AzNet ya АзНет ?

Neçə vaxtdır ki bu problem qalıb qəlbimdə, deyə bilmirəm. Anar bəydən fərqli olaraq, web-səhifələrimizi pisləyib, öz web-səhifəmizə «reytinq» qazandırmaq istəmirəm. Gəlin problemlərimizdən danışaq.

Gəlin elə başlayaq, Anar bəy demişkən, gəlinbacı «Alexa»-dan. İlk onluğa fikir vermədən keçək 11-ci yerə. Çünki AzNetimiz yenicə yaranmağa macal tapınca, böyük xarici layihələr yüksək yerləri tutmağa macal tapıblar.

Hə keçək elə reytinqə, 11-ci yerdə «www.day.az»-dır. Azərbaycan dilindən əsər əlaməti olmayan bu web-səhifə, yeni texnologiyalar ilə yaradılan «monitor»larda sadəcə ekranın yarısını əhatə eləyir.

14-cü yerdə bizim gözəl-göyçək balamız, «www.day.az» web-səhifəsinin keçmiş sahibkarlarının, yeni layihəsi gəlir. «www.disput.az» adlanan bu layihənin «logo»-sunda nəyə görəsə yenədə «Rus» sözlərindən istifadə olunub. IPB forumu üzərində qurulan bu divan, АзНетимизин, bağışlayın, AzNetimizin elə deyəsən hələlik ən tanınmış divanıdır. Müsavat qəzetinə müsahibəsini «Azərbaycan» dilində verən, divanda isə «Azəri» sözlərini «Рус» hərfləri ilə yazan idarə heyəti, bizi yaznız kədərləndirir. Divanda «Rus» sözlərini latın əlifbası ilə yazmaq qadağandır, «Azərbaycan» sözlərini isə kiril əlifbası ilə yazanları isə alqışlayıb öz sıralarına qəbul edirlər.

17-ci yerdə ən yeni xəbərləri, çalışıb-vuruşub birinci Azərbaycan əhlinə çatdıqmaq istəyən, «www.1news.az» web-səhifəsidir. Yuxarıda «www.day.az» web-səhifəsi haqqında dediklərim, elə bu web-səhifəyə də aiddir. Web-səhifənin üstünlüklərindən biridə budur ki, «www.day.az»-dan fərqli olaraq, bunlarda şərh yazmağa da imkan verilir. Düzdü şərhi bu gün yazıb, biri gün nəşrə çıxdığını nəzərə almasaq irəliləyiş var.

18-ci yerlə «Trend» agentliyin web-səhifəsi gəlir. Yuxarıdakı xəbərlər web-səhifələrindən fərqli olaraq, burada Azərbaycan dili mövcuddur. Lakin Azərbaycan dilini seçdikdə, menü, rus dilli versiyadan fərqli olaraq daha cansıxıcı və qeyri-obyektiv gəlir. Dizayn pisləşir, sağ tərəfdə olan «Day.az Radio» yoxa çıxır. Sanki, bu radio elə rus dilli azərilər üçün imiş.

19-cu yeri «www.navigator.az» web-səhifəsi tutur. "İngilis" dilindən tutmuş «Fransız», «Alman» və hətta «Türk» dili seçimi olan bu web-səhifə, demə ancaq «Rus» dili üzrə fəaliyyət göstərir. Yuxarıda adını çəkdiyim dillərə tərcüməni isə, bizim «Yumroo»nun rəqibi «Google» edir.

21-ci yer bizim gözəl online marketinq jurnalı olan «www.mak.az»-dır. Axır ki TOP 20-liyi başa vurduqdan sonra, belə bir layihə ilə rastlaşa bilirik. Düzdür, xəbərlər ürək-açan dərəcədə yenilənməsə də, yenə də gözəldir.

23-çü yerdə geninə boluna servisləri ilə fərqlənən «www.yumroo.az» gəlir. Yəqin ki, bu layihənin icraçı direktorunu, yəni ki Anar bəyi tanımayan insan yoxdur. Öz güclü marketinqi və Online realiti-şousu ilə fərqlənən «Milli axtarış sistemi», hərdən bir öz axtarış sistemi üzərində də işləyir. Məsələn, bu günlərdə yoxlanış zamanı, Yumroo «sh» birləşməsini, axtarış sistemində ilkin axtarışları "Ş" kimi, sona «sh» təqdim eddiyini nəzərə aldıq.

24-cü yeri bir neçə illərdir Azərbaycan xalqına xidmət göstərən «www.box.az» gəlir. Sadə dizaynı ilə fərlənən box.az, yeniliklərə can atmaq fikrində deyəsən deyil…

25-ci yeri isə öz dəqiq və yeni xəbərləri ilə fərqlənən «www.apa.az» gəlir.

Sıralanmanı nəzərdən keçirəndə, diqqət yetirə bilərsiniz ki, irəlidə gedən layihələr, əsasən rus dilində fəaliyyət göstərir və «Azərbaycan» dilinə hörmətsizlik edirlər.
Bununla mübarizə etməyin yolunu görürsünüzmü? Nəyə görə həmin web-səhifələrin «Azərbaycan» dilli növü mövcud deyil?

