Hostinglə əməkdaşlıq və pul qazanma yolları

Salam hörmətli dostlar. Bu gün sizə təqdim etmək istədiyim mövzu, internetdə daha bir pul qazanmaq imkanı haqda olacaq. Bu halda heç nə itirmədiyim üçün, bölüşürəm ki, birlikdə qazanaq ;) Bu günlərdə hostingimin zəifləməsi üzündən, yeni hosting xidməti axtarmağa başladım və yadınızdadırsa, Azərbaycan hostingləri haqda bir mövzu yazdım. Bu mövzunu yazarkən, hər bir hostingi bircə-bircə analiz etməyə başladım və ActiveCloud.az hostingində bir çox gözəl xidmətlərlə tanış oldum. Çox uzatmayım, keçən mövzunun məğzinə :)

ActiveCloud.az hostingində Channel Partner deyilən bir partnyor xidməti var ki, şirkətin sözlərinə görə, bu xidməti seçdikdə siz əsas xidmətlərinizə əlavə olaraq tövsiyələr və konsultasiyalar vasitəsilə, o cümlədən öz saytlarınızda reklam yerləşdirməklə müştərilərinizə ActiveCloud xidmətlərini təklif etmək imakanını əldə edirsiniz. Müştərilər 2 yol ilə cəlb edilə bilər: Channel-referalChannel-konsultant

Channel-referal
Reklam yerləşdirməklə müştəri cəlb etmək istəyən internet-resursların sahibləri üçün nəzərdə tutulub. Bütün reklam materiallarını və onların yerləşdirilməsi vasitələrini biz təmin edirik. Siz isə yerləşdirdiyiniz linkdən keçmiş müştərinin sifariş etdiyi xidmətin qiymətindən müəyyən faiz alırsınız. Gələcəkdə, müştəri tarif planını dəyişdirdiyi halda belə siz bir il ərzində komissiya alacaqsınız. Saytınızda bizim reklamımızın yerləşdiriliməsi – sizin linkdən keçid etmiş müştərilərin məhz sizə gəlir gətirəcəyinin təminatıdır.

Channel-konsultant
Fəal satışlarda və müştərilərlə birbaşa əlaqələrdə maraqlı olanlar üçün tövsiyə edilir. Sizin gəliriniz tarif planının, əlavə xidmətlərin və s. seçiminə dair konsultasiya verdiyiniz müştərinin sifariş etdiyi xidmətlərin qiymətindən müəyyən faiz şəklində hesablanacaq. Siz müştərinin adından həllər sifariş edə və ya ActiveCloud xidmətlərini tövsiyyə edə bilərsiniz: unikal partnyor kodunu qeyd etməklə siz istənilən şərtlərdə gəlir əldə edəcəksiniz.

İndi isə bizə təqdim olunan partnyorluq xidmətinin üstünlükləri ilə tanış olaq:

Şəffaf hesablama sistemi
Statistika nəzarət sistemimiz partnyorlara istənilən an cəlb edilmiş sifarişlərin sayı və hər biri üçün komissiyaların miqdarı haqqında məlumatları izləmək imkanı verəcək. Siz konkret gün, həftə, ay üçün vəsait köçürmələrini yoxlaya bilərsiniz

Reklam dəstəyi
Reklam materialların tam dəsti sizin ixtiyarınızdadır: bannerlər, link-düymələr, tizerlər, mətn sətirləri. Sizin reklam materiallarının işlənib-hazırlanması və yenilənməsi ilə məşğul olmanız gərəkməyəcək.

Vəsaitlərin rahat çıxarılması
Mütəxəssislərimizin yoxlamasından sonra, siz qazandığınız vəsaitləri 72 saat ərzində çıxara bilərsiniz. Partnyor “pul kisəsi” hostinq xidmətlərinin ödəmə sistemi ilə inteqrasiya edilib və bu da bizə xidmətlərimizi birbaşa partnyor hesabından ödəmək imkanını verir. Bu zaman xüsusi partnyor bonusları və endirimləri tədbiq edilir.

