Yeni müsabiqə! Bu dəfə ActiveCloud fərqləndi!

Nokia N9 telefonunun icmalını edib qurtardıqdan sonra, Dima m. tərəfindən infocity.az saytında yazılan bir xəbəri gördüm. Son vaxtlar müsabiqələrdə iştirakdan çəkinmirəm və əgər bu sahədə biliyim varsa, tez iştirak etməyə can atıram ki, Allah Kərimdi, bəlkə qalib mən olacam? Xəbəri oxuduqdan sonra məlum oldu ki, ActiveCloud hosting xidməti göstərən şirkət tərəfindən web-masterlər üçün müsabiqə təşkil edilib. Web-programing sahəsində biliklərimin çox az olması çox gümanki bu müsabiqəyə qatıla bilməyəcəyimdən söz açır, yalnız iştirak edə bilməsəmdə, web-developer dostlarıma bu haqda xəbər verməyi özümə vacib bildim ki, bir çoxlarının bu haqda informasiyası olsun. Xəbəri əsasən yazıldığı kimi tərcümə edirəm ki, sonra heç bir problem yaşanmasın:

ActiveCloud şirkəti oktyabr ayının 12-sindən etibarən "Öz əllərinlə ən gözəl sayt" müsabiqəsini açıq elan edir!

"Öz əllərinlə ən yaxşı sayt" — yaradıcı insanlara şəxsi layihələrinin həyata keçirilməsi üçün böyük imkan yaradır. İndi ActiveCloud və SiteBuilder sayt konstruktoru sayəsində hətta uşaqlar belə professional dizaynlı saytlar yarada bilər.

ActiveCloud SiteBuilder — sizə, mütəxəssislər tərəfindən hazırlanmış 50-dən çox şablon təqdim edir ki, bu da sizə çox asan və gözəl görkəmli web-sayt yaratmaq imkanı yaradır. Siz yalnız bir xidmət sifariş verərək, hosting və eləcədə saytın qurulmasına artıq xərc ayırmadan, özünüz sayt yaratmaq imkanı əldə edəcəksiniz.

Müsabiqədə iştirak etmək üçün siz, şirkətin SiteBuilder xidmətinin demo-versiyasını sifariş verərək, saytınızı bu sistem üzərində yaratmalısınız. Sonra, siz yaratdığınız saytın şəkillərini (screenshot) çəkib marketing@activecloud.az poçt-ünvanına və yaxud ActiveCloud şirkətinin Facebook səhifəsində yaratdığınız saytın ünvanını yerləşdirə bilərsiniz. Sifariş oktyabr ayının 12-sindən noyabr ayının 20-sinə kimi davam edəcək. 3 ən yaxşı saytın sahibi pulsuz .com domeni, eləcədə öz yaratdıqları saytları SiteBuilder tarif planında bir illik pulsuz yerləşdirmə imkanı əldə edəcəklər.

Müsabiqənin qaydaları:

1. Müsabiqədə SiteBuilder sayt konstruktorunda hazırlanmış müxtəlif mövzularda olan saytlar iştirak edə bilər
2. Ən yaxşı saytları ActiveCloud şirkətinin Facebook səhifəsindəki istifadəçiləri və münsiflər seçəcəklər
3. Səsvermə 12 oktyabrdan — 20 noyabr daxil olmaqla keçirilir
4. Hər bir istifadəçi 1 dəfə səs vermək imkanına qadirdir

Müsabiqədə iştirak qaydaları:

1. ActiveCloud.az saytında SiteBuilder demo versiyasını sifariş edin
2. Saytınızı özünüz qurun
3. Saytınızda iştirakçı emblemini yerləşdirin
4. Yaratdığınız saytın şəkillərini (screenshot) çəkib marketing@activecloud.az poçt-ünvanına və yaxud ActiveCloud şirkətinin Facebook səhifəsində yaratdığınız saytın ünvanını yerləşdirin

Nəticələr on-line olaraq hesablanacaq və hər biriniz nəticələri əldə edə biləcəksiniz.

Diqqət! Müsabiqəyə buraxılmayan saytlar:
Müsabiqəyə yalnız ActiveCloud şirkəti tərəfindən təqdim edilən SiteBuilder sayt konstruktoru köməyilə yaradılmış saytlar qəbul edilir.

Mükafatlar:

Qalib gəlmiş 3 şəxs:

1. SiteBuilder tarifi üzrə 1 illik pulsuz hosting
2. COM sahəsində pulsuz domen adı
3. ActiveCloud şirkətinin bütün xidmətləri üçün 20% endirim
4. Diplom
5. və digər maraqlı sürprizlər əldə edəcəklər.

Hər birinizə uğurlar arzu edirik!


Doğurdan da bu müsabiqə, sizin gələcəkdə yeni layihələri addım atmaq üçün çox gözəl bir yol ola bilər. Məncə imkan yarandıqca bu müsabiqədə iştirak edib, hər birimiz maraqlı hədiyyələr uda bilərik. Hazır CMS və şablon üzərində sayt qurmaq məncə o qədərdə çətin deyil. Amma gərək elə bir sayt yaradasan ki, ilk 3-lüyə düşə :) Ona görə bir az fantaziyanızıda istifadə edin :) Hörmətlə, sizin sevimli Farik.
  • 0
  • 12 октября 2011, 23:28
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.