"SMS dili" və axtarış problemi


Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan «SMS dili» meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır. Google Azərbaycan türkcəsini və Azərbaycan «SMS dilini» «bilmədiyindən» məsələn mən «məntiq testləri» axtarıramsa, «mentiq testleri» də axtarmalıyam, çünki məlumatlar ikiyə bölünüb, axtarmasam forumlarda,twitterdə mənə faydalı ola biləcək məlumatdan məhrum oluram. İnternetdən istifadə qabiliyyəti nisbətən zəif olanlar isə axtarış kəlməsini LQAƏ-də yazacaq, heç bir nəticənin olmadığını görüb geri çəkiləcək.

Bu problemin həlli yolları barədə fikrinizi öyrənmək istəyərdim. Hamını LQAƏ-də yazmağa məcbur etmək olmaz, çünki rahatlıq naminə əksəriyyət(o cümlədən mən) ingilis əlifbası işlədir. Nə etməli? Elə bir APİ(by Yahoo or by Google) qurub xüsusi pluginlə «SMS dilindən» milli hərflərə və tərsinə konvertasiya aparmaq çıxış yolu ola bilərmi?

P.S. LQAƏ ilə bağlı problemin əsas səbəbi isə QWERTY klaviaturasındadır, belə ki, populyar hərflər olan ə,ü,ö,ç,ş,ı QWERTY-də çox narahat yerdə yerləşdiyindən LQAƏ-də yazmaq İƏ-də yazmaqdan qat-qat çox enerji tələb edir. AMEA Kibernetika institutunda QWERTY-yə analoq olan klaviatura hazırlanıb və bu bir dissertantın namizədlik dissertasiyası da olub, klaviatura hazırlanarkən müxtəlif sahələrdən olan 10-larla kitabların kontenti analiz edilib, hansı hərfə hansı tezlikdə rast gəlinməsi araşdırırıb və yekunda QWERTY analoqu qurulub, amma onun tətbiqi məsələsi yəqin ki, problemli olacaq, bu dəfə də yeni düzümü öyrənmək çətin olacaq.
  • +3
  • 15 декабря 2009, 08:54
  • Elliot

Комментарии (7)

RSS свернуть / развернуть
+
+1
Mən o klaviaturanın əleyhinəyəm!!! =) Saytımızın açılma sürəti gecləşər :)
Amma düz deyirsən, elə bir layihə üzərində işləmək lazımdır.
Çünki bu Yumroo və Xaos-dan bir şey gözləmək olmaz =) Boş boşuna işləyirlər
avatar

Farik

  • 15 декабря 2009, 09:59
+
0
Googlnan dövlət səviyasində danışmag lazımdır)
avatar

Jav

  • 15 декабря 2009, 12:26
+
+1
Kibernetika institutu həmiçəki kimi lazımsız işlərlə məşğuldur. Eyni problem bütün dillərdə var, sırf buna görə dünya həm Q həm də F klaviaturalarını işlədir. Və baxmayaraq ki F daha rahatdır, 80%-dan artıq insan Q-dan istifadə edir. Statistikanı nəzərə almayıb illərini lazımsız işə sərf edərək bunu hətta dissertasiya mövzusu olaraq qəbul edən AMEA-ya öz teessüflərimi bildirirəm.
avatar

kataloq

  • 15 декабря 2009, 13:10
+
0
demek olar ki, raziyam bu fikirle. Milli klaviatura ideyasi «gelishi gozel» fikir olsa da, onun tetbiq meselesini dushunmek lazim idi evvelden, yani klaviatura tutaq ki hazir oldu, ne derecede real olacaq onun istehsali, elverishliliyi ve komputer istifadechileri arasinda populyarlashmasi? Bizde hemishe evvel qulaqlari kesirler, sonra sayirlar. :)
avatar

Elliot

  • 15 декабря 2009, 13:29
+
0
Mən isə şəxsən öz dilimizdə yazmaqda heç bir maneə görmürəm. İngilis qrfikası ilə yazmağa necə öyrənilibsə, öz qrafikamızla yazmağa da öyrəşmək olar.
İndi öz qrafikamızla yazanların sayı artsa təsəvvür edin ki, bir neçə ildən sonra axtarış sistemində öz qarfikamızla axtarılan sözlər, mətnlər heç də pis nəticə verməz.
avatar

Shebnem

  • 13 марта 2010, 18:54
+
0
Yəqin onda bu köməyiniz olar: qwerty.az/blog/859.html
avatar

Farik

  • 13 марта 2010, 19:54
+
0
Shebnem milli herf aksiyasinin esas teshebbuskarlarindan biridir, ona gore de onu anlayiram :)
avatar

Elliot

  • 13 марта 2010, 20:43

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.