%My blog% analytics

Əsgərlikdən qayıtdıqdan sonra şəxsi bloq aparmaq ideyası, qwe.az-da artıq aktivliyin azalması ilə bağlı yarandı. Şəxsi bloqumda bunu daha orijinal edə, istifadəçilərə daha rahat funksiyalar təklif edə biləcəyimə imkan yarandı.  Avqust ayının 23-ü bloquma «Google Analytics» plugini əlavə edib, izləyicilər haqda məlumat yığmağa başladım. Bu məlumatların 1 aylıq statistikasını əldə etdikdən sonra sizlərlə bölüşmək istərdim.

Bloqda ilk bir aylıq fəaliyyəti dövründə, 1304 unikal qonaq (visitor), 2783 dəfə izlənmə (visits), səhifələrin baxışı isə 5592 (pageviews)  olub. İzləyicilərin blogumda orta qalma müddəti 4 dəqiqə 14 saniyədir. Bu da daxil olan izləyicilərin məlumatlarla bir neçə dəqiqə tanış olmasından irəli gəlir. Bütün oxucularımı daim izlədikləri üçün təşəkkür edirəm. Google Analytics`dən screen`lər təqdim edim (şəkilləri böyütmək üçün üzərinə tıklayın):

Visitor (unikal qonaq) silsiləsinə diqqət yetirsəniz, İKT hadisələr zamanı izləyicilərin sayının gündəlik 150+ (hal-hazırda 300-ə qədər), sadə günlərdə isə 60-90 arası dəyişdiyinin şahidi ola bilərsiniz. Hal-hazırda bu rəqəmlərin çox kiçik olması, bloqun yeni olması, həmdə Azərbaycanda bloq izləyənlərin çox az olması ilə bağlamaq olar. Hal-hazırda 2011-ci il olsada, Azərbaycanda bloq mədəniyyəti hələ təzə-təzə formallaşır. Birdə onu qeyd edim ki, bloqumda fəallıq əsasən sentyabr ayından başlayıb.

İndi isə baxışmış səhifələrin bir aylıq silsiləyə görə dəyişməsinə baxaq:

İlk 10 ən çox baxılan səhifələr:

Ana səhifə:
1304

Bloqosfer online:
633

Facebook F8 konfransı:
252

Facebook səhifəmi necə yeniləyim:
238

Haqqımda səhifəsi:
187

Elekberov`s Interview: qonaq Vahid Qasımov:
113

Profanlar üçün eBay haqqında:
113

Özgənin hesabına olanda dadlı olur:
112

AzTWI meetup:
110

Bloqosfer 2011 Photos and Videos:
98



Bəs bu qədər izləyici bir ay ərzində haradan qazandım? Sirri açım. Saytıma gələn istifadəçilərin mənbəyi:

Gördüyünüz kimi 77% istifadəçilər, digər saytlardan gəlirlər. 13% istifadəçi birbaşa www.elekberov.com səhifəsinə, 6% digər servislərdən, 4% isə axtarış sistemlərindən gəlir. Məzmunun Azərbaycan dilində olması, Google PageRank, Yandex тиЦ hələ ki təyin edilməməsi, axtarış sistemlərindən keçidin az olmasını göstərir. Əslində, axtarış saytlarından açar sözlərə görə çox istifadəçi gəlir. İndi isə gəlin görək mənim bloguma keçid verən ilk 10 sayt hansıdır?
t.co (Twitter`in URL qısadıcısı)
846

facebook.com:
722

direct (birbaşa ana səhifəyə keçid):
371

rss (hal-hazırda Azblog.org yazılmışam):
238

google.com:
107

weboxu.com:
104

baku-gtug.org:
81

twitter.com:
61

millinet.az
48

m.facebook.com
45



Gördüyünüz kimi ən çox keçid, twitter və facebookdandır. Amma twitter`dən olan keçidlərin çoxluğu mənə çox maraqlı gəlir. Çünki twitter`də yalnız 7000+ istifadəçi (aztwi.com məlumatına görə), Facebook sosial şəbəkəsində isə 500 mindən artıq Azərbaycanlı istifadəçi var! Görünür twitter`də əsasən İKT üzrə ixtisaslaşmış insanların çoxluq təşkil etməsindən irəli gəlir. Çünki blogumda ancaq bu sahə üzrə yazıram.

İndi, bloqumun izləyicilərinin hansı ölkədən olması barədə söhbət açaq:

Daxil olan istifadəçilərin mənsub olduğu ölkələrin onluğu və sayı:

Azərbaycan:
2395

təyin edilməmiş:
125

Türkiyə:
78

Rusiya:
35

Belgiya:
28

İngiltərə:
23

ABŞ:
17

Ukrayna:
17

Germaniya:
12

Fransa:
7



Yuxarıda göstərilən nəticələrə görə, Azərbaycandan olan izləyicilərin saytda orta qalma müddəti 4 dəqiqə 31 saniyə, Türkiyədən daxil olanlar 1 dəqiqə 56 saniyə, Rusiyadan daxil olanlar isə 1 dəqiqə 50 saniyədir. Belgiyadan girənlər 3 dəqiqə 8 saniyədir — bunu nəsə anlamıram nəyə görə, amma Ukraynadan girənlərin 6 dəqiqə 10 saniyə saytda olması 17 İP-yə görə, qardaşımın 1 ay ərzində müxtəlif ip`lərdən girib oxuması ola bilər :)

Update1: Musa @Punhan şərhdə yazdı ki, «Belgiyadan da mən girirəm də :)» =))))

İndi isə, saytıma hansı brauzer və əməliyyat sistemlərindən girdikləri screen`lərinə baxaq:

Əslində oxucularımın İKT sevərlər olduğundan bu nəticəni gözləyirdim. Ən çox Chrome və Mozilla istifadəçiləridir. Lakin gəlin ƏS (əməliyyat sistemi) və MƏS (mobil əməliyyat sistemi) ilə tanış olaq:

Bəli Windows`un bu gün dominantlıq etməsi hamıya məlumdur. Lakin Android, iOS, BlackBerryOS kimi MƏS`dən girişdə sevindiricidir. Bu ilk 1 aylıq nəticələri çalışıb sizə tam olaraq təqdim etdim. İlkin başlayanlar üçün bu müqayisə edici bir yazı ola bilər. Bu sahənin əjdahaları isə öz bilikləri ilə bölüşsələr, çox sevinərdim…

Original: http://elekberov.com/my-blog-analytics/
  • 0
  • 24 сентября 2011, 21:28
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.