Mənasız hekayə və ya Əhmədlidə internetsizlik dərdi :)

Bir neçə aydır ki, evə ADSL çəkmək istəyirdim. Bəli çox axtarışdan, sorğu sualdan sonra seçimimi bir neçə provayderlə yekunlaşdırdım. Demək olardı ki, artıq 1 aydır Azərbaycanda provayder qalmamışdı ki, onu haqqında məlumat toplamayım. Nəticədə fikrimi Superonline, Connect, Uninet(Stream), Azeronline provayderlərində cəmləşdirdim. Amma mənim pulum elədə çox deyildi. Təxminən 100 AZN civarında. Nəzərə alsaq ki, mən wireless 4 portlu modem istəyirəm, mənə internetə təxminən 30 manat qalırdı. Elə 512 də 30 manatdı. Beləliklə telefonu əlimə aldım, başladım zəng etməyə görüm nə deyirlər.
1-ci zəng: Superonline

Əvvəlcə təbii ki, salamlaşdım və dərhal sualımı verdim.
— Sizdə 256 sürət 18 manatdı.Düzdür? (Saytda yazılanı dəqiqləşdirirdim)
— Xeyr (sözün düzü bir az təəccübləndim)
Sonra tələb elədim ki, başa salsın niyə 18 yazıblar. Bax burda onların camaatıın başını aldatmaları ortaya çıxdı. Sen demə 256 sürət 27 manatdır. Amma əgər istifadəçi 2 ayın pulunu yəni 54 manatı birdən versə, onda olar 3-cü ayı pulsuz verəcəklər. 54/3=18. Çox sadə məntiq. 54 deyəndə başa düşdüm ki, vəziyyət zibildi. Sağollaşıb basdım telefondakı düyməni.

2-ci zəng: Connect

Saytlarından oxudum ki, bizə, yəni 570 ilə başlayan ATS-lərə internet çəkirlər. Zəng elədim.
— Salam… Mən internet çəkdirmək istəyirəm
— Nömrənizi deyin.
— 570****
Cavabında dedilər yox sizə çəkə bilmərik. Soruşdum niyə?Saytda yazılıb olar axı? Dedi: “Sizə olmur dəəə”. Nə deyim? Dedim oldu sağol. Dirəşməyəcəm ki....:)

3-cü zəng: Uninet(Stream)

Bu provayderin adını Farik demişdi. Qiyətlər də pis deyil. Söhbət elə Connect-dəki kimi oldu. Yenə 570 nömrəli ATS-lərdən istifadə edənləri pis çıxmasın adam yerinə qoymurlar. Amma bu dəfə nəzakətlə dedi ki, xeyr biz çəkə bilmərik. Buna da şükür.

4-cü zəng: Azeronline

Düzü bilirdim ki, bular çəkməlidilər. Elə sevinə-sevinə zəng elədim. Robotun dediyi gic-gic düymələri basdım ki, dərhal son ümidim olan provayderin nümayəndəsi ilə danışım. Amma təəssüflər olsun ki, dəqiqə gedirdi amma onların melodiyaları bitmirdi. Param param pam pam pam :)
Hətta əlacsızlıqdan çarpayıda uzandım ki, boş-boş durmayım. Budur, nəhayət, səs gəldi. Tez gözlərimi açdım, telefonu gptürdüm. Sən demə hələ robot utanmaz utanmaz mənə deyir ki, bir az da gözləyim. Yaradanını yaxşıca söydüm yenə uzandım. :) Belə-belə yuxuya getdim. YENƏ. SƏS. URAAAAAAAAAA… Arzu adlı operator orda deyirdi “Arzu, buyurun”. 1-2 dəfə deyəndən sonra yuxudan təzə açılmış beynimə gəldi ki, dəstəyi götürüm. Götürüb dəqiqəyə baxanda gördüm ki, 23 dəqiqə melodiya gedib o_O.Salamlaşdım. Nömrəmi dedim ki, gəlsinlər internet çəkməyə. Birdə eşitdim ki, bu da o birisilər kimi deyir: “Bir dəqiqə gözləyin zəhmət olmasa”. Dəli oldum eeee. Amma yaxşı ki, bəxtinnən dedi bəli mümkündür. Elə bu an telefon başdadı gicdəməyə. Özü də nəyi var… İnanın ki, operator ne deyirdisə heçnə eşitmirdim. Mən burdan qışqırıram o ordan :D Bir təhər qışqıra qışqıra yola verdik bir birimizi. Hələ mobil nömrəmi də götürdü ki, guya indi əməkdaşları mənimlə əlaqə saxlayacaq. 1 saat gözlədim. Amma zəng olmadı :).

