Millinetin nəticəsi

Farikin gözəl postundan sonra onun qədər ətraflı olmasa da, o formatda mən də öz təqdim etdiyim saytın nəticəsinə toxunmaq istəyirəm:


1. Elnur Babayev: Saytın dizaynına 3 bal verib, heç bir iradım yoxdur, 3 bala layiq bilibsə, heç bir problem yoxdur. Qüsuru şərh verməməsidir.

2. Pərvin Əmirov: Saytın dizaynına 4 bal verib, Pərvin bəyə də heç bir iradım yoxdur, 4 bala layiq bildiyinə görə təşəkkür edirəm. Şərh çatışmır.

3. Elşən İbrahimov: Bircə sətirlik yaşıl sətirə görə saytın dızaynına 1 bal vermək bu şəxsin dizaynerlik bacarığını şübhə aıtına salır. Elşən sizə deməyiblər ki 1 qüsur tapdınızsa 1 bal verin, deyiblər ki, 1 qüsur varsa 5-1=4 bal verin. Məntiqinizi bilsəydim 5 dənə ciddi qüsur qoyardım sayta ki, 5 bal verəsiniz.

4. Əflatun Hüseynov — 0 bal. Mən bu münsifin bu sahədəki biliyinə 0 bal verirəm. Başdansovdu və necə gəldi qiymət verən adamlar gələn il də Millinetdə münsif olsa, iştirakdan imtina edəcəyik.

5. Ələsgər Məmmədli — 100% bilirəm ki bu münsif sayta heç login olub məzmunla tanış olmayıb, görüb ki, ana səhifədə məzmun azdır, 0 bal verib. Bu məntiqlə Tvitter və Facebook da 0 ballıq saytlardır məzmunca.

6. Vladimir Zimin — 3 bal. Punkitonun verdiyi qiymətə etirazım yoxdur, amma Azərbaycan dilini zəif bilə-bilə məzmun münsifi təyin edilməsi Millinetin qəbahətidir.

7. Azər Həsrət — 1 bal. Bu şəxs də sayta login olmadan qiymət verib, əminəm. Növbəti ildə iştirak etsə, imtina etmək lazımdır müsabiqədən.

8. Emin Hüseynzadə — 5 bal. Çox sağolsun ki, 5 bala layiq görüb. Amma şərh yazsaydı, əla olardı, təəssüf.

9. Ellada — 3 bal. Verdiyi bal ilə şərh düz gəlməsə də, etirazım yoxdur, əsl münsif təsiri bağışlayııb.

10. Emin Hüseynov — 3 bal. Verdiyi balı şərhində əsaslanıdıb, əsl peşəkar yanaşma. Kaş bütün münsiflər Emin bəy kimi olaydı. Bir əmma var burda ki, funksionallıq üzrə münsifin qiymətləndirməsi dizayna olub, bəlkə də nəsə anlaşılmazlıq var, hər halda bu problem deyil.

11.Rüstəm Əliyev — 0 bal. Bəlkə ən biabırçı yanaşma. Sayta bir dəfə baş çəkib, saytın açılmadığını görüb 0 bal verib. Dərhal hiss olunur ki, bu insanın vaxtı yoxdur belə işlərə, Millinetdən xahiş olunur gələn il nəzərə alsın. Tvitter də hər gün 100 cəhddən minimum 10-15-ində açılmır, belə çıxır ki, qiyməti 0-dır?

12. Nazim Rüstəmov — 3 bal. Qiymət verib və orta şərh yazıb, heç bir etirazım yoxdur.

13. Faiq Farmanov — 0 bal. Bu münsifin münsif kimi qiyməti adının qarşısında yazılıb. Şərhi də yoxdur ki, dərdini bilək. Bala etiraz edən yoxdur e, amma əsaslandır də, hər bir kəsilən bal əsaslanıdırılsa, etiraz edənə lənət. Münsif obyektiv reallığı tapmalı deyil, öz subyektiv fikrini bildirməlidir onsuz da. Amma BİLDİRMƏLİDİR, ƏSASLANDIRMALIDIR.

14. Emin Axundov — 2 bal. Yaxşı olardı ki, şərh yazaydı, verdiyi qiymətə isə etirazım yoxdur.

Belə, Millinet tədbir kimi xoşuma gəldi, təşəkkür edirəm və gələcəkdə uğurlar arzu edirəm. İlk il olduğundan münsiflərin təxminən 50%-i yanlış seçilib, yəqin ki, bu qüsur gələn il aradan qalxacaq. 0 ballıq münsiflər gələn il olmasa, həvəslə iştirak edəcəm yeni layihə ilə. Sadəcə xahişim oldur ki, işə ciddi yanaşan insanlar seçilsin münsif. Veridyi qiymətə bir şərh də qıymayan münsif necə cidi hesab oluna bilər axı? Cəmi 60-65 sayt var idi, hər birinə 5-10 dəqiqə vaxt ayırmağa imkanı olmayan adam gərək münsif təyin edilməyə. Hər birinin qərəzsiz olduğuna əminəm, sadəcə yanaşmada qeyri ciddilik var, qiymət verimisənsə, əsaslandırmalısan.
  • +4
  • 19 декабря 2009, 14:30
  • Elliot

