyunun bu versiyasını pulsuz yükləməyə üstünlük verir
-45% isə pullu versiya yükləyir
Angry Birds Seasons:
-29% pulsuz versiyasına üstünlük verir
-14% pullu versiya alır
Angry Birds Rio:
-28% pulsuz versiyaya üstünlük verir
-16% pullu versiya alır

Bu nəticələrdən belə aydın olub ki, bəylər — xanımlara nisbətən 35% çox pullu versiyanı almaq qərarına gəlir. 18-24 yaş arası gənclər, 25-dən yuxarı olanlardan 33% daha çox pullu versiyaya üstünlük verir. 18-24 yaş arası oğlanlar, yaşı 25-dən yuxarı olan xanımlardan 76% daha çox pullu versiyaya üstünlük verir.

— Oyun sevərlər bu oyuna  gündə 200 milyon dəqiqə sərf edirlər. Bu da 380 il deməkdir. Bu da 1 saata =  16 il deməkdir.
— Oyun sevərlər, indiyənə kimi 100 milyona yaxın quş atıblar =) Bu yer kürəsində olan quşların sayı qədərdir!
— Angry Birds oyunun yaradıcıları olan Rovio şirkəti 1 miliyon dəyərində qiymətləndirilir.

Angry Birds oyununu 25 dəfədən çox oynayan 1000 oyun sevər arasında aparılan araşdırmaya görə:

Qurğulara yüklənmə sayı:
— iPhone (32%), iPod touch (33%), iPad (15%), Mac (6%), Android (41%), PC — windows (25%) və digərləri (6%).

Məncə bu qədər bəs edər. İnfoqrafikada bir çox məlumat verilib, çalışdım sizə ən maraqlı məlumatları verim. Yükləmək üçün google və yaxud mobil marketlərinizdə axtarış verin. Yəqin bu qədər oxuduqdan sonra başınız ağrıdı… Sorry. Çalışıram az yazım, amma maraqlı gəlir, geniş olur.

Original: http://elekberov.com/qəzəbli-quslar-hə-angry-birds/
  • 0
  • 12 сентября 2011, 23:14
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.