Bəs siz bunları bilirsiniz?

Bu gün belə bir qərara gəldim ki, kompüter istifadəçilərinin işini yüngülləşdirmək üçün, bir-iki maraqlı məlumatı sizinlə bölüşüm.

Bildiyiniz kimi, kompüterdə «cmd» deyilən "əmr sətiri" var ki, birbaşa sizi lazımı ünvana çatdırır. Bir də uzun fayl keçidləri lazım olmur. Bunun üçün ən çox istifadə edilənləri sizə təqdim edirəm:
> «cmd» (MsDOC səhifəsi açılır):

Çox vaxt ip ünvanın öyrənilməsi üçün lazım olur. Bunun üçün

> «ipconfig» əmrini yığmaq kifayətdir; (komandanı " — işarəsiz yazmaq lazımdır).
> ipconfig/all yazsanız İP ünvan haqqında ətraflı məlumat ala bilərsiniz (DHCP, Fiziki adres(mac) və s..)
> netstat -a əmri köməyi ilə, şəbəkənizin vəziyyətini öyrənə bilərsiniz. Bu, istifadə edilən bütün protokol bloklarının ünvanları, marşrutlar və daxil-xaric edilmiş paketlər haqqında məlumatdan ibarətdir.

Yuxarıda yazılanlar hamısı «cmd» əmrini yığdıqdan sonra, açılan MsDOS səhifəsində yazılır.

> «dxdiag» əmri, kompüterin ƏS(əməliyyat sistemi) və cihaz qurğuları haqda məlumat pəncərəsinin açılmasına kömək edir.
> «msconfig» — bir çox parametrləri düzəltmək üçün əmrdir. Əsasən ƏS yeni yüklənəndə avtomatik açılan PT-nın(proqram təminatı) seçib və silmək üçün
> «gpedit.msc» — qrup siyasətini (Group Policy Object) redaktə edilməsi üçün
> «dfrg.msc» — Disklərin defranqmentləşməsi üçün
> «certmgr.msc» — Sertifikatların siyahısı
> «fsmgmt.msc» — Ümumi qovluqlar, loru dildə desək, share olunmuş, yəni dostup verilmiş qovluqlar.
> «mstsc» — Uzaq məsafədən işçi masasına qoşulma — (Remote Desktop Connection)
> «services.msc» — ƏS xidmətlər siyahısı
> «eventvwr.msc» — ƏS hadisələr siyahısı

Əmrlər haqda bu qədər :) Keçək klaviaturada maraqlı düymələrə:

WINDOWSda başla menüsüsün çağırılması: WINDOWS və ya CTRL+ESC
Əmr sətrinin çağırılması: WINDOWS+R
Aktiv səhifə və ya PT bağlanması: ALT+F4
Hal-hazırda açıq olan pəncərənin bağlanması (əsas brauzerlərdə): CTRL+F4
Pəncərənin sistem menüsünün açılması: ALT+Aralıq (PROBEL)
Brauzerdə səhifənin, keş ilə birlikdə yenilənməsi: Ctrl + F5
Windows istifadəçilərinin dəyişdirilməsi: WINDOWS + L

Bü günlük bu qədər :) Gələn dəfəyədək!
  • +1
  • 06 декабря 2009, 17:58
  • Farik

Комментарии (7)

RSS свернуть / развернуть
+
0
Yəqin yeni biliklər əldə edərsiniz!
avatar

Farik

  • 06 декабря 2009, 18:00
+
0
Это скрытая реклама. С помощью этих утилит вы что-то напортачите (случайно) в системных настройках, а потом Фарик будет требовать деньги за восстановление системы $-)
avatar

anarek

  • 06 декабря 2009, 18:45
+
0
ыыы =) вообще то я не работаю в сервис центре) я всего лишь студент)
avatar

Farik

  • 06 декабря 2009, 18:46
+
0
Ну он тоже свое ООО вроде не держит :)
avatar

anarek

  • 06 декабря 2009, 18:53
+
0
Dəhşət :) Mənimki düzəltməkdi, dağıtmaq yox)
avatar

Farik

  • 06 декабря 2009, 19:16
+
+2
OOO? OpenOffice?
avatar

NARKOZ

  • 06 декабря 2009, 19:33
+
0
Общество с ограниченной ответственностью. оно же MMC или LLC. Но у товарища, это «Рекордс»! (вспомнил 90-е почему-то).
avatar

anarek

  • 06 декабря 2009, 19:42

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.