RİTN-nin saytı informasiyaya çıxış imkanları üzrə reytinqdə birinci yeri tutub

Media Hüququ İnstitutu (MHİ) tərəfindən Azərbaycanda informasiya azadlığının gerçək durumunun öyrənilməsi, eləcə də hökumətin bu istiqamətdə gördüyü işlərə yardımçı ola biləcək tövsiyələrin hazırlanması məqsədilə aparılmış araşdırmalar çərçivəsində ölkədə informasiya azadlığının durumu ilə bağlı “Azərbaycanda ictimai bilgilərə çatım” adlı illik (2009-cu il) hesabat tərtib edilib. Sözügedən hesabatda ilk növbədə dövlət qurumlarının rəsmi internet saytlarının informasiya azadlığının əsas prinsiplərinə uyğunluğu öyrənilib. Belə ki, MHİ-nin təqdim etdiyi reytinq cədvəlində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet portalı (www.mincom.gov.az) birinci yeri tutub. RİTN-nin saytı yekun nəticədə 58 bal toplayaraq digər dövlət qurumlarının informasiya resurslarını geridə qoyub.
Qeyd edək ki, saytların monitorinqi zamanı 100 növ informasiyanın resurslarda əks olunması yoxlanılıb. Bundan əlavə dövlət qurumlarının internet səhifələrində əks olunan informasiyanın tamamlığı, rahat çıxışı, gündəmə uyğunluğu, sosial faydalılığı da araşdırılıb.
Reytinq cədvəlinin ikinci və üçüncü yerlərini müvafiq olaraq Vergilər Nazirliyi (57 bal) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 bal) tutublar.

www.mincom.gov.az

Xahiş edirəm məlumatı reklam kimi dəyərləndirməyin)) artıq bir çox saytlarda dərc edilib.
  • +1
  • 07 января 2010, 14:57
  • Rovshan

Комментарии (12)

RSS свернуть / развернуть
+
0
Yəni bu dövlət saytları arasında qəbul edilib? Razıyam nəticələr ilə..!!! RİTN-ə uğurlar.
avatar

Farik

  • 07 января 2010, 17:13
+
0
Мне одному кажется, что такие объявления на сайте министерства неуместны?
avatar

admin

  • 07 января 2010, 17:37
+
0
İndicə elə bunu yazmaq istəyirdim =) Çox pis gözə çarpır. Məndə «Flash block» addonu qurulduğu üçün görmədim. Sonra d1s mənə bu barədə dedi =)

Doğurdanda belə bir bannerin nazirliyin saytında olması biyabırçılıqdır. Yəni nazirlik o qədər bankrotdadırki, saytında banner yerləşdirmək istəyir?? =)
avatar

Farik

  • 07 января 2010, 17:39
+
0
фигасе! ROLF =)
avatar

anarek

  • 08 января 2010, 23:31
+
0
ROFL то есть =)
avatar

anarek

  • 08 января 2010, 23:32
+
0
təşəkkür.
avatar

Oruc

  • 07 января 2010, 20:39
+
0
Mənə elə gəlir ki, söhbət bankrotluqdan getmir))) Nazirlik bu addımla pul qazanmaq niyyətində deyil. Bu addım rəsmi dövlət informasiya resursunun reklam verənləri cəlb edə biləcəyinə dair vəziyyətin öyrənilməsi istiqamətində atılıb. Əgər sayt keyfiyyətlidirsə reklam verənlər onunla maraqlanacaqlar…
avatar

Rovshan

  • 08 января 2010, 11:40
+
0
Reklam verən dövlət saytında yer nə edir axı? Hər bir firma, onu maraqlandıran sahə üzrə portal seçib, orada reklamını yerləşdirir =)
avatar

Farik

  • 08 января 2010, 16:47
+
0
Geydirmə!
avatar

kataloq

  • 08 января 2010, 22:27
+
0
Yeni xəbər hazırlayıram) Yəqin fikrinizi dəyişəcəksiniz!
avatar

Farik

  • 08 января 2010, 22:53
+
0
İnşallah! O nə xəbəridir elə? Maraqdan partladım!
avatar

kataloq

  • 11 января 2010, 12:03
+
0
Xəbər yazılıb) Əsas səhifədə var.
avatar

Farik

  • 11 января 2010, 12:34

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.