(с) Fərhad Ələkbərov

//buyurun müzakirə edək
  • +3
  • 08 августа 2009, 16:40
  • Farik

Комментарии (64)

RSS свернуть / развернуть
+
0
Şərhlərinizə ehtiyacımız var.
avatar

Farik

  • 08 августа 2009, 16:40
+
+1
Пожалуйста пруфлинк на статейку помести;)
avatar

Cluster

  • 08 августа 2009, 17:01
+
+1
Какой пруфлинк? ) Это я сам написал. И только тут :)
avatar

Farik

  • 08 августа 2009, 17:29
+
+1
Молодчик, наконец то уже начинает кто то что то писать, это радует:)
На счет русскоязычных проектов, раз их большинство значит востребованней, а то не было бы такого рейтинга у этих проектов, но не кто же не запрещает делать новые проекты на родном языке:) между прочем они есть и даже есть которые хорошие, только вот почему то они в топ не входят по версии Alexa…
avatar

Cluster

  • 08 августа 2009, 17:35
+
0
Да есть…

www.musavat.com
www.azadliq.az
www.qaynar.info и тд…

Только почему русскоязычные так высоко по рейтингу, и воспользовавшийся этим не считают Азербайджанский язык, не считают ставить версию на Азербайджанском, и вообще что то делать к этому…
avatar

Farik

  • 08 августа 2009, 17:39
+
0
Большинство сидящих в инете русскоязычные вот тебе и ответ
avatar

Cluster

  • 08 августа 2009, 17:46
+
0
Не думаю, я могу с тобой поспорить что Азероязычных больше. Но только их надо привлечь… Проверь Мой Мир, одноклассники и тд)
avatar

Farik

  • 08 августа 2009, 18:01
+
0
Если я читаю на русском, это еще не означает, что я русскоязычный
avatar

ali

  • 08 августа 2009, 21:53
+
0
Это означает что не хватает литературы, сайтов активных на Азербайджанском. Надо пытаться это делать самому, а не ссылаться на то, что нету дааааа… Это тебе Серега)
Али, скажите свое мнение к этой статье.
Очень инетересно мне, что думают другие, я один чтоли такой, привязан к АзНет, ой AzNet-у
avatar

Farik

  • 08 августа 2009, 22:20
+
0
Mənim üçün Azərbaycan və Rus dilləri sadəcə vasitədir… Rusdilli, Azərbaycandilli ayrıseçkiliyini aparmaq isə heç yaxşı deyil… məsələn, qwerty.az mənim güddüyüm yeganə rusdilli saytdır, qalanları ingiliscədir… WWWNET-in sakini üçün bu iki anlayışın heç bir fərqi yoxdur :)
avatar

ali

  • 08 августа 2009, 22:28
+
0
Bilirsiniz, AzNeT istifadəçilərinin yarısından çoxu rus dilini bilmir. Və onlar sadəcə olaraq mıx.az və s web-səhifələrdə otururlar. Qalanları mail.ru, odnoklassniki istifadə edir. Sonra da ağlayırlar ki, bəs istifadəçilər nəyə görə gedib RuNet-ə çıxıblar… Belə baxanda, heç Belaruslardan geri qalmamışıq ))
avatar

Farik

  • 10 августа 2009, 14:57
+
0
Amma onlarda, heç olmasa, öz web-səhifələri birinci yerdədir…
alexa.com/topsites/countries/BY
avatar

Farik

  • 10 августа 2009, 14:58
+
+1
www.mobiland.az
www.toplu.az
Bu iki proekti də əlavə etmək istərdim. Fikrimcə rus dilli səhifələrin daha çox marağa səbəb olması ilk növbədə Azəri dilinin az təbliğ olunmasındadır. Nədənsə Rus və ya ingilis dilini həmişə öz dilimizdən üstün tutmuşuq. Sizin şərhlərdə də bunu görmək olar. Şərhlərin 90 faizi rus dilindədir. Hər halda məqalənin müəllifi öz fikrini azəricə də bildirə bilərdi. Əgər istifadəçi məqaləni oxuyub anlayıbsa, deməli yazdığınız cavabı da anlayacaqdı.
avatar

Kentosh

  • 03 сентября 2009, 10:03
+
0
Bu yalnız bir istifadəçiyə ismarıclanan rəydir. Bunun nə dəxli var? İnsan rus sektorunu qurtarıb, ona görə də ona rusca cavab vermişəm. Və yazdığım sözlər yalnız ona ismarıclanıb. Əgər ümümi mövzü haqda danışsaydıq, onda hə, sizinlə razı olardım.

Mobiland və Toplu-ya qaldıqda isə, mən sizinlə razı deyiləm. İkincini heç bu siyahının kandarınada buraxmaq olmaz. Web-project insan cəlb edici olmalıdır, sizin əlavə etdikləriniz isə aktual web-səhifələr deyillər.
avatar

Farik

  • 03 сентября 2009, 18:10
+
+1
Aktual veb səhifə deyəndə Aygün Kazımovanın alt paltarından danışılan saytlar nəzərdə tutulur? Niyə görə deyirəm? Çünki hər bir XNet öz müxtəlif tərkibi ilə varlıdır. Əgər AzNet tək musavat.com tipli saytlardan ibarət olmalıdırsa, hansı inkişafdan danışmaq olar? Bəyənmədiyiniz mobiland proyekti onun proqrammistinin şəxsi istəyi və ideyası əsasında informativ sayt kimi qurulub. Başqa bu cür sayt göstərin. Əgər bu tip saytlar lazımsız siyahısından kənara çıxmırsa, lazımlı siyahını mümkünsə «studiyaya » gətirin. Düzü əgər AZNet də Azərbaycan dilindən söhbət düşübsə, qvverty-də BigStreet (CMS) olaraq sistem elə ruscadır. Tərkib də həmçinin. Əgər bu sayt AzNet -in inkişafı üçündürsə və burada 90% hər şey ruscadırsa, onda habrahabr da AzNet -in inkişafında böyük rol oynayır. :)
avatar

