Seminar: "İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi"

Axtunq axtunq, diqqət, diqqət :)

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.

Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu

Tarix: 13 Mart 2010 saat 10:30

Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:
1.Kompüter mühəndisliyi son kurs tələbələri – karyera seçimi və iş ilə bağlı qərar vermək üçün köməklik

2.Kompüter mühəndisliyi aşağı kurs tələbələri -gələcəyə yönəlik karyera hədəfləri haqqında onları düşündürmək və məlumatlandırmaq

3.Başqa sahə üzrə təhsil alan və ya oxuyan, amma İKT sahəsinə keçmək istəyənlər – iş həyatında yeni səhifə açmaq istəyənləri məlumatlandırmaq

Seminarda aşağıdakı mövzular haqqında məlumat verəcəm:

1.İKT sahəsindəki beynəlxalq sertifikatlar
2.Sertifikatların bilik və təcrübə səviyyəsinə görə təsnifatı
3.Sertifikatların İKT sahələrinə görə təsnifatı
4.Sertifikatın önəmi
5.Sertifikatın faydaları

Ümid edirəm ki, seminar iştirakçıları üçün faydalı olacaq.

raminorucov.wordpress.com/2010/03/10/seminar-ikt-sahesindeki-beynelxalq-sertifikatlar/

Комментарии (7)

RSS свернуть / развернуть
+
0
Bu çətin işdə sənə uğurlar arzu edirəm. İmkan olsa, video rolikə baxmaq istərdim. Yaza bilsəydiz, yerləşdirərdik. Sadəcə vaxtım olmayacaq o gün :(
avatar

Farik

  • 10 марта 2010, 16:07
+
+1
Çox sağ ol! Video çəkiliş yəqin ki olmayacaq, bu haqda təşkilatçılarla danışaram, amma powerpoint slaydlarını bloquma qoyacam inşallah.
avatar

RaminOrucov

  • 10 марта 2010, 16:21
+
0
Seminar necə keçdi? Çox tez olduğundan iştirak edə bilmədim. Həmdə mənim yaşadığım rayondan çox uzaqdı ><
avatar

Farik

  • 14 марта 2010, 12:53
+
0
Məncə normal keçdi, 40-ya yaxın iştirakçı var idi.

Seminar materiallarını buradan yükləyə bilərsiniz:
raminorucov.wordpress.com/2010/03/14/seminar-materiallari

Fikirlərinizi, təklif və tənqidlərini şərh olaraq yaza bilərsiniz. Əvvəlcədən minnətdaram.
avatar

RaminOrucov

  • 14 марта 2010, 15:38
+
0
raminorucov.files.wordpress.com/2010/03/seminar-ikt-sertifikatlari.ppt

404 — File not found.
You can create your own free blog on WordPress.com.
avatar

Farik

  • 14 марта 2010, 16:30
+
0
Düzəltmişəm artıq, zəhmət olmasa təkrar yoxlayın.
avatar

RaminOrucov

  • 14 марта 2010, 16:37
+
0
Təşəkkür. Əla. Amma video-da olsaydı, əla olardı. İştirak edə bilmədik
avatar

Farik

  • 14 марта 2010, 16:54

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.