Sys`adminlər üçün olimpiada

Sys Admin və Linux sevərlər üçün yaxşı bir xəbərim var. Bu gün netdə surfing zamanı Yandex tərəfindən keçirilən olimpiada haqda xəbər tutub, sizlərlə bölüşürəm:
Linux yandex-games #ya2 SMP Tue Sep 27 5:43:25 MSD 2011 x86_64 GNU/Linux

Yandex artıq ikinci dəfə Open Source və Linux üzrə ixrtisaslaşmış sistem administratorları üçün olimpiada keçirir. Olimpiyada iştirakçıları, hər gün qarşılaşdıqları problemlərin tez və düzgün həlli üzrə mübarizə aparacaqlar.
  root@yandex:~# tail -f /var/log/news/news.notice
Olimpiada artıq bu gün, yəni sentyabr ayının 27-dən başlayıb.  Birinci turun oyunları oktyabr ayının 10-u və 14-ü keçiriləcək. Birinci turda qələbə qazanmış iştirakçılar, noyabr ayının 11-i Yandex şirkətinin Moskvadakı ofisində keçiriləcək 2-ci tura dəvət alacaqlar.

Olimpiada haqda xəbərlər root.yandex.ru saytında, twitter`də #yaroot teqi altında yayımlanacaq. Əgər hər hansısa bir sualınız olsa Olimpiada klubunda verə bilərsiniz!

Hədiyyələr:

I (0001) — 130 000.00 рубль (~ 3160 AZN)
II (0010) — 65 000.00 рубль (~ 1580 AZN)
III (0011) — 32 500.00 рубль (~ 790 AZN)

Proqram: http://root.yandex.ru/etc/crontab
Qaydalar: http://root.yandex.ru/usr/share/man/man1/rules

Birdə saytda yazılmasada, diqqətinizə çatdırım ki, birinci turda internet üzərindəndə qoşula bilərsiniz! Əgər keçsəniz, ikinci tura Moskvaya getməyə dəyər =) Bütün sys adminlərə uğurlar, xəbər tutduqca sizi agah edəcəm.

Original: Sys`adminlər üçün olimpiada

  • 0
  • 27 сентября 2011, 18:32
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.