İnternet Explorer 6

Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.

Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)

Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:

1. İE — 51.04% 2. Opera — 31.19% 3. Firefox — 19.15 %.

Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib — 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )
Oktyabr 2009.

Noyabr 2009.

Dekabr 2009.

Yanvar 2009.


Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
  • +3
  • 09 февраля 2010, 12:52
  • Elliot

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
Пока есть XP окончательно от 6-го ИЕ мы не избавимся а ХР будет еще долго…
avatar

ABUATOP

  • 09 февраля 2010, 17:24
+
0
Duzdur. Amma istifadechileri lazimi derecede melumatlandirsaq, IE6 pay faizini <5% ede bilerik, bu ise kifayet qeder yaxshi gosterici olardi.
avatar

Elliot

  • 09 февраля 2010, 19:56
+
0
Günah bu XP-ləri kompyuterə yazandadır. Internetdə «geek»lər az qala SP4-ü çıxardırlar, «driver pack» inteqrasiya olunmuş, hazır mövzularla..bizdə isə xp SP2, IE6 və qoyunlar üçün otlaq sahəsi fonunda qurulur.
avatar

DrELM

  • 10 февраля 2010, 00:53
+
0
Yox qardaş razı deyiləm sənlə. o yazanlardan biri də mən. mənim öz kompyuterimdə ƏS Widwows 7 di… adətən kompyuter format edəndə 7 vista sora xp təklif edirəm… bir çoxu ən axırıncı XP (Yeni SP3) istəyir oların sözü ilə desək. Birdə görüsən biri dirənir ki mənə ən köhnəsin yaz. SP1 istəyir sp2 cəhənnəm! Dirənir başa salmaq olmur nə edəsən eləsi il
? deyəndə də deyir ki mənə deyiblər köhnələrə daha «virus» düşmür :)))… Ya hövsələdən çıxırsan ya da ki lap yaxçı deyib yazırsan…
avatar

azecoder

  • 10 февраля 2010, 19:16

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.