Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?

Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq.  Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan: http://maps.google.com/?ll=39.986591,46.771545&spn=0.612384,1.352692&t=h&z=10&vpsrc=6

Bununla əlaqədar olaraq hətta bu günlərdə Facebook sosial şəbəkəsində qrupun açıldığını görüb, oraya üzv oldum: Google Maps-da Qarabağ problemi
Sizdə facebook`da bu qrupa qoşulub, Google Maps`də Azərbaycan torpaqlarının düzgün adlarla adlanmasına kömək ola bilərsiniz. Əgər sizin Google Maps`də informasiyanın necə əlavə edilməsi ilə bağlı bilgilər yoxdursa Droid.az saytında Kamran Səmədli tərəfindən yazılmış və Orxan Əhmədov tərəfindən video dərslik əlavə edilmiş bir keçid təqdim edirəm: Google Map Maker

Bu mövzunu ölkələrdə İKT sahənin inkişafı haqqında yazdığım üçün Google Mapsda Qarabağ problemi haqda daha ətraflı yaza bilməyəcəm. Əgər bu sahədə hər hansı sualınız olsa, həmin qrupa üzv olub, sual və yaxud köməklik edə bilərsiniz. İndi isə əsasən İKT sahəsi və İKT sahəsinin inkişafından danışaq. Bilirsiniz ki, İKT sahəsinin inkişafı, yalnız hökümətdən deyil, eləcədə biz, yəni gənc nəsildən asılıdır. Bu yazıda əsasən cavanların təşkil etdiyi tədbirlər və seminarlar haqda danışacam, görək hansı ölkənin cavanları daha aktivdir?

IKT sahəsində aktivlik, Azərbaycanda 2000-ci illərdən başlayıb. Yüngün HTML saytlar, 10 mb`lıq mail serverlər, mIRC sosial servisində ilk azərbaycan serveri (chat.az) və s. Bu mənim uşaqlıq illərimə düşdüyü üçün, əlbəttə ki bu sahədə biliklərimin çox olmadığına gətirib çıxarır. Amma sizə deyə bilərəm ki, bu sahədə Amid Quliyev (@Amidos), Emin Hüseynov (box.az), Emin Axundov (Microsoft-Azerbaijan) kimi gənclər o dövrdə çox aktiv idilər. Bəli hal-hazırda İKT sahəsində çalışan bir çox şəxslər çox aktiv olublar. Ancaq misal üçün bir neçəsinin adını çəkdim. Sonra IKT forumlar və saytları misal gətirim. Disput.az İKT forum bölümü, bir vaxtlar çox populyar idi. Eləcədə bakmil.com forumundada müzakirələr olurdu. Sonralar anit.az və itexpert.az kimi İKT forumları fəaliyyət göstərirdi. Bu günlərə isə yalnız www.qwe.azwww.weboxu.com kollektiv-bloqları sağ qalıb. Digərləri isə demək olar funksional deyil.  Bəli disput.az forumundə İKT bölümü qalıb, lakin orada artıq demək olar heç bir müzakirə getmir və heç bir mütəxəssis qalmayıb. Qısaca İKT sahəsinin tarixindən sonra, Azərbaycanda keçirilən İKT tədbir, seminarlara nəzər salaq:

Düzdü, bəlkədə mənim gözümdən qaçan İKT tədbirlər olub ki, onlar haqda məlumatım yoxdur. Mən əsasən 2008-ci ildən bu yana keçirilən seminar və tədbirlərdən danışacam.

