İddiaçı

İddaçı?.. Претендент, Сontender… Başım deyəsən tərcüməyə qarışdı. Digər dillərdə tərcüməni, tərcümə sisteminin köməyilə ilə edərsiniz. Birdən fikirləşsəniz ki, nə oldu axı Farikə? Hardan bu söz girdi beyninə? Bu gün mən iddiaçı oldum! Necə? Onu birazdan deyəcəm. İndi başa salım ki, bəs "İddiaçı" nədir?

— Hər hansısa bir insanın vəzifə, müsabiqə və yarışlarda birincilik üçün can atması "İddiaçılıqdır".  Çox heyf ki, bu barədə wiktionary-də bir məlumat yoxdur. Eybi yox, əlavə edərik. Bəs gəlin keçək əsas məsələyə…  Necə iddiaçı oldum və nəyə can atıram? Bax bu sualın cavabını indi alaq.

Yadınızdadırsa, sentyabrın 7-si hələ şəngülümündə xəbəri olmayanda, mən blogumda MilliNet müsabiqəsinin yavaş-yavaş başlaması haqda xəbər vermişdim. Dünən, yəni 14 sentyabr tarixində, səhər tezdən WeboxuInfoCity-də bu barədə rəsmi xəbər yayıldı. Əlaqə saxlayıb, xidmətin saat neçədə istifadəyə veriləcəyi haqda məlumat əldə etdim. Budur, gecə saat 2-də, saytın texniki administratoru tərəfindən tam işlək halda yoxlanmasından sonra, xəbər aldım ki, ilk qeydiyyatdan keçə biləcək şəxs ola bilərəm =) Eləmə tənbəllik, vur qoltuğuva papkanı, getdim qeydiyyatdan keçməyə (şəkilləri böyütmək üçün tıklayın):

11 nominasiya içindən, öz layihəmə aid bölümü seçib, digər bölmələri doldurdum. Sayt haqqında məlumat maksimum 500 simvol idi. İnanın ki, 500-ündə işlətdim, amma heç çatmadı… Çox fikirləşdiyim söz qaldı. Gözəl screenshot etmişdim… Bax bu URL üzrə keçib baxa bilərsiniz: http://elekberov.com/files/elekberov.jpg
Amma orda xəşli çıxıb =))) Eybi yox. Qeydiyyatdan keçəndən sonra belə bir hal ilə rastlaşdım:

Bir neçə dəqiqədən sonra mailimə bir xeyirli məzmunu olan məktub gəldi!

Bloqumu müsabiqəyə qəbul etdiyiniz üçün MilliNet Təşkilat Komitəsinə təşəkkür edirəm. İnşaAllah münsiflərində kim olduğu bu arada aydın olacaq. Həmdə, həmin münsiflər hər bir sayta layiqli səs verəcək, düzgün şərh edəcəklər ki, bizdə öz səhvlərimizi bilib — düzəldək. Budur, MilliNet 2011-in ilk İddiaçısı!


Saytların qeydiyyatının başa çatmasına 67 gün qalıb! Odur ki, tələsin deməyəcəm. Saytınızı qaydaya salıb, bizlərin siyahısına qoşulub, sizdə iddiaçı olun. Amma nə qədər tez qoşulsanız, o qədər saytınız rahat analiz olunar, qiymət düzgün verilər! Uğurlar. Yazı xoşunuza gəlsə, bəyəndim düymələrindən istifadə etməkdən çəkinməyin)) Like post!

Update: Təşkilatçılar qeydiyyatın davam etmə gününü 60 günə endirdilər =)

Əsli: http://elekberov.com/iddiaci/
  • 0
  • 15 сентября 2011, 11:38
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.