Azəronline oyanıb ?

Qiymətlərin düşdüyü barədə xəbər çoxdan yayılıb və çözülüb… Düzdürmü? :) Amma Azeronline internet təchizat firması indi-indi oyanmağa başlayır… =) Azərsell saytının bu günlərdə çökməsi, çox güman ki bu xəbər ilə əlaqədar deyil… Yəni başqalarına internet paylayıb, öz serverlərinə internet çatmamasından danışıram =)

Xəbərlər.az-ın verdiyi məlumatı sizlərlə bölüşürəm. Xəbəriniz olsun ki yatanlarda oyanıb:

Azeronline şirkəti yaxın günlərdə ADSL xidmətlərinin tariflərini 30%-dən artıq endirəcək.Hazırda şirkət 512/512 kbit/s sürətlə internetə çıxış xidmətlərini 20 manata təqdim edirsə, tarif dəyişiklikləri nəticəsində eyni məbləği ödəməklə istifadəçilər 768/768 kbit/s sürətlə internetdən istifadə etmək imkanını əldə edəcəklər.

Müvafiq olaraq şirkətin müştəriləri 30 manat ödəyərək hazırkı 1024/1024 kbit/s sürət əvəzinə 1536/1024 kbit/s sürətlə internetdən istifadə imkanı, 60 manat isə 2048/1024 kbit/s əvəzinə 2560/1024 kbit/s sürətlə internetə çıxış əldə edəcəklər.


Bu arada Sabirin bir şeri yadıma düşdü:
Səs salma yatanlar oyanar , qoy hələ yatsın . 
Yatmışları razı deyiləm kimsə oyatsın.


Sabir sağ olsaydı, deyərdim ki, ay kişi, bu Azərbaycan İnternet Forumu Osman müəllim başda olmağla imkan verillər ki yatsınlar… Özləri yatmır, başqalarına da imkan vermillər. Lap Bakının yay gecələrində ağcaqənədlərin mənə yatmağa imkan verməməsi kimi =)
  • +2
  • 23 декабря 2009, 08:28
  • Farik

Комментарии (11)

RSS свернуть / развернуть
+
0
Upstreamın aşağı olmasına nəzər yetirin))
avatar

Farik

  • 23 декабря 2009, 09:37
+
0
Beynəlxalq standartlara görə upstream downstream-dan 4 dəfə aşağı ola bilər. Bu normaldır.
avatar

kataloq

  • 23 декабря 2009, 11:13
+
0
на ADSL максимальный аплоад = 1 мбит/с :)
avatar

anarek

  • 23 декабря 2009, 16:19
+
0
Azərbaycanda hansı provayder 1024-dən artıq upload verir? Mənim fikrimcə ən surətli paketləri olan provayder Stream-dır, onlarda da 7-8 Mbit\san Downstream olmasına baxmayaraq Upstream 1024-dür
avatar

46duL4717

  • 26 декабря 2009, 21:39
+
0
Bir aydır ki, sürət belədir. Daha doğrusu Qurbanlıq bayramından bu sürətlə işləyirəm. ( 1536/1024)
avatar

AzeriFire

  • 23 декабря 2009, 10:17
+
0
Amma bilmirəm nəyə görə 20 manat 768 kbs… Deyəsən hamını 30 manatlıqa çəkmək üçün bu addım atılıb. Stream kimi =)
avatar

Farik

  • 23 декабря 2009, 10:19
+
+1
Maraqlıdır,bəs bu qədər sürət paylamağa kanalları artıq imkan verir ki?
avatar

AzeriFire

  • 23 декабря 2009, 10:20
+
0
Yəqin imkan verir. Onu artıq mən deyə bilmərəm =) Çünki gör Stream-in nə qədər müştərisi var…
avatar

Farik

  • 23 декабря 2009, 10:25
+
0
Bolqaristanda 50 Mbs 13 evroya. Men ewidende woka duwmuwdum :)
avatar

qorodok

  • 23 декабря 2009, 14:17
+
0
Brrr, düşünmək belə tük ürpədir )))
avatar

46duL4717

  • 26 декабря 2009, 21:41
комментарий был удален


Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.