RİTNdən daha bir yenilik

www.mincom.gov.az dünənki birinciliyini yenədə təstiqlədi. Soruşa bilərsiniz necə təstiqlədi? Hətta, Vahid müəllim (kataloq), birincilik xəbərini, «geydirmə» olaraq şərh etdi. Odur ki, oxuyun görün, geydirmədi bu birincilik, ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiyaya çıxış imkanları üzrə reytinqdə birinciliyi düzdür, ya yox. Şərhləriniz maraqlı olar:

1news RİTN-ə əsasən verdiyi məlumata görə, nazirlik, İKT sahəsində fəaliyyət göstərən bütün şirkətlərin elektron arayış kitabçası hazırlayır.

Məlumata görə, elektron arayış kitabçasında, hər bir firma barədə ətraflı məlumat veriləcək. Bu, şirkətin fəaliyyət növü, müəssisələri, yaradılma tarixi və hansı xidmətlər göstərdiyi barədə məlumatlardan ibarət olacaq.

İstifadəçilər, şirkətin koordinatları və əlaqə nömrələri, filiallar, nümayəndəliklər və keçirilmiş layihələr haqda məlumat əldə edə bilərlər.

Arayış kitabçasında axtarış, şirkət haqda informasiyanın dəyişdirilməsi və hətta yeni şirkətin əlavə edilməsi kimi sistemlər fəaliyyət göstərir.

Arayış kitabçası və onun imkanları vaxtaşırı təkminləşdiriləcək. Vəsait RİTN-in veb səhifəsində yerləşdirilmişdir. Aşağıdakı ünvan üzrə keçib, sizdə tanış ola bilərsiniz:
www.mincom.gov.az/anket
Nazirliyin əsas səhifəsində bu sistem barədə məlumat verən banner yerləşdirilib.


Hə indi deyin görək RİTN işləyir ya yox? =)
  • +2
  • 08 января 2010, 23:24
  • Farik

Комментарии (7)

RSS свернуть / развернуть
+
0
WOOOOOOOOOOOOOOOOOW!!!
Görəsən, kataloq.net/v2/kompass/Komp%C3%BCter-v%C9%99-%C4%B0nternet/ -dən nə fərgi olacaqdır?
avatar

kataloq

  • 11 января 2010, 14:45
+
0
Yəqin yazılana görə kataloqdan funksional olacaqdır) Naviqatordanda… ) Sözlər sözlər ))
avatar

Farik

  • 11 января 2010, 18:29
+
-1
Nə yazılanlarda nə də gördüklərimdə funksionallığı görə bilmədim… Nazirlik imkanlarına görə daha maraqlı bir şey də fikirləşə bilərdi…
avatar

kataloq

  • 13 января 2010, 16:57
+
0
fərqi mənasız dizaynda olacaqdır. başqa fərq hələki ağlıma gəlmir
avatar

Acid

  • 11 января 2010, 20:43
+
0
Heç olmasa xəbəri diqqətlə oxu)
avatar

Farik

  • 11 января 2010, 21:46
+
0
xəbəri oxudum sadəcə linkə basmadım. fikirləşdim ki, şirkətin adını qəbul etmək üçün anketdir.;)
avatar

Acid

  • 11 января 2010, 23:21
+
+1
İndi yəqin 3 sətir ilə bu qədər məlumatın arasında fərqi görürsünüz)) Nazirliyə heç bir aidiyyatımız yoxdur, amma gəlin əyri oturaq düz danışaq)
avatar

Farik

  • 12 января 2010, 16:57

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.