LUG — İlk olaraq Azərbaycanın LUG — yəni Linux User Group`undan danışaq. Bildiyiniz kimi, bu qrup Azərbaycanda çoxdan yaranıb, lakin bu günlərə demək olara gəlib çıxmayıb. Bizlərə gəlib çatan, Eminin arxiv şəkildə qaytardığı — www.linux.az saytıdır. Saytda LUG barədə heç bir məlumat yoxdur… Çox pis…
Barkamp - İnformasiya Texnologiyaları, İnternet resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş  jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Yeni Media qeyri-Konfransı formatıdır. Bu konfransın digərlərindən fərqi ondan ibarətdir ki, burada hər bir iştirakçı həmçinin təşkilatçı da ola bilər. Onun “qeyri-Konfrans” adlandırılması da təsadüfi deyil – bu onun sərbəstliyini vurğulamaq üçündür. Yəni, BarKamp rəsmilikdən uzaqdır, – burada hər bir iştirakçı istədiyi mövzunu qabarda və istədiyi diskussiyada iştirak edə, açıq təqdimat, mühazirə, hesabat və master-qruplardan təşkil edə bilər. Həmçinin, təqdimatların siyahısı da əvvəlcədən tərtib olunmur. www.barcamp.az
Barkamp — Azərbaycanda aktiv olaraq 2008-2009-cu illərdə fəaliyyət göstərdi. Son 2 ildə isə bu platformada keçirilən tədbirlərə demək olar son qoyulub. Təşkilatçıların sözlərinə görə, 2012-ci ildə yeni Barkamp Caspian gözlənilir. 2008-2009cu illərdə keçirilən Barkamplar > Barkamp Azerbaijan 2008 Lənkəran, Barcamp Caspian 2009, KörpüKamp, Barkamp Azerbaijan 2009 Gəncə.
Bloqosfer - Yeni media mütəxəssisləri bir araya gələrək fəaliyyətlərinə dair məsələləri müzakirə edəcəklər. «Bloqosfer» interaktiv forum və barkamp formatlarının qarışığıdır. Tədbirə bloqçularla yanaşı təşkilat, dövlət və biznes nümayəndələri də dəvətlidirlər. www.bloqosfer.com
Bloqosfer artıq 2 ildir ki keçirilir, bloqçuları və media mütəxəssislərini bir araya yığır. Keçən il əsgərlikdə olduğumdan, yalnız bu ilki tədbirə qatıla bildim. Çox gözəl layihədir ki, bloqçuların bir araya gəlməsinə, eləcədə digər insanlarda bloqa olan həvəsin qaldırılmasında çox kömək olur.
Baku GTUG - Baku Google Technology User Group — adından da göründüyü kimi, Google texnologiyaları istifadəçi qrupudur. Əsas məqsəd texnologiya həvəskarlarını birləşdirərək bilgi mübadiləsini təmin etmək və gələcək fəaliyyətə dəstək olmaqdır. www.baku-gtug.org
Son vaxtlar çox aktiv görünürlər. Bu user group`un artıq 2 seminarı keçirilib. Bu Hello WorldAround the Google Technology adlı tədbirlərdir. Əslində bu user group`dan çox şey gözləyirəm! + 2-ci tədbirdən videolar Məncə bu qrup, Azərbaycanda İKT sahəsinin inkişafı üçün bir çox addımlar atacaq və öz ətrafında bütün gəncləri cəmləşdirə biləcək! Yorulmayasınız.
Son zamanlar, Azərbaycanda AUG yaranmasınada nəzər saldım. AUG — Adobe Azərbaycan İstifadəçi Qrupu Adobe Platformasına daxil olan programların istifadəçilərinin çətinliklərini, problemlərini bölüşəbilmələrini, proqramlarla bağlı tədbirlərin, təlimlərin ve seminarların təşkil olunmasını öz öhdəsinə götürən könüllü bir qrupdur.
Facebookda səhifələri: Adobe Azərbaycan Web səhifə: http://www.adobelovers.com/  4 gündən sonra, yəni gələn həftə artıq aktiv olacaq və çox güman edirik ki, bu qrupda çox aktiv olacaq. İnşaAllah!

Bununla da, bizdə İKT qruplar bitir. İndi isə Ermənistanın İKT qrupları ilə tanış olaq:

Əlbəttə ki, şükür Allaha erməni doğulmadığımdan, Ermənistanın İKT aləmi barədə qısa tarixcə məlumatı verə bilməyəcəm. Ancaq son vaxtlar aktiv olan İKT qruplar haqda internetdən məlumat yığmışam. Hər bir qrup haqda qısa məlumat verəcəm, çünki bu bizim üçün çox xeyirli deyil.

www.webmasters.am  — 2007-ci ildə yaranan bu forumda əsasən Web-texnologiyaları barədə mövzular yer alır. Bu forum bu günə kimi aktivdir və mövzular müzakirə edilir.

