Gəncədə xurma qonaqlığı

Bir neçə gün buludların yağdırdığı yağış, havanı sərinlədib, bizi də xəstələndirdi. Lakin bu problemlərə heç məhəl qoymayan Barkamp təşkilatçıları ayın 11-i, yəni dünən yığıldılar toplanışa. Çox gizli və web-səhifədə xəbər verilməyən bu görüş, çox yəqin ki uğurlu keçib. Biz isə öz növbəmizdə, bu xəbəri "şpionlardan" yox, sadəcə Barkamp Azərbaycan 2009 təşkilarçılarının «Twitter»-də yazdıqları şərhlərə görə başa düşdük :)


Vaxtlar, ayın 12si saat 19:30-a görə seçilib. Yəni ki yazılıbsa 21 saat əvvəl, deməli saat 22:30 ayın 11-i :)

Tənbəllik eləmədən, başladım AzNet-i yaxşı mənada qurtdalamağa. Fikrimə düşən, elə ən yaxşısı Barcamp Azərbaycan 2009-un web-səhifəsi oldu. (www.barcamp.az/2009)

Elə açılan kimi də, gözümə dəyən sağ tərəfdə «Media dəstəyi»-ndə yerləşən rəngli şəkillər oldu. Başa düşdüm ki bu web-səhifələr Barkamp Azərbaycan 2009 haqda ətraflı məlumat verəcək KİV-lərdir.
Amma başa düşməyim, mənə baha başa gəldi. Hamı kimi, mənimdə vaxt itkisindən xoşum gəlmir, amma ruslar demişkən, «zakon podlosti», istəmədiyin başıva gəlir. Səhv eləyib girdim bir-bir, hər üç dəstək web-səhifələrinə. Barkamp Azərbaycan 2009 haqda nəinki yapışdırılmış xəbər(bu termin, sayt adminlərinə tanışdır, yəni ki həmişə yuxarıda, aktiv olan xəbərlərdir), nə də Barcamp.az/2009 web-səhifəsində təklif olunan bannerlərdən birinə rast gəlmədim.
Bilmədim necə «Media dəstəyidir», amma bunu mən «AzNet» sayağı adlandıracam.

Yəni, artıq öz yerini tutmuş, reklamlarla dolu olan bu KİV-lərin(Birinci iki web-səhifəyə aiddir, barcamp.az/2009 siyahısına görə), bu gözəl layihə üçün bir banner yeri tapılmayıb.
Hə lap yadımnan çıxmışdı, üçüncü yerdə olan www.visual.az isə heç olmasa, rəhmətlik(ölüyə də rəhmət var, diriyə də) Barkamp Caspian 2009-un bannerini aşağıda yerləşdirib. Əsasən ziyarətçi sayğacları üçün işlədilən ölçülərdə olduğunu görüb, heç olmasa bunun üçün çox sevindim.

p.s. Əlavə, ayın 13-ü saat 0:18. Daha bir şəkil «Media dəstəyinə» əlavə olundu. Orada da, yuxarıdakı web-səhifələrdə olduğu kimi, nə banner var nə də xəbər...

Dedim nəyə vaxt itirirəm, qayıdım elə barcamp.az/2009-a… Dost siyahısında bizim şip-şirin balamız «qwe.az» görüb, sevindim ki, heç olmasa bizə burda yer tapılıb. Necə deyəllər, it dəflərində olmaqdansa, burda olmaq daha yaxşıdı. Zarafat :)

Bu gözəl dost siyahılarına bir-bir daxil olduqca, lap ləzzət aldım. Hər bir səhifədə gözəl-göycək yerləşdirilmiş bannerlər, getmək istəməyənləri də belə ruhlandırır.
Öz və İTExpert adınnan bu cür cəngavərliyə görə, bütün dost səhifələri salamlayır, onlara öz təşəkkürümü bildirir, və gələcəkdə çox böyük nailiyyətlər arzu edirəm.

Hə, bu hələ son deyil, bir tənqid hədəfidə tuşlandı www.editor.az web-səhifəsinə.
Beyaxdan dediyim bu yapışdırılmış xəbərə gəlib çıxdıq. Çox gözəl şəkildə edilmiş bu xəbər, həmin web-səhifədə birinci yeri tutur. Lakin elə ən pisi də budur. İstifadəçiləri çaşqınlığa sürüyən bu xəbərin başlığı belədir: "14-15 Avqustda “BarKamp Gəncə” qeyri-konfransı keçiriləcəkdir."
Ayın 16-sını zavtraka saxlayan Jalə xanım, yaxşı ki mövzunun yazılışında Barkamp Azərbaycan 2009 web-səhifəsindən «copy-paste» istifadə edərək, mövzunu hazırlayan zaman, 14-16 yazıb. Xəbərin sonunda Barkamp Azərbaycan 2009-a keçid səhifəsinin olmaması bir yana, barcamp.az/2009-un xəbərlərindən istifadə olunması haqda keçid səhifəsi və ya bu haqda heç bir yazı və məlumat mövcud deyil… Müəllif hüquqlarından heç danışmaq da istəmirəm… Aşağıdakı link üzrə keçsəniz, xəbərlərin necə oxşar olduğuna şahid ola bilərsiniz:

Original: barcamp.az/2009/az/page/2/
Editor.az: www.editor.az/technology/1350.html

Hə… bü günlük bu qədər… Gözləyək görək nə olur…
  • +3
  • 12 августа 2009, 19:01
  • Farik

Комментарии (3)

RSS свернуть / развернуть
+
+1
Eh… belə belə işlər :) Artıq 24 saat qalıb Gəncəyə yola düşməyimizə.
avatar

Farik

  • 12 августа 2009, 22:10
+
0
Эх надеюсь будет интересно:) И с каждым годом должно быть все лучше и лучше
avatar

Cluster

  • 13 августа 2009, 01:58
+
+1
Ну посмотрим что будит)
avatar

Farik

  • 13 августа 2009, 11:21

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.