Kentosh

  • 03 сентября 2009, 20:08
+
0
Mən qwerty olaraq sizə bir cavab verə bilmərəm, çünki burada bir istifadəçiyəm. CMS qaldıqda, səhv etmirəmsə BigStreet yox, LiveStreetdir. Gərək diqqətlə baxardınız.
Siz nəyə görə aygünün alt paltarını məsəl gətirdiniz? Və müsavatın web səhifəsini?
Birdə mən bu şərhi yazanda, demişəm ki qwerty olaraq, AzNeti inkişaf etdirəcəm? Sizə siyahını misal gətirəcəm, ancaq ilk olaraq deyə bilərəm ki «www.itexpert.az» layihəsinin yaradıcılarından biriyəm. Web-portalımız AzNetimizin inkişafı üçün əlindən gələni edəcək. İT xəbərlər, məqalələr, İT dərsliklər, Yükləmələr(comp və mobil)(yalnız açıq kodlu — Open Source), İT vakansiya, İT təqvim, və gələcəkdə planlaşdırdığımız Online servisləri ilə sizin istifadənizə veriləcək. Allah qoysa. Üzümüzə gələn aya istifadəyə vermək fikrimiz var. İnşallah. (Hal-hazırda səhifə üzərində texniki işlər gedir + Hosting dəyişirik, və bir az sonra Delta telekom Data-centre açdıqdan sonra, serverimizi orada yerləşdirmək planımız var ki, istifadəçilər daha yüksək sürətlə yükləmək və istifadə etmək imkanları olsun.
Siyahıya qaldıqda, bir neçə maraqlı layihə sizə təqdim edim:

www.mak.az
www.azeriblog.com
www.birge.az
www.yumroo.az (çox pul xərclənib, lakin yüksək səviyyədən söz ola bilməz)
www.blogy.az
www.fikrini.de
www.kataloq.az

və s…

Bir az da saya bilərəm, əgər sizə maraqlıdırsa…
avatar

Farik

  • 03 сентября 2009, 21:59
+
0
Hə lap yadımdan çıxmışdı…
Forumumuzda fəaliyyət göstərək. Nəyə lazım olduğunu özünüz də yaxşı bilirsiniz. Çox yazmaq istəmirəm sadəcə…
Portalımızın twitter-də öz xəbər lenti də mövcuddur. Və twitterdə nə gəldi yox, lakin ən vacib xəbərləri yerləşdirəcək. İnşallah.
Follow me: @itexpert_az
avatar

Farik

  • 03 сентября 2009, 22:03
+
0
İlk öncə hər kəsi salamlayıram. Sizin layihəyə də uğurlar diləyirəm. Düzü saytda hələ heç nə görmədim, inşallah hazır olar, qiymətləndirərik və istifadə edərik.
Keçək mətləbə. Yazıları oxudum. Mən sırf mobiland üzərində gedən mübahisəyə qoşulmaq və aydınlıq gətirmək istəyirəm. Düzdür, mobiland şedevr sayıla bilməz. Bir az içərisində saytın gəzsəniz maraqlı anlarla, yeniliklərlə, AzNet də az rast gəlinən AJAX texnologiya ilə rastlaşarsınız. Dizayn kiminsə xoşuna gəlməyə bilər. Çünki dizaynı Adobe Photoshop üzərindən, CSS texnologiyası ilə həvəskar proqrammist ( yəni mən ) çəkib, kəsib, doğrayıb. CMS həmçinin sıfırdan mən tərəfdən yazılıb. Bu telefon kataloqu VVorld Telekom və digər telefon mağazalarının saytının kopyası deyil. Onlar yalnız satdıqları telefonları sayta verirlər və qısa məlumatla qiyməti yazırlar. Mobiland isə sırf, müstəqil bir kataloqdur, heç bir telefon dükanına aid deyil. Aznet də belə geniş kataloq görmədim və necə deyərlər kefimə düşdü, CMS yazdım. Proffesional gözü baxsa bir CMS də SEF ( Search Engine Friendly URL ), AJAX, Web2 texnologiyaları görəcək. AzNet-in indiki DLE dən asılı bir halında bu cür texnologiyalarla yaradılan, tərkibində Aygünün paltarlarının müzakirəsindən fərqli tərkibə rast gəlinən, fərqli bir saytlar məncə əslində alqışlanan hal sayılmalıdır. Bir halda ki, mənim o proyektdən xeyrim mənə deyilən «SAĞ OL»lardır. Telefon almaq istəyən birinci mobilandı oxuyur, məsləhət alır və telefon seçimi edir. Hər halda limitli bir dairəsi olan proyekt heç də geridə qalmış sayılmamalıdır. Hər bir fərqli proyekt AzNet in inkişafı deməkdir, yoxdursa yaranmalıdır. Azərbaycan dilində 1 sayt daha +1 inkişaf sayılmalıdır.
Nə isə. Uzun sözün kəsəsi, o sayta əziyyət çəkmişəm, həmçinin tək çəkmişəm əziyyəti, o səbəbdən istəməzdim it qabağına tullanan bir proyekt sayılsın. İT haqqında hər sayt AzNet in inkişafı sayılmır. AzNet də yalnız İT üzrə mütəxəssislər «gəzişmir» :) Hər kəsə uğurlar.
avatar

AzeriFire

  • 03 сентября 2009, 22:35
+
+1
Я согласен база у сайта классная только вот тот кто выбирает мобилку скорее всего почитает мысль Эльдара Муртазина :)
avatar