www.mozilla.am — Mozilla brauzerinin erməni dilinə lokalizasiya edən qrup

www.gtug.am — Ermənilərin Google Technology User Group`u… Yalan niyə danışaq? Sayt çox gözəl yığılıb, hətta bizim Baku GTUG saytından gözəldir. Düzdür, bizim Baku GTUG kimi ətraflı məlumat + tədbirlərdən videoçarxlar olmasada, saytda bir çox məlumat var. Bu link üzrə keçsək görərsiniz ki, GTUG onlarda 2010-cu ildən yaranıb və artıq 4 tədbir keçiriblər: http://www.gtug.am/single_news.php?id=1 Hətta internetdə surfing edərək, bu günlərdə çəkilmiş bu video ilə rastlaşdım: http://www.googitup.com/video/53139/google-developer-vardan-grigoryan

LUG — Linux User Group of Armenia… Sayt: http://www.lug.am Saytda, rus dilində də olsa, məqalələr, layihələr, wiki, forum, xəbərlər, yükləmə bölməsi, hətta qrup üzvlərinin əlaqə kontaktları belə göstərilib. Nəinki bizim linux.az saytında, çox az sayda informasiya var və bununla da hər şey bitir.

Revit User Group of Armenia (RUGA) — bu Autodesk Revit proqram təminatı sevənlərin qrupudur. Qrupun saytı olmasada, facebookda səhifələri var. Amma ordada elə çox deyillər… 48 nəfər : http://www.facebook.com/RevitUserGroupofArmenia?sk=wall

AUG — Adobe User Group, Ermənistanda 2011-ci ilin əvvəlindən yaranıb və indiyənə kimi artıq bir çox event keçirilib. Event siyahısına və bütün eventlərlə burada tanış ola bilərsiniz: http://augarmenia.groups.adobe.com/ Hətta bu qrup tərəfindən APC — Armenian Photoshop Community yaradılıb. Eləcədə 2009-cu ildə Flash Camp Armenia keçirilib. http://groups.adobe.com/index.cfm?event=post.display&postid=11183

Barkamp Ermənistanda 2009-cu ildə fəaliyyətinə başlayıb və artıq 3 ildir ki tədbirlər keçirilir. Biz görməmişlik edib 1 ilə 3 tədbir edəndə, onlar normal hər il bu tədbiri keçirirlər. Sayt: barcamp.am/

İndi isə gəlin ümumilikdə son vaxtlar gənclərin toplaşdığı Facebook sosial şəbəkəsindən fərqi yoxlayaq (Nəticələr socialbakers.com saytına görədir):

İlk olaraq bizim nəticələr ilə tanış olaq:

Ümumi Facebook istifadəçiləri: 518 800
Siyahı üzrə yeri: 91
Qadın istifadəçilər: 36%
Kişi istifadəçilər: 64%
Ən çox 18-24 yaşlılar: 47%, 25-34 yaşlılar isə 24% təşkil edir.

Daha ətraflı: www.socialbakers.com/facebook-statistics/azerbaijan#chart-intervals

Ermənistan:
Ümumi Facebook istifadəçiləri: 214 740
Siyahı üzrə yeri: 116
Qadın istifadəçilər: 53%
Kişi istifadəçilər: 47%
Ən çox 18-24 yaşlılar: 37%, 25-34 yaşlılar isə 30% təşkil edir.

Daha ətraflı: www.socialbakers.com/facebook-statistics/armenia#chart-intervals

Gördüyünüz kimi, biz facebookda onlardan demək olar 2.5 dəfə çoxuq. Bu 2.5 dəfə — 300 min deməkdir. Deməli bizdə inkişaf onlardan daha da üstün olmalıdır, amma nəsə yoxdu. Bu problem nədə və kimdədir? Kişi kimi deyirəm ki, özümdə bu nəticələri yığanda, utandım. Bəs siz utanmırsız? Utandınızsa bu mövzunu +1 buttonlar köməyilə yayıb, eləcədə şərh edin, nəticədə görək ki, nədi axı bu problemin səbəbi? Necə daha inkişaf edə bilərik?

Original: Kim daha çox inkişaf edib?
  • 0
  • 12 октября 2011, 02:17
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.