Pulsuz hosting ? Sadəcə 3-cü dərəcəli domenlərlə...

Azərbaycanda internet inkişaf etdikçə, istifadəçi sayı çoxalır, yeni kadrlar yaranır, yeni mütəxəssislər meydana gəlir. Veb-sayt və yaxud blog əldə etmək üçün, yeni istifadəçi, domen adının və hostingə pul xərclənməsini özünə bir qədər qəliz meyar hesab edir. Bunun üçün, internetdə, öz saytları üzərində, pulsuz üçüncü dərəcəli domen və hosting təklif edən servislər mövcuddur. Lakin bütün saytlarda azərbaycan dili seçimi olmadığı üçün, bizlərdə də belə bir servislər yaranıb. Gəlin sayaq, artıq neçə belə servisimiz mövcuddur:

1. www.sayt.ws — 2002-ci ildən fəaliyyət göstərir. 100 MB hosting və limitsiz traffik təklif edir.
2. www.azersayt.com — təsis edilməsi haqda məlumat yoxdur. Saytda verilən məlumata görə limitsiz trafik və yazı host* təklif edilir. Fayl host limiti göstərilmir.
3. www.blogy.az — 2009-cu ildə təsis edilib. 300 Mb hosting və limitsiz traffik təklif edir.
4. www.canli.az — 2009-cu ildə təsis edilib. Bloq üçün limitsiz trafik və yazı host* təklif edilir.

və nəhayət, bu gün üzərinə çıxdığım yeni bir servis: www.vsayt.com

VSayt.com Azərbaycan dilinə tam tərcümə olunmuş “Wordpress” üzərində sayt təklif edir. Tərcümə çox vaxt apardığına görə də bu saytda görülən işlərin ən əsası da elə tərcümə ilə bağlı olub. Biz inanırıq ki, saytın istifadəsi zamanı da çox dəyişiklik, yeniliklər olacaq və istifadəçilərimizə layiqli xidmət göstərəcəyik. “Wordpress” dünyanın ən məşhur sayt/bloq/CMS sitemlərindəndir və dünyadakı saytların əsas hissəsi onun köməyi ilə hazırlanıb.

Vsayt kimə lazımdır?

Fərdi insanlar öz saytında özləri haqqında, həyat tərzləri, sevdikləri musiqi, video, kino barəsində yazırlar. Bu saytı sonra facebook, myspace, odnaklasniki və s. saytlarda dostları ilə paylaşırlar. Beləliklə sayt insanı tanımaq və özünü tanıtdırmaq məqsədi kimi işlədilə bilər. Bu halda VSayt, sayt kimi deyil bloq kimi fəaliyyət göstərir.
Hər bir şirkət öz gördüyü iş haqqında, satdığı mallar, təklif etdiyi servisləri haqqında öz saytında məlumat yerləşdirə bilər. Bununla şirkətin müştərilərinin sayı artır və eyni zamanda internetdə pulsuz reklam məqsədi daşıyır. VSayt-ın internet axtarış sistemlərində, güclü tanınma mexanizmi vardır və bu axtarış sistemlərində səhifənizin ön nəticələrdə sıralanmağına kömək edir.


Bu günlün bu qədər, inanıram ki, gələcəkdə bu sistemlər daha da inkişaf edib, hər biri, üçüncü dərəcəli domenlər üçün, öz milli .az domenimizdən istifadə edəcəklər.
  • +1
  • 30 января 2010, 13:04
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
0
Salam, vsayt.com üçün .az domeni yaxşı fikirdir amma .com domeni altında yaradılmış 3-cü dərəcli domen saytlarda, bloqlarda axtarış sistemləri üçün daha yaxşı nəticə verir. Gələkcəkdə .az domenimiz də oalcaq, İstifadəçilərə öz domenlərini də alıb saytlarına — serverimizin adına yönləndirməyə imkan verəcəyik :)

Çox sağ olun.
avatar

vsayt

  • 31 января 2010, 11:25
+
+1
Təki elə olsun! İşlərinizdə uğurlar arzulayırıq. Domen adı da çox gözəldir :)
avatar

Farik

  • 31 января 2010, 15:43

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.