Комментарии (17)

RSS свернуть / развернуть
+
+3
Postu oxuyan her kesin fikrini bilmek maraqli olardi.
avatar

Elliot

  • 19 декабря 2009, 14:45
+
+2
Men yawil fonda sari metn gormedim, yeqin deyiwmisen?
avatar

qorodok

  • 19 декабря 2009, 16:14
+
0
o o yashil fonda sari metn sadece bir gunluk elan idi saytda. eybecer rengde etmeyimin sebebi ise haminin diqqetini celb etmesi zerureti idi, cunki vacib bir elan idi. saytda teztez ele elanlar olur ve gotururlur. men istifadechilrin diqqetini cekmesi ucun yazmishdim, munsiflerin diqqetini chekib :)
avatar

Elliot

  • 19 декабря 2009, 17:23
+
+2
Onu deyə bilərəm ki, münsiflər düz yanaşmayıblar…
avatar

Farik

  • 19 декабря 2009, 15:21
+
+3
Faiq Fərmanov – www.az — İntrans firmasının direktoru, deyirəm maşallahlar olsun. Allah canıvızı sağ eləsin. Siz livesteet.ru və bizim proqçıların işini maksimal dəyərləndirdiniz. Baş əyirik. Burda deyirlər: Adamı başdan tanı, ağacı yaşdan.


Faiq Farmanov — 0 bal. Bu münsifin münsif kimi qiyməti adının qarşısında yazılıb. Şərhi də yoxdur ki, dərdini bilək. Bala etiraz edən yoxdur e, amma əsaslandır də, hər bir kəsilən bal əsaslanıdırılsa, etiraz edənə lənət. Münsif obyektiv reallığı tapmalı deyil, öz subyektib fikrini bilriməlidir onsuz da. Amma BİLDİRMƏLİDİR, ƏSASLANDIRMALIDIR.


=========================

Bunlardan hansına inanaq? Yazılarınızdan elə çıxır ki, çox bal verən yaxşıdır, pis bal verən pis.

«Mən imtahandan yaxşı qiymət almışam — müəllim mənə pis qiymət yazıb» məsələsi.

İlk öncə yanaşma tərzi səhvdir. Siz hər bir münsifin öz saytınıza verdiyi qiymətləri qiymətləndirirsiz. Halbuki səsvermə sistemi sizin fikirləşdiyiniz kimi deyildi. Münsiflər 1 qiyməti ancaq 1 sayta verə bilirdilər. Yani, kateqoriyada 1 sayt 5 xal alıbsa, başqa sayta artıq 5 xal vermək olmazdı.

«Belə də axmaq sistem olar!?!?»

Olar. Olmaq məcburiyyətindədir. Əks halda eyni ballı saytlar ortaya çıxacaq və onlardan birincisini-ikincisini-üçüncüsünü seçmək üçün hansısa Osman-Vahid-Amid-Məmməd-Mıxməmməd qərar vermək məcburiyyətində olacaq, söz-söhbətdən keçmək mümkün olmayacaqdı.

Müsabiqədə 1 sayt qalib gəlirsə, 10 sayt qalib gəlmir. Və bu normaldır.

Münsiflərin "şkurasında" olmaq istəyənləri isə gələn il iştirak etməyə dəvət edirəm. Qiymətləndirmədə görüşünün profesionallıq və ədalətinə zəmanət verənlər buyursunlar jüriyə.
avatar

kataloq

  • 19 декабря 2009, 16:38
+
0
Vahid bey. Bir balin ancaq bir sayta verilmesi ideyasi cox yaxshidir, optimaldir. Eks halda siz deyen chetinlikler meydana chixacaq idi. Ve menim teqdim etdiyim sayta kimse 0 bal verirse(=6 saytdan en zeifi olaraq gorurse), bu da chox normal sheydir, her kesin oz subyektiv fikri var. Amma fikir esaslandirilmalidir axi. Eger munsif menasiz kommunist qoxulu yazilardan ibaret statik html saytina 5 bal, her gun yenilenen meselen qwerty.az saytina 0 bal verirse, menim haqqim var bilmeye ki, munsif hansi meyarlari esas goturerek bu sechimi edib. SHERH YAZSINLAR SHERH. Bu ilki munsiflerin choxu sherh yazmayib, yazanlarin da ekseriyyetinin qiymetlendirme ishine maksimum 1 saat serf etdiyi derhal hiss olunur. Oysa bu ishe ciddi yanashan insanlar gerekir, adi IT sayesinde taninan lakin vxy azlighindan ishe qeyri ciddi yanashan insanlar yox.