Cluster

  • 03 сентября 2009, 23:03
+
0
Murtazin-ə gələndə isə, yenə məni məyus edirsiniz. Sizin, onun, mənim rus dili bilməyimiz AzNet-in 100% rusdilli olmağı və ya rus dilində olan sayta alternativ lazım olmadığı demək deyil hər halda. AzNet-ə Azərbaycan dilli saytlar lazımdır və bu qaçılmazdır. Murtazinə gələndə isə bir daha- inan ki, bu günə kimi dediklərinin əski olub. Onun sözüynən 4 telefon alıb tullamışam :)
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:16
+
0
Не сайты надо лепить красивые со всякими там Ajax, а нужен контент качественный на азербайджанском;)
avatar

Cluster

  • 03 сентября 2009, 23:26
+
0
Mobil telefon KATALOQUNdan nə tərkib (uruscax контент ) gözlənir? Məncə hətta xəbərlər orada artıqdır. Nə isə. Uzun sözün kəsəsi (uruscax кароче ) mən «səhvəm» ( yəni «неправ» ), mən dəliyəm, düşüb ortalığa nə isə yaratmaq istəmişəm təkbaşına, tərkib uruscax olmadığından alınan nəticə apar tulladır :) Mən girmədim ki, mobilandı 1ci yerə qoyam, mən girdim bura ki, mobilandı axırıncı olmadığını göstərəm. Göstərin mənə, pulla yığılmayan bir sayt ki, nə isə bir yenilik etsin? Ya siz, ya o birisi? Ya özün proff adlandıran başqa birisi? Hər halda yeni bir şey yaranırsa, yaradıcını həvəsdən salıb, sonra AzNetim vayyyy, deyib, AzNet-in inkişafından bol bol danışmaq… Nə isə.
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:43
+
0
ДА уж вот опять заходят разговорчики о Движках, опять повторюсь что самое главное щас контент, да я соглашусь что тут не самый лучший контент, который мог бы быть, но его делают юзернеймы которые тут сидят, а юзернеймы у нас не активные, любители почитать и закрыть, поделиться какой то новостью или опытом слабо, поэтому АзНет в такой заднице:)
И еще хочу сказать что этот проект делался и делается для того чтобы вся информация была в одном месте, чтобы было одно большое IT сообщество, пишите тут как каком хотите здесь языке мы никогда не против… и хватит обсуждать на какой языке проект, не мы его создаем! Его делаете вы! Как вы захотите, так и будет он выглядеть;)
avatar

Cluster

  • 03 сентября 2009, 22:32
+
0
> AzeriFire
Deyirsiz girdim səhifəmizə, heç nə görmədiniz. Nə görmək istəyirsiniz üzərində düzəliş gedən, və indiyənə kimi də istifadəyə verilməmiş portalda. Allah qoysa təqdimat olar. Xəbər verərik sizlərə də.
Birdə mən mobiland.az web-səhifəsinin texniki və dizaynına heç bir söz deməmişəm. Mən aktual web-səhifələrdən danışdım.
Baxın öz xəbərlərinizə və yeniliklərinizə:

Samsung Omnia Pro hazırlanır?
Müəllif: AzeriFire Tarix: 2009-04-27 » Ətraflı oxu ( 395 dəfə oxundu )

Tezliklə
Müəllif: AzeriFire Tarix: 2009-07-09 » Ətraflı oxu ( 147 dəfə oxundu )


Nəsə demək istəyirsiniz?
avatar

Farik

  • 03 сентября 2009, 23:00
+
0
Qardaş, dedim axı. Açılar sayt, istifadə edərik. Burada pafosnan söz deyilmədi ki, pafosnan da cavab alım. Sadəcə dediz ki bu layihənin rəhbəriyəm, əvvəl elə bildim ki, artıq mövcud bir layihədən söhbət gedir.
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:27
+
0
Nəsə demək istəyirsiniz?

Yenə qeyd edirəm, Mobiland.az Mobil telefon KATALOQUDUR. Xəbərlər orada sadəcə yamaqdır. Xəbərlər üçün redaktor sistemi hazırlayıram, yenilik olacaq. Ondansa siz kataloqda sonuncu modellərə baxın. Bacardığım qədər sonuncu modelləri əlavə edirəm. Necə deyərlər, «keç günahımdan».
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:35
+
0
İT haqqında hər sayt AzNet in inkişafı sayılmır. AzNet də yalnız İT üzrə mütəxəssislər «gəzişmir» :) Hər kəsə uğurlar.


Sizə təəssüf hissləri ilə demək istəyirəm ki, elə AzNeti, İT mütəxəssislər yalnız dəyişə bilər… Web-səhifələri İT mütəxəssislər yığır, məsələn sizin kimi… Yəni sizdə bu layihədə iştirak edib, bir bilici kimi, o birilərə də başa salasınız ki, DLE CMS deyil, svalkadı :)
avatar

Farik

  • 03 сентября 2009, 23:03
+
0
Fərhad düz deyirsən ki, Azneti İT mütəxəssislər dəyişə biləcək.Amma bir şeydə var ki bizim cammaat başa düşmür ki, əyləncə saytlarında şeirlər oxumaq, guya hack bölməsinə girib hacker olmaq, burada adı səslənən Aygün xanımın alt paltarı haqqında məlumatlar oxumaqdan başqa da maraqlı şeylər var Aznetdə. Lakin çox adam onunla maraqlanmır. İnandırım ki, Azərbaycanda lazım olsa hamı rus dilində başa düşür. O necə olur ki, rus dilində kinolara baxırsan amma rus dilində başa dümürsən? Necə deyərlər, sərf etməyəndə başa düşməz də…

