Yeni ilin yeni xəbərləri!

Salam, yəqin darıxmışdız yeni xəbərlər üçün :) Budur, qayıtdıq. Sizilə yeni xəbərləri bölüşmək istəyirəm. Bilirsiz İT dünyasında nə yeniliklər baş verib? YOX? Önda izləyin!

1. Azərbaycanda yeni provayder meydana gəlir!!!

Trend Capital agentliyinin verdiyi məlumata görə, kabel televiziyası operatoru KATV1, genişzolaqlı internet xidmətləri göstərəcəyi haqda xəbər yayıb. Kompaniya işçilərinin verdiyi məlumata görə, xidmət artıq bu yaxınlarda fəaliyyətinə başlayaq. Sistem hal-hazırda tamamlanma səviyyəsindədir. Kabel televiziyası şəbəkəsi köməyilə genişzolaqlı internetə qoşulma, standart kabel televiziyası avadanlığı hesabına həyata keçiriləcək. İnternet modemdən, quraşdırılmış marşrutlaşdırıcı hesabına vahid şəbəkədən alınacaq. Bu da vahid lokal şəbəkənin yaranmasına kömək olacaq. Deyilənlərə görə, qiymətlər, ayrılmış xətt ilə internet təqdim edən provayderlər qiymətlərindən ucuz olacaq.
© infocity.az

2. Hamı qiymətlərin ucuzluğundan danışır! Bu da növbəti internet qiymətləri ucuzlaşması. Lakin bu dəfə optik lifli kabellər üzrə quraşdırılan şəbəkələrdə..

2009-cu il 30 dekabr tarixində keçirilmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclasında Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin tənzimlənməsi məsələlərinə baxılıb.

İclasda yeni tariflər təsdiq edilib. Şuranın qərarına əsasən, şəbəkənin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan aylıq istifadə tarifləri 10 mb/s Ethernet port üçün 250 manat, 100 mb/s Ethernet port üçün 400 manat, 2 mb/s E1 port üçün 280 manat, 2 mb/s xDSL port üçün 170 manat səviyyəsində müəyyən edilib.Yeni tariflər 2010-cu ilin yanvar ayının 1-dən qüvvəyə minib.
© xəbərlər.az


3. Nexus One — iPhone qənimi, nə bilim növbəti super-puper adlandırılan telefon təqdim olundu!

Dünən, yəni yanvar ayının 5-i Google və HTC birgə istehsalı olan Nexus One telefonu rəsmi olaraq təqdim edildi. Yeni telefonun texniki xarakteristikaları ilə tanış olun:

* Şəbəkə: UMTS/HSDPA/HSUPA (900/1700/2100 МГц), GSM/EDGE (800/900/1800/1900 Мгц)
* Formfaktor: klaviaturasız monoblok
* ƏS:: Android 2.1
* 3,7-düym ekranlı AMOLED WVGA ekran (480х800, 262 min rəng)
* Prosessor: Qualcomm Snapdragon (QSD 8250) 1 Ghz
* 512 МБ fləş-yaddaş, 512 Mb RAM
* 32 GB qədər microSD dəstəyi, komplektdə 4 GB kart verilir
* 1400 mAs həcmli akkumlyator
* MicroUSB port
* Avtofokuslu 5 mp kamera, işıqdiodlu işartı, geolagginli, 2x rəqəmli yaxınlaşdırma
* Rəqəmli kompas, A-GPS dəstəyi ilə GPS-qəbuledici, akselerometr
* 4 əsas düymə (Geriyə, Menü, Axtarış, Ana səhifə)
* Wi-Fi 802.11 a/b/g/n, stereo-Bluetooth 2.1 (A2DP, EDR)
* Video: H.263, H.264, MPEG4
* Audio: MP3, AAC, AAC+, OGG, WAV, AMR, MIDI, XMF
* 3,5 ölçülü audio-qulaqcıq sökməsi
* İki mikrofon
* Ölçülər: 119х59,8х11,5 мм, вес — 130 граммов

Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır:



Telefon xarakteristikaları ilə daha ətraflı tanış olmaq istəsəniz, aşağıdakı ünvan üzrə keçə bilərsiniz (məsləhət görürəm):
www.google.com/phone

Atalar üçdın deyib =) Bu qədər bəsdir. Bizi izləyin.
  • +2
  • 06 января 2010, 20:56
  • Farik

Комментарии (7)

RSS свернуть / развернуть
+
0
Bu günlərdə KATV1 qoşuldum =) Zəng edəndən 2 saat sonra gəldilər. 15 dəqiqəyə də qoşdular! Görək internetləri necə olacaq
avatar

Farik

  • 06 января 2010, 21:06
+
0
B&B TV давно говорят про интернет, даже по слухам и тест делали, должны скоро запустить. Интересно, у кого раньше будет?
avatar

Jav

  • 07 января 2010, 16:17
+
0
Ну скоро узнаем, кто шустрее =)
avatar

Farik

  • 07 января 2010, 16:47
+
0
artıq 1 ildən çoxdur KATV1 xidmətlərindən istifadə edirəm pis deyil.

Əfsuslar olsun ki 3 ildir adsl çəkdirə bilmirəm port yoxdur port yoxdur =)
mənim üçün çoox sevindirici xəbərdir çoxdan eşitmişəm bu xəbəri. Səbirsizliklə reallaşmasını gözləyirəm )))
avatar

Oruc

  • 07 января 2010, 20:30
+
0
Bu artıq oficial xəbərdir =) inşaAllah çəkdirərsən) Bizə gələn ustada bu xəbər haqda demişdi =) bu yaxınlarda olacaq. burda yazacam
avatar

Farik

  • 07 января 2010, 21:19
+
0
B&BTV-ci olaraq bizə ancaq gözləmək qalır
avatar

kataloq

  • 08 января 2010, 22:37
+
0
Hmm… Gözləyək KATVni…
avatar

Baku

  • 16 января 2010, 20:15

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.