Sizin teklifinizden ireli gelerek deye bilerem ki, men ozumu munsif olmagha layiq derecede IT mutexessis hesab etmesem de, beli men haziram gelen il munsif olmagha. En azindan ishine ciddi yanashan ve obyektiv olacaghima zemanet verirem.
avatar

Elliot

  • 19 декабря 2009, 17:16
+
0
MilliNet kimi müsabiqələrin bir hədəflərdən biri də, gizlinləri aydın etməkdir. Məsələn, bu il mən www.nostalgiatv.ru kimi saytını tanımış oldum. Amma hər münsif onu tanımır axı.

Jurinin qeyri-ədalətli yanaşmasından hamınız gileylənirsiz. Axı onların işini asanlaşdırmaq üçün kim nə edib? Təşkilatçılar olaraq, hər bir iştirakçı sayta şərh yazmağa imkan yaradmışdır. Və juri üzvləri isə həmin şərhləri də görürdü. Jurilərin şərh yazmamağını qeyd edirsiz, amma mən də deyə bilərəm ki, istifadəçilər də saytlara ədalətli, qərəzsiz şərhlərin sayı çox-çox az idi.
avatar

kataloq

  • 21 декабря 2009, 09:55
+
0
Boyuk umidimiz ve eminliyimiz var ki, novbeti Millinet qat-qat ughurlu olacaq. Her halda tenqid olmasaydi, bu anormal hal olardi, neinki tenqidin olmasi hali. :) hem de ki, her kes etiraf etmelidir ve mence edir ki, builki Millinet umumen chox ughurlu alindi.
avatar

Elliot

  • 21 декабря 2009, 10:32
+
0
O yazılmış şərhlərə baxan kim idi axı? Mən əminliklə deyə bilərəm ki, qüerty səhifəsində 35 şərh var idi və layihədən narazıçılıq edənlərin hamısını elə oradaca sakitləşdirib başa saldıq. Bizlə razı da olmuşdular. Hətta Oruc bu şərhlərdən gəldi qüerty-yə =)
avatar

Farik

  • 21 декабря 2009, 14:15
+
0
Heç nə başa düşə bilmirəm?! Bu sayt axı yalnız rus dilindədir! Məgər, rus dilində olan saytlar da bu müsabiqədə iştirak edə bilərlər?

Aydın Məmmədov

istifadəçi
Gözünüzü açıb yaxşı baxsanız, sayt həm Azərbaycan, həm də rus dillərində fəaliyyət göstərir.

Ələkbərov Fərhad

Razı salma üsullarınız bir qədər qəribədir:)

Farik, bunu dost məsləhəti kimi qəbul et. Saytında 20 yox, 2000 aktiv istifadəçinin olması üçün, həmin insanları özünə dost etməyi bacarmalısan.
avatar

kataloq

  • 21 декабря 2009, 16:44
+
0
Aha =) Grubi rejim on :) Amma kömək edir, ardını oxuyun :)
avatar

Farik

  • 21 декабря 2009, 19:21
+
0
bu saytin sag terefinde, ortada refresh duymesi var, hem de yeni kommentlerin elave olundugu gorsenir, mence bu yeni bir weydi ve funksionalliqda bu nezere alinmali idi
avatar

qorodok

  • 19 декабря 2009, 17:22
+
0
Vahid müəllim, yenə də öz fikrinizdəsiniz. Onu düz dediniz. Çox bal verən yaxşıdı — pis bal verən pis. Şərh yazmayansa nədir? Mən Faiq bəyə təşəkkürümü ona görə bildirdim ki, o yazmasada şərhini bilirəm. Bir provayder və hosting təqdim edən firmanın direktorudur və saytın funksionallığından da əla başı çıxır. + Məzmuna da 100% fikir verib 5 verdi. Amma yenə də şərh yazılmaması çox narahat elədi.
avatar

Farik

  • 19 декабря 2009, 17:31
+
0
Jurilər ilk səsvermə mərhələsində 1 ay ərzində 400, ikinci mərhələdə isə 1 həftə ərzində 63 saytı qiymətləndirib. Şərh yazmayanlar, vaxtı məhdud olanlardır.
avatar

kataloq

  • 21 декабря 2009, 09:57
+
+1
Rüstəm Əliyev-in fikri ilə heç razı deyiləm. Osman bəy görəsən belə münsifləri seçməkdə məqsədi nə idi :D Heç düzgün olmadı! Münsiflərin fikirləri, gələn il yarışmağa qatılmaq ümidini ititir. Qalib gəlmiş saytları eşidəndə, ora gəlməyimə çox peşman oldum.Avtobusa verdiyim pula heyfim gəldi :D:D
avatar

AKO

  • 19 декабря 2009, 18:06
+
0
Allah Rüstəm Əliyev (box.az) kimi mütəxəssisləri və münsifləri əksik etməsin. Fikirləri ilə razı olmasanız da, onlara hörmət edib nəzərə almaq lazımdır. Çünki arxasında çox düzgün bir məntiq dayanır.
avatar

kataloq

  • 21 декабря 2009, 09:59

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.