RİTN İKT müəssisələrinin elektron məlumat-sorğu kitabçasını hazırlayıb

Bir xəbəri də Sizə təqdim edim, mənə elə gəlir ki, maraqlı olmalıdır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların elektron məlumat-sorğu kitabçasını hazırlayıb.
Resurs RİTN-in portalında www.mincom.gov.az/anket ünvanında təqdim olunub. Nazirliyin internet saytının baş səhifəsində sözügedən kitabçaya keçid banneri yerləşdirilib.
Burada İKT sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar, onların fəaliyyəti, yaranma tarixi və göstərdikləri xidmətlər barədə məlumatlar toplanıb. İstifadəçilər onları maraqlandıran şirkətlərin əlaqə nömrələri, ünvanları, rəhbərlikləri, kadr potensialı, filial və nümayəndəlikləri, həyata keçirdikləri layihələri barədə faydalı bilgilər əldə edə bilərlər.
Bundan əlavə RİTN əməkdaşlarının hazırladıqları elektron məlumat-sorğu kitabçasında axtarış sistemi, təşkilat haqqında məlumatın yenilənməsi, eləcə də yeni müəssisə və ya strukturun əlavə edilməsi imkanları mövcuddur.
Məlumat-sorğu kitabçasının işi və onun imkanları daim təkmilləşdiriləcək.
  • 0
  • 08 января 2010, 11:45
  • Rovshan

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.