Azərbaycanda $923 milyon məbləğində informasiya-kommunikasiya avadanlığı istehsal olunub

2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan rabitə və informasiya texnologiyaları müəssisələri tərəfindən $923 milyon məbləğində məhsul və xidmət istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın rabitə müəssisələri tərəfindən 766,1 milyon manat dəyərində məhsul və xidmət istehsal olunub.

“Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 9,2% çoxdur”, — Komitənin məlumatında deyilir.
2008-ci il ərzində ölkənin rabitə müəssisələri tərəfindən 957,7 milyon manat dəyərində məhsul və xidmət istehsal olunmuşdur.

//www.abc.az
  • 0
  • 21 октября 2009, 19:23
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
+1
А вы д. Али Аббосову не верили ) Вот идем вперед)
avatar

Farik

  • 21 октября 2009, 19:24
+
0
Görəsən bu mal və xidmətlərin siyahısını harda görmək olar. Və bir də maraqlıdır ki, istehsal olunmuşlarlın yanında, hansı məbləğdə mal və xidmət idxal olunub.
avatar

kataloq

  • 24 октября 2009, 17:01

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.