P.S. Fərhad düz vurğuladın ki, DLE CMS deyil. Bu dünyada görünməyən qeyri adi bir zibil yığınıdır. Ümid edək ki, DLE erası nə vaxtsa qurtaracaq. Hə birdə bizim saytda Livestreet CMS deyil, Drupal CMS — dir
avatar

Acid

  • 03 сентября 2009, 23:23
+
0
DLE nin tərəfini tutmuram. Amma onu deyim ki, birinci çayı atdanaq hop deyə deyə. DLE «svalka»dır, olsun. Bəs hanı özümüzün «svalka» olmayan CMS -miz? Nədənsə ağzı köpüklənə köpüklənə layihələrdən danışalardan heç kəs ortalığa heç nə çıxarmayıb ki,AzNet -i rus «svalka»sından təmizləsin. Yenə qeyd edirəm, mən həvəskar proqrammist olaraq, bacardığımı etmişəm. İndiki etdiklərimi bəyənmirsiz, bəyənilən bir şey çıxarın ortalığa. Ehhh.
Qeyd: Arada bəlkə lazım oldu:

youtube.toplu.az/

Qeyd2: Bağışlayın əgər «kontent»i zəifdirsə :) Günah məndə deyil :)
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:51
+
0
Sizə təəssüf hissləri ilə demək istəyirəm ki, elə AzNeti, İT mütəxəssislər yalnız dəyişə bilər… Web-səhifələri İT mütəxəssislər yığır, məsələn sizin kimi… Yəni sizdə bu layihədə iştirak edib, bir bilici kimi, o birilərə də başa salasınız ki, DLE CMS deyil, svalkadı :)


Hmmm. Mən auditoriyadan danışdım, AzNet auditoriyasından. Mən istehsalçıdan yox istehlakçını nəzərdə tuturam. Elə hesab edin ki, bir kitabxana var böyük bir şəhərdə. O kitabxanda yalnız İT haqqında kitablar satılır. Məcburdur ki, hamı İT ilə maraqlansın? Mən deyirəm rəngarənglik olmalıdır. Tək İT saytlarla xNET heç vaxt qurulmaz.
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:56
+
0
Все кто хочет пропиарить свой проект можете при открытии это сделать у нас;) Открою на днях тематический блог Я пиарюсь…
avatar

Cluster

  • 03 сентября 2009, 23:41
+
0
PR — i 2 aya 5 olan saytın inanmıram ki, gündəlik girişi 86 nəfər olan bloqda piarı alınsın :)
avatar

AzeriFire

  • 03 сентября 2009, 23:45
+
0
я не о таком Пиаре говорю, а о том чтобы о нем хоть как то узнали, и самое главное бесплатно;) вы просто расскажите о проекте, послушаете отзыва пользователей об вашем проекте, разве это мало, почему все гонятся за этими PR Азнет пока что маленький сайты популярные знакомы всем их можно пересчитать по пальцам…
avatar

Cluster

  • 03 сентября 2009, 23:49
+
0
Hə. Sonda qeyd edim ki, Leapold demiş gəlin, mehriban yaşayaq. Pislədiniz, pislədiniz. Çox sağ olun :) Guplayın gəlsin. Davaynan bir şey alınan deyil. Gedim bir az LineAge oynayım, hirsimi moblardan çıxım. Sizə də məsləhət bilirəm, stressi götürür. :)
Qeyd: Offtop-a görə üzr istəyirəm.
avatar

AzeriFire

  • 04 сентября 2009, 00:07
+
0
Düzdür bəlkə də bizim sayta az adam girir. Bu da bayaq dediyimiz insanların maraq dairəsindən asılıdır. Misal üçün siz Azerifire az da olsa maraq göstərdiniz ki, bu sayta daxil oldunuz və hətta şərh belə yazdınız. Biz hal-hazırda çalışırıq ki, bizim sayta daha çox adam girsin. Lakin Azərbaycanda bu çox çətindir.

Bəlkə də əyləncə saytı «pompulu.az» açsaydıq daha çox istifadəçimiz olardı.;)
avatar

Acid

  • 04 сентября 2009, 00:14
+
0
Yox pisləyib zad eləməmişik. Nə var onu demişik. Mən sizin web-səhifənizin texniki və dizayn haqda bir şey deməmişəm, çünki bu mənim sahəm deyil. Mən səhifələrin aktuallığından danışıram. Elə səhifələr var ki minlər tökülüb. Sadəcə özləri üçün… Məsələn: www.roya.az
İndi deyirsiz bu web-səhifəni AzNetin mirvarisi sayaq?
LineAge de qalanda, hansı serverdə oynayırsınız? :) Mən www.lineage.ru, nikim: _
8 dəfə Hero :) Lionna.
avatar

Farik

  • 04 сентября 2009, 11:22
+
-1
_evermore.ru — 8 uşaq atası XAMPP :)
avatar

AzeriFire

  • 04 сентября 2009, 23:20
+
0
2AzeriFire. toplu.az bir zibil yiginidir,bayaq deyildiyi kimi svalka. mobiland.az bugünkü Aznet üçün böyük şeydir.
Azerifrenin bir sözü xoşuma gəldi ki,deyir mən bacardığımı etdim,bəs siz nə etmisiz?Sözündə həqiqət var.Kim nə edib ki?

