Barkampda nə qazandım ? və ya Barkamp Gəncə 2009 14-16 avqust təəssüratları

Salam. Hal-hazırda axşam saat 9-dur. Bakıya səhər saat 8:20 radələrində gəlib çatmışıq. Bir qədər istirahət edib, bloqda, Barkamp Gəncə 2009 haqda təəssüratlarımı yazıram…

Ayın 13-ü gecə saat 22:00-da qatara mindim… Qaranlıq vaqona daxil olduqda, zülmətdə oz yerimi gücnən tapdım… Oturub saat 22:35 gözləyirdim ki, artıq yola çıxaq… Barkampa çox can atırdım. Çünki bu mənim birinci Kampım deyil, buna qədər, Barkamp Caspian və KörpüKampda da iştirak etmişəm və hər dəfə bu Kamplardan ləzzət almışam. Hər dəfə yeni macəralar, dostlar, tanışlar və yeni-yeni fikirlər və layihələr… Gəncəyə, təxmini saat 8:40 radələrində çatdıq. Bizi vağzalda İlqar qarşılayıb, mehmanxanaya yola saldı. «Emon» mehmanxanası Gəncə şəhərinin gozəlliyi və rahatlığı ilə seçilən mehmanxanalarından biridir. Mehmanxanada dadlı səhər yeməyi yedikdən sonra, bizə sözun əsl mənasında gozəl, yəni ki «luks» nömrə ayırdılar. Qatarda bütün yol boyu dadmadığımız yuxunu, 2-3 saat ərzində mehmanxanada yola verdik :)



Saat 12:00-dan artıq qeydiyyat başlamışdı… Məndə özümü çatdırıb qeydiyyatdan keçdim… Amma təqdim etdiyim «web səhifənin» üç «dablyusunun» birincisini nəyə gorəsə böyük hərflə yazdılar :)
( Deyəsən Word oz sözün deyir :D )

Saat 14:30-da mehmanxanaya İlqar demişkən, 8 silindirli, 4 motorlu, efir, lüks PAZ avtobusu gəldi :) Yalan olmasın bir 40-50 ya 60 nəfər bu avtobusa doluşdu. Getdik Nizami məqbərəsinə, orada məqbərənin direktorundan, məqbərə haqda məlumat aldıqdan sonra, Nizami və onun yaratdığı əsər qəhrəmanlarının heykəlləri yanına düşdük. Orada gozəl şəkillər çəkdirdik…



1-ci yeri tuta-tuta gedən Fərhad, yəni mən, elə deyəsən bu BarKamp boyu çəkilən şəkillər arasında ən orijinalını da mən çəkdirdim. İnanmırsınızsa seyr edin :) Şəkilin yazılışı: «Dagları yaran Fərhad, bloqları yaran Fərhadı vurur...» :) Hə… lap yadımnan çıxmışdı… Sadiq heç məndən geri qalmırdı… Bu da o… Hə… Onuda deyim ki, mənim şəklimin produsseri və ideyasının müəllifi elə Sadiq idi :)



Bu gözəl fotosessiyadan sonra, bizi şəhəri gəzdirməyə apardılar. Sözün düzü avtobusdan düşən kimi, ac olduğumuzu nəzərə alıb, Sadiq, Urfan və mən, «Gəncə paxlavası» aldıq. Elə almağımıza da peşman olduq… «3» ədəd paxlavadan sonra, özümü elə pis hiss elədim ki, day sözüm yoxdu :)



Axşam saat 18:00-da artıq hamı mehmanxanada idi… Bir az istirahətdən sonra, hamı Heydər Əliyev adına parka (keçmiş Xatirə parkı) yola düşdülər. Burada həm party, həm də şam yeməyi etdik… Gözəl vaxt keçirən Barkampçılar gecə 00:00 -dan sonra gəlib mehmanxanaya çıxmışdılar.





Əziyyətlə, bir qədər internetdən istifadə etdikdən sonra, uzandıq yazmağa… Səhər saat 9-da oyanan kimi, normal bir blogger kimi səhər yeməyi yeməyə qaçdım :) Səhər yeməyinə həmişəki kimi, şirin çay, yağ, pendir, yumurta, cem və s var idi. Hə, bir də deyim ki burada "şvedskiy stol" idi :) Yəni ki, bir yekə masa üzərinə yığılıb, sən gəlib özün yediyini seçirsən…

Saat 10:00 -da qeydiyyat davam etməkdə idi, ümumilikdə sayı 180 keçən qeydiyyat iştirakçılarının çoxu Gəncə uşaqları idi. Bir yandan da Vahid müəllim keçiriləcək təqdimatların siyahısını düzəldirdi. Camaat isə saat 10:30, yəni açılışı gözləyirdi…



Saat 10:45 -də rəsmi Barkamp Azərbaycan 2009-un rəsmi açılışı oldu! İlqar Mirzə və Vahid Qasımov, Barkampın üstünlükləri, sponsorların bizlərə köməklikləri hətta boynumuzdan asdığımız bedciklərin
nəyə görə lazım olduğunu bizə başa saldılar: )



Video — buyurun baxın



Saat 11:30 -dan başlayaraq isə, təqdimatlar başladı. Təqdimatlara aşağıdakı ünvan üzrə keçib baxa bilərsiniz (Yalnız foto):

http://www.qwe.az/blog/345.html


Davamı burada:

http://www.qwe.az/blog/352.html
  • +2
  • 17 августа 2009, 22:05
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.