İndi mən yazıq neyniyim? Oturum oları gözləyim ki, nə vaxt Əhmədliyə internet gələcək? Ayə biz 570 ATS-indən istifadə edənlərin nə günahı var? Ən çox nervləndirən də odu ki, ATS siyahısında 564,565,566,567,568,569,571,572… ADƏ bəs 570? :D Adam deyilik?

Nə etmək olar. Ancaq oturub gözləmək olur ki, nə vaxtsa bu Azeronline əməkdaşları mənə zəng edəcək. Gözləməyə məcburuq.
  • +4
  • 08 сентября 2009, 01:16
  • Acid

Комментарии (10)

RSS свернуть / развернуть
+
0
reytinq ashagi salmaq ucun menfileri gupluyun gelsin ee ;)
avatar

Acid

  • 08 сентября 2009, 01:21
+
0
Əksinə,+ yazılmalıdır.Azərbaycanda taraz provayder yoxdursa,sən neynəyəsən?
avatar

kefkom

  • 08 сентября 2009, 09:40
+
0
Birincisi yəqin 570 ATS-i provayderləri adam yerinə qoymur. Ona görə də provayderlər çətinlik çəkirlər. Kim klienti itirmək istəyər. İkincisi, mən özümə ZyXeL 4 port lan + wi-fi cəmi 45 manata aldım. İşlənmiş, amma nə fərqi var təzə almağını. Dünən də bir dənə ADSL modem aldım, sadə. Cəmi 10 manata, lazım olar :)
Üçüncüsü halaldı nəsə yaza bilmisən. Davam elə :)
avatar

Farik

  • 08 сентября 2009, 09:59
+
0
Farik daha internet cekmeyennen sonra niye adam yerine qoyum eee olari. olar yeqin ele bilirler ki bu 570 ATS-inden istifade edenler kendcidiler. burda bashqa shey ola bilmez axi. hec kim de hec vaxt basha sala bilmez ki niye blokdaki qonshuda kohne ATS-en lar. mene teze ATS-nen olmaz.
avatar

Acid

  • 08 сентября 2009, 10:03
+
0
Budur bu gun olarin emekdashlari zeng eledi. neyahet. BIZE internet cekilmir. hec bir provayder bizim binaya internet cekmir. sohbet binada deyil ha. binada ele adamlar var ki kohne barabanli ATS-le internet cekibler. amma biz teze elektron ATS ile internet ceke bilmerik. MEN qaldim internetsiz.
avatar

Acid

  • 08 сентября 2009, 09:59
+
0
Bir az gözlə, olar. Məndə 2008ci ilin əvvəllərində sənin günündə idim :) Dial-up o qədər bezdirmişdiki… Axırda çəkdirə bildim ))
avatar

Farik

  • 08 сентября 2009, 10:02
+
0
Səbəb məncə adam yerinə qoymamaqda deyil. Sadəcə olaraq provayder üçün sərf eləmir 5-10 minlik avadanlığı 5-10 nəfər üçün quraşdırsın. Bəzən isə buna dövlət tabeliyində olan provayderlər mane olur. Səbəb isə monopolizmi qorumaq.
avatar

Kentosh

  • 08 сентября 2009, 11:33
+
0
kentosh burda sohbet avadanliqda deyil. men deyirem axi qonshuya cekirler mene yox. bu ne olan sheydi bilmirem.
avatar

Acid

  • 08 сентября 2009, 18:32
+
+1
bu olkenin problemi insana adam kimi davranmillar...pulunu verdin chox sag ol..ondan sonra onlara lazim deyilsen...butun zehmetleri gedir ki ciblerivizi soysunlar...servis ise chox ashaqi seviyededi
avatar

Ramin

  • 08 сентября 2009, 15:31

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.