#aztwi meetup

IT aləminin kollektiv görüşlərində artıq neçə illərdir ki iştirak edirəm. Yeni tanışlıqlar, yeni insanlar…  İlk kompüterimi 1999 almağıma baxmayaraq, AzNetə ilk olaraq 2001-ci ildə mIRC proqramından qoşuldum. O vaxtlar hələ 12 yaşım var idi və maximum Counter-Strike oynayırdıq. mIRC-də ilk olaraq «dal.net» sonra isə 2001-də yaradılmış «chat.az» serverlərində otururdum. Elə o vaxtdan @Amidos (IRCop chat.az) tanıyırdım. + Elnur Bayımov və dig. insanlar #bakililar kanalını idarə edirdilər. İlk dəfə 13 yaşımda  #bakililar, #azerinet və #help kanallarının görüşlərində olmuşam. Bu görüşlər «Cобрание» deyə adlandırılırdı. Sonra «Lineage2» oyun sevərləri ilə görüşlər edirdik. mIRC-də aktivlik yox olduqdan sonra, AzNetdə passivləşdim. www.bakmil.com, www.anit.az və digər İT saytların keçirilən görüşləri haqqında xəbərim var idi, amma qoşulmurdum. AzNetə bir qədər sonra, 2008-ci ildə qoşuldum. İlk dəfə www.disput.az, sonra öz layihələrim olan www.itexpert.az , www.qwe.az və s. aktivlik göstərirdim. Əsəsan kollektiv layihələr olan bu saytlarda bir çox insanla tanış oldum,party-lər etdik. Bu görüşləri #qwe_party, #it_party adlandırırdıq. Sonra twitter mikrobloqunun inkişafını nəzərə alsaq, bu görüşlər #twiparty_az, #aztwi_party və s. adlandırıldı. İllər ərzində layihələrə görə bu görüşlərin adı dəyişir. Hal-hazırki görüşlər, twitter üzərindən elan verilir və #meetup_az adını alıb.

Növbəti #meetup 17 sentyabr 2011 tarixində keçirildi. İlk olaraq ideya Rüfətdən (@AngryBabayev) gəldi, sonra digər istifadəçilər tərəfindən dəstəkləndi.  Əsasən Samurun (@FreeYorker) xaricə təhsil almasını getməsi ilə bağlıda bağlamaq olardı. Bir yolla hamı ilə görüşüb sağollaşa bildi =) Bu həftənin əvvəlindən facebookda səsverməyə görə «Half Way Inn» qalib gəlmişdi, amma nədənsə Anar (@anarek) NT.az yanındakı 2/5 Mərtəbə pivnuşkasını məsləhət gördü. Əlbəttə ki, artıq 19:00-da ora gələndə yer tapmadıq. Əlacsız qalıb «Half Way Inn» getdik. Amma yaxşı ki ora getdik. Daha rahat oldu. Məncə #meetup barədə yazmaq artıqdı, nə deyəsən axı? =) Tədbirə gələnlərin adını + fotolarını share edim:

@Biotin_az @infocity_az @anarek @shaig_m @Amidos @AngryBabayev @kataloq @AzeriFire @seferov @k1b3r @Elvin85 @kamransamedli @e_efendi @tural_a @MRenat @Orchan @hellshan @ur_fan @DjKnyaz @Xanim @turkandevrijova @NARKOZ @FreeYorker və mən @farikus

Şəkilləri böyütmək üçün üzərinə tıklayın:

      

      

      

      

      

      

      

Tədbirin sonunda, həmişəki kimi Anar (@anarek) bir mühasib olaraq pulları yığıb hesablaşdı =) Sonra yavaş-yavaş durub çölə çıxdıq. Bir qədər gəzdikdən sonra evlərə dağıldıq… Doğurdan gün çox xoş keçdi. Bütün iştirak edənlərə təşəkkür edirəm. Əgər şəklin böyük həcmlisini istəsəniz, əlaqə saxlayın, göndərərəm.

Original: http://elekberov.com/aztwi-meetup/
  • 0
  • 18 сентября 2011, 02:37
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.