Azərbaycanda İKT yüksək templə inkişaf edir

Dünən, İnformasiya texnologiyaları üzrə Azərbaycan-Belorus biznes forumu barədə xəbər vermişdim. Bildiyiniz kimi, hal-hazırda bu biznes forum fəaliyyətini davam etdirir və bloger sayağı desək, qızğın söhbətlər gedir. Bu arada Əli Abbasovun çıxışı olub:

Nazirin biznes forumda açıqladığı məlumatlara görə, Son beş il ərzində, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları çox inkişaf edib və illik orta gəlir 32-35% artıb.
Əli Abbasovun sözlərinə görə, 2009-cu ildəki krizisə baxmayaraq, 9,3% artıb, 1 mlr. 345 mln. təşkil edib.

Bu inkişaf hələ də qənaətbəxş deyil və Belorus Yüksək texnologiyalar parkı (YTP) ilə saziş bağlanmağı planlaşdırılır. Azərbaycanda belə parkların yaradılması, ölkədə intelektual məhsulun və xidmətin yaradılmasına böyük təkan verə bilər, deyə nazir bildirib.

1news.az


Hal-hazırda day.az -ın yaydığı məlumata görə isə, Təhsil naziri Misir Mərdanov 2010-ci ili, təhsil sistemində informasiya-telekommunikasiya ili elan edib.

Microsoft tərəfindən innovatik müəllimlər arasında keçirilən müsabiqə zamanı, Təhsil naziri Misir Mərdanovun verdiyi məlumata görə, bu il daha 500 məktəb nazirliyin İKT mərkəzinə qoşulacaq və internetlə təmin ediləcək.

«Azərbaycanda 4000-dən çox məktəb var və bu məktəblər böyük şəhərlərdən başlayaraq bu sistem mərhələlərlə aparılacaq.

Nazirin sözlərin görə, bu il, müxtəlif nominasiyalar üzrə informasiya-telekommunikasiyaya aid müsabiqələr keçiriləcək.


Belə getsə, qwerty-də yaman söhbətlər gedəcək, hətta məktəblərdən belə sayta gizli girib, öz şərhlərini yazıb çıxanlar olacaq :) MaşaAllah. Göz dəyməsin, təki nazirlərimizin dedikləri sözlər həyata keçsin.
  • +2
  • 09 февраля 2010, 12:27
  • Farik

Комментарии (3)

RSS свернуть / развернуть
+
0
Yox bizimkilər əllərinə internet düşən kimi (özüdə pulsuz!) məlumat almağa yox mp3,oyun,tema,proqram və ən əsası 18+ axtaracaqlar..)) Ümidlərini qırmaq istəməzdim… ama reallıqla barışmalı olacaqsan… :)
avatar

azecoder

  • 09 февраля 2010, 20:51
+
0
Download — block olacaq :)) Tak çto :)
avatar

Farik

  • 09 февраля 2010, 22:40
+
0
Təki elə olsun amma internet açıq olan məktəblərin bir çoxunda kompüterdə hərrr şey sərbəstdir… Bəlkə düzəldi ?:))
avatar

azecoder

  • 10 февраля 2010, 13:17

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.