Facebook səhifəmi necə yeniləyim?

Dünən Facebook sosial şəbəkəsinin San-Franciskoda keçirilən F8 konfransı barədə sizə məlumat + online translyasiya təqdim etdim. http://elekberov.com/facebook-f8-kofransi/

Ele konfrans bitdikdən sonra Facebook developerləri yeni Timeline xidmətini təklif etdilər. Bu, şəxsi səhifələrin yeni stildə olması deməkdir. Yeni səhifədə yuxarıda Portret yerləşir ki, bu da səhifəni çox gözəl edir. Ondan sağda zaman şkalası yerləşir ki, siz keçmişdə yazdığınıız postları indidə asanlıqla əldə edə biləsiniz. Portretin altında, şəxsi məlumatınız ilə birlikdə, foto qalereya, dost siyahınız, səhifələriniz, siyahılarınız və dig. servislər yerləşib. Oradakı kiçik düyməyə basmaqla, digər pəncərəyə yerləşməyən servisləri də əldə edə bilərsiniz. Bir qədər aşağıda isə sizin sevimli status bar yerləşir. Bəli, indi artıq yeni stildə. İki kolonkadan ibarət status barın ortasında bir xətt gedir. Bu xətt sizin yazdığınız postların vaxtını göstərir. Eləcədə bu xəttin üzərinə gətirərək, + düyməsini görə bilərsiniz. + düyməsi köməyilə istənilən keçmiş vaxta post edə bilərsiniz! Səh. misalı: http://www.facebook.com/farikus

İndi isə şəxsi səhifənin necə yenilənməsi haqda danışaq: İlk olaraq bu səhifə üzrə keçib, qaydalarla razılaşın (Bu Facebook sosial şəbəkəsinin proqram təminatı bölməsidir): https://developers.facebook.com/apps



Yeni proqram təminatı hazırlayırıq (bu düyməcik səhifənin sağ yuxarı hissəsində yerləşir)

Fantaziyanızı qoşub hər bir xana üçün ad fikirləşin

Avtomatik proqram təminatı səhifəsinə keçdikdən sonra, səhifənin sol yuxarı küncündə Open Graph keçirik:

Sizə daha uyğun gələn variant seçib Get Started düyməsini seçin ( пр. People can view a website)

Yeni view (siz onu elə adlandırmısınız) səhifəsinə keçdikdən sonra 3 pəncərəli düzəlişlər gəlir. İstədiyiniz düzəlişləri edib, istədiyiniz xanaya lazımı məlumat yazıb, səhifənin sonunda yadda saxla düyməsini seçirik.



Sizin yeni proqram təminatı yaratmağınız haqda məlumat yaranır:

Facebook ana səhifəsinə keçib, dəvəti gözləyirik:



Budur artıq sizin şəxsi səhifəniz ( http://www.facebook.com/farikus ) belə görünür:
  • 0
  • 23 сентября 2011, 12:23
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.