Voobshe-to bu saytda nə Bigstreet,nə də Drupal CMS-dir.100 faiz livestreet-dir.
avatar

kefkom

  • 05 сентября 2009, 22:55
+
0
Разве это так значимо для вас на каком движке сайт?:)
avatar

Cluster

  • 05 сентября 2009, 23:05
+
0
Həmin loqikaya qalsa,sənincun hansi OS-da islemeyin ferqi var?Razve eto tak znacimo?-)
avatar

kefkom

  • 06 сентября 2009, 09:22
+
0
he voobshe duz deyirsen. burda livestreet cms-dir. men sadece fikir vermedim.

cluster konechno interesno. ved nado je znat na kakom dvijke rabotaesh. daje mojet ponadobitsya v budushem.
kstati ya glavnogo admina ne videl davnenko. ne znaesh gde on?
avatar

Acid

  • 06 сентября 2009, 02:30
+
+1
Он тихо наблюдает за всеми:)
avatar

Cluster

  • 06 сентября 2009, 10:51
+
0
DLE CMS deyil, svalkadı :)

Svalka dediyiniz DLE üzərində əksər yeni qeydiyyatdan keçən *.az domenləri qurulub. Bu gün zibil yığnağı olan səhifə bir neçə aydan sonra dəyişib «pompulu.az» səviyyəsindən çıxır. Cluster-lə razıyam ki, kontent əsasdır və bu ancaq İT sahəsində olmalı deyil. Hər halda siz yəqin ki, vvalpaper axtararkən itexpert.az və mobiland.az — a gəlib çıxmayacaqsınız :) Google sizi birbaşa toplu.az istiqamətində yönəldəcək.
avatar

Kentosh

  • 06 сентября 2009, 16:56
+
0
İnan, allah qoysa PRi 6ya qaldirandan sonra, istəyirsən "İT iş" yaz, gəlib çıxacaqsız itexpert.az -a :) İnşallah.
Walpaper 100% olacaq, allah qoysa hər şey olacaq.
Artıq bir məkana yığılıb, AzNetin problemlərinin həllini tapmaq vaxtı gəlib çıxıb.
avatar

Farik

  • 06 сентября 2009, 23:15
+
0
Farik itexpert.az da wallpaper-in ne dexlisi? o_O
ok wallpaper qoymaq olar eger o kimise photoshop ishidise. amma mence yene de pis gorsenecek. saytin adi itexpert icinde ise wallpaper ve s. elence sayti deyil axi(yeginki)
avatar

Acid

  • 07 сентября 2009, 10:31
+
0
Wallpaper deyəndə — «Обои для рабочего стола» nəzərdə tutmursunuz?
Bizdə o wallpaper-lər day «Home» səhifəsində yerləşməyəcək hər dəfə. Hər bir faylın öz bölümü var. Wallpaperlər üçün > Yükləmələr > Windows(Linux, MAC) > Wallpapers
Və s. :) Başa sala bildim yəqin ki )
Əyləncəyə qalanda, başa düşmədim wallpaperlər əyləncə səhifələri üçün qurulub, ya kompun "İşçi paneli«ndə yerləşdirmək üçün?
avatar

Farik

  • 07 сентября 2009, 10:47
+
0
Düzünü desəm mən də itexpert.az səhifəsində vvallpaper görəcəyimi düşünmürdüm :)
avatar

Kentosh

  • 07 сентября 2009, 13:53
+
0
Özünüz bilərsiniz,amma mən nə itexpert-dən,nə it-professionaldan,nə də başqasından bir şey gözləmirəm.Tutaq ki,lap açıldı.Sonra?Monetizaciya necə olacaq? Bilmirəm,nədirsə,amma getdikcə elə fikirlə.irəm ki,Aznetin gələcəyi yoxdur.Qlobalizasiya gedir.Google,Facebook,Gmail...yerli saytlara gərək qalmayacaq:-(
avatar

kefkom

  • 07 сентября 2009, 15:32
+
+1
kefkom google, facebook, gmail kimi saytlari Azerbaycna satlari ile muqayise etmek gunah sayilardi. onlar nece ilin layiheleridi. men gozumu acandan google var idi. Aznet ise teze teze inkishafa bashlayir. O gun kendde gozel bir soz eshitdim: «Moskva birden Moskva olmayib ki...». Dogurdan da duz deyirler. Eger siz google-in tarixi ile maraqlanmisinizsa onda gorerdiniz ki o vaxt olar cox pis gunde idiler. 2 nefer idare edirdi. ve qarajda meskunlashmishdilar. amma indi? neheng kompaniyadi. yavash yavash Aznet de inkishaf edecek. ve ne vaxtsa facebook, gmail kimi saytlardan daha az istifade edilecek.

