Biz artıq gəncədəyik !

Bildiyiniz kimi, dünən, yəni 13 avqust 22:35 radələrində Bakı Dəmiryolu vağzalından çıxan qatar, bizi ancaq səhər saat 7:40 radələrində Gəncə vağzalında çatdırdı…

Ya allah!

Qatarda 10 saat yuxusuz gələn mən və Vüsalə oldu :) Düzdü, «tarakan» adlanan həşəratlara rast gəlmədik, amma yerimiz çox narahat oldu. Şəkildə gözümün qızardığını görə bilərsiz…
2-ci gündü yatmıram… Yaman yorulmuşam…



Qatardan düşən kimi zəng etdik İlqar bəyə, o da öz növbəsində bizi canla başla qarşıladı…



Hal-hazırda bizi Emon mehmanxanasında yerləşdiriblər… Giriş artıq həmişəki kimi təşkilarçıların hüzurundadır. Saat 13:00, qeydiyyata hazırlıqlar gedir. Hələlik 60-dan çox iştirakçı görmüşəm. Getdikçə də çoxalmaqdadır… Qonaqların içində, turkiyyəli qonaq, Azərbaycan bölgələrindən isə, Mingəçevirdən və Naxçıvandan qoşulurlar. Gəncə əhalisi də artıq aktiv iştirak etməyə can edirlər… Hələ ki saat 11-dir. Bu qədər adam yığılıb mehmanxanaya, saat 13:00 yəni qeydiyyat zamanına daha çox iştirakçı gözlənilir. Gözəl əhval-ruhiyyə hiss olunur.



Vaxt tapıb, sizin üçün qaldığımız nömrənin şəkillərin də çəkdim. Gəlmədiyiz üçün, peşman olasınız!!! :)



Elə bu dəqiqə reklam bannerləri gəlib çıxıb… Təşkilatçıların başı qarışıb həm qeydiyyata, həm də reklam bannerlərinin kəsilib, düzəldilməsinə :)



Mənsə hələlk istirahət eləyim, bir neçə saatdan sonra yeni xəbərlər olacaq… İzləyiiin :)
  • +3
  • 14 августа 2009, 10:19
  • Farik

Комментарии (3)

RSS свернуть / развернуть
+
+1
Doğurdan da yeri var!!! Gəlmiyənlər çox heyf, çox şey buraxdız
avatar

Farik

  • 14 августа 2009, 10:25
+
0
Ждем еще новостей;) Спасибо что вещаешь…
avatar

Cluster

  • 14 августа 2009, 11:56
+
+1
Еще одна есть, не за что ))
avatar

Farik

  • 14 августа 2009, 12:27

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.