Açıq imkanlar
Siz sadəcə reklam materiallarını öz saytınızda yerləşdirə bilərsiniz və ya birbaşa müştərilərlə (partnyotlarla, dostlarla, tanışlarla) işləyə bilərsiniz. Cəlb olunmuş müştərilərdən gəlir avtomatik olaraq sizin partnyor hesabınıza köçürülür.
Doğurdanda heçnə itirmədən, qazanc əldə etmək imkanı qazanırıq. Necə deyərlər hər şey özümüzdən asılıdır. Nə qədər çox müştəri gətirdin, o qədər çox qazanırsan. Bəs necə işə başlayım? Partnyor proqramına qoşulmaq üçün qeydiyyatdan keçmək lazımdır:

http://partners.activecloud.az/registration ünvanı üzrə keçib, fiziki və yaxud hüquqi şəxs olduğunuzu seçin. Mən hal-hazırda fiziki şəxs seçimi edib, davam edirəm. Yeni səhifədə anket bölümü açılır ki, burada siz özünüz haqda məlumatı yazıb, eləcədə sizinlə işləyəcək meneceri seçin və qaydalarlada tanış olaraq, qeydiyyatı göndərin. Qeydiyyatı bitirdikdən sonra, göstərdiyiniz e-poçt ünvanınıza təstiq məktubu gələcək ki, buradan da təklif olunan ünvan üzrə keçərək öz hesabınızı aktiv edin. Budur sizin hesabınız açılır:



Gördüyünüz kimi, bu şəkildə 5 rəqəm çəkmişəm (şəklin üstünə basaraq böyüdə bilərsiniz). Gəlin onlarla bir-bir tanış olaq:

1. Sizin hesabınız, eləcədə yanında hesab düzəlişləri menüsü var.
2. Balansınız, burada sizin gətirdiyiniz müştərilərdən aldığınız faiz üzrə hesablanmış pullarınız göstəriləcək
3. Promo-kod, sizin hosting paket almaq istəyən müştərilərə təqdim etməklə, müştərinin sizin tərəfdən gəlməsi göstəricisidir
4. Statistika, bu ay ərzində baş verən köçürmələrin siyahısıdır
5. Partnyor proqramı menüsü, sizin hesabınızla bağlı məlumatlar yerləşir. Məsələn, «Условия выплат» bölümünə keçib, gətirdiyimiz müştərilərdən alacaq faiz barədə məlumat ala bilirik:



Gördüyünüz kimi, hər iki partnyorluq xidmətinin faizləri haqda məlumat verilib. Digər, «Вывод средств» bölümünə keçib, pulunuzu ActiveCloud sistemindən, öz e-kisənizə köçürə bilərsiniz. Mən keçirmək istədikdə, orada yalnız WebMoney kisəsinə köçürmə yolunu tapdım.

Daha bir maraqlı sualı, bu gün səhər Urfan verdi. Bəs mən necə qazanacam? Bu sualı cavablandırıram ki, hamıya aydın olsun. Siz müştərini cəlb edərkən, sizə qeydiyyat zamanı təqdim olunan promo-koddan istifadə edin. Məsələn: Mənim promo-kodum, şəkildən göründüyü kimi, «Промо-код: 7MC7TIXK» şəklindədir. Müştərilərimə ActiveCloud xidmətlərini təklif edərkən, bu promo-koddan istifadə etmələrini, və yaxud siz özünüz hostingi müştəri üçün alırsınızsa, hosting paketi alarkən bu promo-kodu əlavə edirsiz. Bəs harda əlavə edirik? Məsələn, bir hosting paketi seçək: http://www.activecloud.az/az/services/virtual/

Məsələn, Expert virtual hosting paketini seçmək üçün aşağıda «Sifariş» düyməsini seçirik. İlk səhifədə müştəri hosting paketinin neçə ay ərzində alma təklifi və istəyə görə funksiyaların genişləndirilməsi təklif olunur. 2-ci səhifənin yuxarı hissəsində isə, promo-kod xanası yerləşib. Buraya sizə təklif olunan promo-kod yazılır ki, sifariş zamanı, ActiveCloud sistemi bu sifarişdən əldə olunan faizi sizin balansınıza avtomatik olaraq köçürür. Hosting səhifəsinin 3-cü səhifəsidə var ki, bu artıq müştəri haqda məlumatların daxil edilməsi və sifariş edilməsi səhifəsidir. Əgər suallarınız olsa, şərhlərdə verə bilərsiniz

Məncə sizi maraqlandıran bölümlərlə sizi tanış edə bildim. Əgər daha yaxından tanış olmaq istəsəz, elə indicə qeydiyyatdan keçib, pul qazanmağa başlayın :) Pul qazansaz, mənə bir çay qonaqlığı verərsiz :)

Birdə sizin yadınıza salım ki, ActiveCloud şirkəti tərəfindən "Ən yaxşı sayt" müsabiqəsi keçirilir və sizin hər biriniz, pulsuz domen, 1 illik pulsuz hostinq, diplom və digər hədiyyələr almaq imkanınız var. Daha ətraflı burada: Öz əllərinlə ən gözəl sayt
  • 0
  • 24 октября 2011, 01:12
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.