P.S. google-dan her zaman istifade edilecek.
avatar

Acid

  • 07 сентября 2009, 17:03
+
0
Başa düşmədim, gəlin araşdıraq:
1. Azərbaycan dilində İT xəbərləri Google, Facebook, Gmail də oxuya bilərsiz? Bir dənə sayt göstərin.
2. Bildiyiniz kimi Azərbaycanda yerləşən serverlərdə olan saytlar, sürətli açılır, və mənim Uninet provayderim, daxili şəbəkədə 3 mb sürət verir. Superonline 4 mb. Sürətlər düşdükdən sona isə, yəqin xarici şəbəkə 1 mb (=20 man), daxili isə 7-8 olacaq. Bu da o deməkdir ki, Azda, yerləşən serverdən, siz programi 7 dəfə tez yazmaq imkanınız olacaq, ikinci belə bir sayt göstərin mənə.
3. Azərbaycan dilində pulsuz e-kitab və video-dərslik portalı göstərin mənə = (firststeps.az-dan başqa, bu elə bizimkilərindir = Rəşadın. itexpert hazır olan kimi, həmin dərsliklər bizdədə olacaq, bizimkilərsə onda.)
4. Azərbaycanda baş verən İT Hadisələr haqda bir "İT təqvim" servisi göstərin. Sayt gözləyirəm, istəyirsiz google yox, microsoft yazın.
5. AzNet bölümü olan bir sayt istəyirəm, hardakı saytların reytinqi, onların araşdırılması və fikir mübadiləsi keçiriləcək bir səhifə görmək istəyirəm.
6. Forum axtarıram, hardakı İT məsələləri, AzNet saytlarını və s. Azərbaycanca müzəkirə edirlər.

kefkom, elə nikinizdən görünür ki, sizin özünüzdən bir şey gözləməli deyil.

> kentosh, başa düşmədim, wallpaper nədiki? Qadın tumanıdı? Yükləmələr bölümündə, hər bir ƏS-in(Əməliyyat sistemi) öz wallpaperləri olacaq. Bizim dildə, divar kağızı :)
avatar

Farik

  • 07 сентября 2009, 22:12
+
0
Guya sizin nikinizdən nəsə gözləmək olur?

1.Mən ümumiləşdimrmə apardım.Dedim ki,qlobalizasiya gedir.Əsəbiləşmək lazım deyil.qverty-nin özü elə İT xəbərləri vermir?Runetdə İT haqda müntəzəm yenilənən məlumatları,profilər isə slashdot-u isledir.
2.Bax bu maraqlıdır.Bir dəfə ayrıca bunun haqda post yazsanız yaxşı olar.
3. Tutaq ki,hazırladınız o dərslikləri.Əziyyətə dəyirmi?Neçə nəfər oxuyacaq photoshopda kisti dəyişməyin metodları haqqında?Ruslar demiş ne stoit
4. Saytınıza bir fiça əlavə etmisiniz.Nolsun?Bizdə hadisə olurmu ki,onun təqvimi də olsun?
5. çox siyahını uzaqmaq istəmirəm.Bir nümunə göstərim.Eksplorer jurnalı eşitmisiniz? çox yaxşı jurnal idi.Sizin onlayn dediyinizi onlar print versiyada etmək istəyirdi.Maraqlı məqalələr,obzorlar...İşlədilər də.Nəticəsi noldu?
Elə bilməyin ki,camaat sizin saytinizi qaralamaq istəyir və ya başqa məqsədlə sizlə razılaşmır.Mən görə-görə gəlmişəm.Heyfim gəlir əziyyətə.

P.S.Ən düşük İt-neologizm məhz divar kağızı-dır.Bir nəfər ağıllı çıxıb təzə termin tapa bilmədi.Farik,əgər bu saytı açmağın arxasınca sonacan gedəcəksinizsə,onda elə bir yenilik də edin.VValpaper-in yerinə təzə bir şey tapın.
avatar

kefkom

  • 08 сентября 2009, 10:00
+
+1
kentosh, başa düşmədim, wallpaper nədiki? Qadın tumanıdı? Yükləmələr bölümündə, hər bir ƏS-in(Əməliyyat sistemi) öz wallpaperləri olacaq. Bizim dildə, divar kağızı :)

Bəli bir növ belədir. İT səifədə olmalı olan digər məlumatların yanında vvalpaper qadın tumanıdır. Çünki, xalqımız «bir az» əyləncəsevər xalqdır. Buna görə itexpert.az adlanan veb səhifədə bütün dedikləriniz dərsliklərin və digər istifadəçini savadlandıra biləcək məlumatların arasında məhz bu vvalpaper bölməsini seçəcək. Təklif kimi isə vvalpaper bölməsinə saytda olan potoshop dərsliklərinin nəticəsində userlərin yaratdıqlarını qoymaq olar. Bu bir tərəfdən də motivasiya ola bilər. O ki, qaldı dərsliklərə bir müddət əvvəl AzNetdə F5plus forumu fəaliyyət göstərirdi. Bu forum İT barədə kifayət qədər məlumat toplanmışdı. Mən photoshop dərsliklərini tərcümə edirdim, Azerifire isə PHP barədə bildiklərini bölüşürdü. Dərslər kifayət qədər uğur qazanmışdı. Təəssüf ki, qoruyub saxlaya bilmədik.
avatar

Kentosh

  • 08 сентября 2009, 11:26
+
0
Nəyə görə saxlamaq olmadı? maraqlıdır.
Beyaxdan Google, ebay, facebook -dan danışırdız, indisə deyirsiz ki wallpaper bölümündə — istifadəçilərin photoshop işləri olmalıdır. Xeyr, orada original wallpaperlər olacaq. Əgər kim öz vvalpaper əlavə etmək istəyirsə, e-mail yazıb, əlavə etdirə bilər. Əgər əlavə edilməli bir şey olsa.
avatar

Farik

  • 08 сентября 2009, 15:36
+
0
Farik, bu günə kimi açdığım saytlardan, etdiyim işlərdən yeganə sayt mix.az dan nə isə bəhrə gördüm.(Mix.az kontent-dən danışmayacam, texniki hissə mənlik idi). Qalan bütün proyekt və saytlara ancaq pul xərcləmişəm. F5-in hostu hədiyyə verilmişdi. Necə deyərlər ucuz ətin şorbası olmaz.Bir neçə ay sonra sildilər faylları və yeni host almağa 10 AZN belə pulum olmadığından it-bat oldu. Ancaq, backup daim götürmüşəm. 23 dənə Azərbaycan dilində, şərhlərlə PHP haqqında dərslik tipində mövzu yazmışdım.Class-lara qədər hər bir mövzu var idi. İnan o dərsliklərlə həvəslənən və öyrənən, bu gün isə artıq proqrammist kimi şirkətdə işləyən adamlar tanıyıram. İş ondan getmir. Nə isə eləmək üçün, maddi imkan da lazımdır. Mən neçə gündür bar-bar proyektlərdən bağırıram, işlərimi göstərirəm, amma inan ki, 6 aydır ki, heç bir yerdə işləmirəm, gəlirim də yoxdur. Bax, bu şəraitdən danışın! Az-çox bacarığı olanlar da öz dərdi ilə məşğuldur. Mən burada «Tale yollarında» verlişindəki kimi ağlaşma qurmuram, sadəcə AzNet-in və USNet-in inkişafı dedikdə,fərqi dedikdə, görünməyən tərəfləri göstərmək istəyirəm. İnşallah hər şey düzələr, hər kəsə uğurlar!
avatar

AzeriFire

  • 08 сентября 2009, 19:01
+
0
İndiki zamanda PHP proqrammist pul qazana bilmir?AJAX,Java,PHP 5,serverlə işləməyi bacarırsansa,asanlıqla pul qazana bilərsən,məncə.proqramist kimi elə veb-studiyalara müraciət et,əgər yaxşı bilirsənsə,iş tapmaq olar.
avatar

kefkom

  • 08 сентября 2009, 20:35
+
0
Veb studiyaların özündən müraciət gəlir. Ancaq onların təklif etdikləri 250-300 AZN-lə nə hər gün Bakı — Sumqayıt getmək olar, nə ailə saxlamaq. Ayın axırı yola, yeməyə xərclənən pul elə məvaciblə başabaş çıxır. Nə isə, söhbətdən uzaqlaşdıq, üzr istəyirəm :)
avatar

AzeriFire

  • 08 сентября 2009, 20:39
+
0
azerifire mix.az — in yaradicalarindan sumqayitda qalan sensen? meneshitmishdim ki mix.az in yaradicisi sumqayitda qalir ona gore sorushuram
avatar

Acid

  • 08 сентября 2009, 20:48
+
0
Aha, düzdür. Sumqayıtda qalıram. Sakit bir şəhərdə. ( Fikirlərdə isə dumanlı, xlorlu şəhər olaraq anılsa da, bu gün çox təmiz havalı, sakit bir şəhərdir əslində)
avatar

AzeriFire

  • 08 сентября 2009, 20:56
+
+1
duz dedin ki sumqayit sakit ve temiz sheherdi. duzdur men oxumushdum ki ki kecen il sumqyit 2-ci en cirkli sheher sayilib. mektebin yarisina basha salirdim ki bu bele deyil. duzu men ozum sumqaitda anadan olmusham ve evveller yay tetilimi orda kecirmishem.
avatar

Acid

  • 08 сентября 2009, 21:19
+
0
Farik nervlenmek lazim deyil. biz sadece sherh yaziriq ve fikrimizi bildiririk ;)
duzun desem 3-cu bolmedekileri biz de fikrimizden kecirmishdik. amma ne oldu bilmirem. men indi burda hec kimem ;)
avatar

Acid

  • 08 сентября 2009, 01:07
+
0
Yox, sadəcə ləzzət eləmir ki, deyirlər nə İt expert nə də İt professionaldan heç nə gözləmirəm…
avatar

Farik

  • 08 сентября 2009, 10:00
+
0
İnanırsan AzerFire, məndə sənin günündəyəm :) Mart ayından, itexpert.az düzəltmək üçün işdən çıxdım. Düzü 100 manat alırdım, zabit elədim ) Dedim bu saytı yığacam. Hələ ki Emin(bu o biri admindir) ilə xərcləyirik pul. İndidə 50 manat lazımdı verstkaya :) Paylayırıq hələ.
Əgər istəsəniz, sizin dərslikləri yerləşdirərəm itexpert-də, sizin adınızdan.
avatar

Farik

  • 08 сентября 2009, 20:00
+
+1
Hələ ki Emin(bu o biri admindir) ilə xərcləyirik pul. İndidə 50 manat lazımdı verstkaya :) Paylayırıq hələ.


Bax elə bu səbəbdən proyektlərimdə ( əgər belə demək olarsa ) dizaynı özüm çəkib,özüm kəsib doğrayır, özüm dirçəldirəm. Ancaq bu proyektə sərf olunan zamanın 3də 2si elə dizayna gedir, çünki o sahənin ustası deyiləm.

Qeyd: İnşallah, backup-ları açıb tökərəm, 23 mövzudur, ötürərəm sizə.
avatar

AzeriFire

  • 08 сентября 2009, 20:42
+
+1
Müəllif hüquqlarını qoruyaraq, yerləşdirərik. Allah qoysa fikrimiz var belə bir portal yaradaq. Allah qoysa itexpert.az İT mütəxəssislər və iş təklif edənlər arasında bir köməkçi portala da çevrilər. Siziz işlərinizi görüb, iş təklif edərlər.
Gələcəkdə özümüz video-dərsliklər də çəkmək istəyirik. Qoy öyrənsin yeni başlayanlar.
avatar

Farik

  • 08 сентября 2009, 22:06

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.