Azərbaycan yenə də İKT-nin tətbiqi üzrə regionda lider ölkədir

Dünya İqtisadi Forumu (World Economic Forum — WEF) 2009-2010-cu illər üçün “Qlobal informasiya texnologiyaları” (The Global Information Technology Report 2009-2010) adlı illik hesabatını dərc edib.

Hesabata əsasən Azərbaycan “şəbəkə hazırlığı indeksinə” görə (Networked Readiness Index 2009-2010, NRI) dünya ölkələri arasında 64-cü yerdədir və bütün MDB ölkələrini geridə qoyaraq regiondakı lider mövqeyini saxlayıb.

Qeyd edək ki, reytinqdə Azərbaycan nəinki MDB dövlətlərini, həmçinin Türkiyə (69-cu yer), Polşa (65-ci yer), Misir (70-ci yer), Meksika (78-ci yer) kimi ölkələri də qabaqlaya bilib. MDB ölkələrindən Rusiya 80-ci, Kazaxıstan 68-ci, Ukrayna 82-ci, Gürcüstan 93-cü, Ermənistan isə 101-ci yerdə olublar.

Hesabatda dünyanın 133 dövləti əhatə olunub. Sənədin tərtibatçıları xüsusi olaraq qeyd ediblər ki, Azərbaycan NRI reytinqinin ilk yarısına düşən yeganə MDB ölkəsidir.

Siyahının birinci pilləsində Sinqapuru və Danimarkanı geridə qoyaraq ilk dəfə İsveç yer alıb. Reytinqin dördüncü və beşinci mövqelərinin sahibləri isə müvafiq olaraq İsveçrə və ABŞ-dır. Həmçinin WEF-in budəfəki hesabatında ayrıca olaraq əhalinin gəlir səviyyələrinə əsasən ölkələrin “şəbəkə hazırlığı” siyahısı da tərtib olunub. Eyni gəlir səviyyəli ölkələr arasında Azərbaycan 6-cı pillədə yer alıb.

Qeyd etmək lazımdır ki, WEF Azərbaycan hökumətini İKT-nin tətbiqi üçün dövlət hazırlığı reytinqində yüksək qiymətləndirib. Belə ki, bu parametr üzrə Azərbaycan dünyanın ilk 30 ölkəsi siyahısında yer ala bilib. İKT sahəsi üzrə hökumət prioriteti – 38-ci yer; qabaqcıl texnologiyaların dövlət səviyyəsində satınalınması – 16-cı yer; gələcəyin dövlət səviyyəsində görünüşü üçün İKT sektorunun əhəmiyyəti – 40-cı yer.

WEF ekspertləri həmçinin dövlətin informasiya-kommunikasiya texnologiyalarının istifadə olunmasına dair hazırlıq səviyyəsini də qiymətləndirib. Belə ki, Azərbaycan İKT-nin dövlət səviyyəsində istifadəsinə görə dünya ölkələri arasında 49-cu, dövlət hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə isə 31-ci pillədə yer alıb.

Həmçinin hesabatda informasiya-kommunikasiya sahəsinə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilib. Məktəblərdə internetə çıxış səviyyəsinə görə Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutub.

www.mincom.gov.az
  • 0
  • 30 марта 2010, 14:47
  • Farik

Комментарии (6)

RSS свернуть / развернуть
+
+1
Həmişəki kimi, originalı qoyuruq kənara, bizə göstərilənləri yeyirik. Tənbəllik etməyin, originala baxın, inandırım sizə o daha maraqlıdır.

Deməli, 133 ölkə arasında, neft ölkəsi olan Azərbaycan 64 yeri tutur. Bizdən əvvəl kimlər gəlir, bilin görək: 60- Kolumbiya, 61- Braziliya, 62- Cənubi Afrika, 63- Bruney :)

Qruppamızın içindəki qiymətləndirməyə baxsaq, o da LM-dir. LM, siqaret markası deyil, Lower-Middle income deməkdir, yanı zeyif orta. Həqiqət budur.

Mövcud vəziyyətdə gözəl tərəfləri görmək təbii ki yaxşıdır. Ancaq zəyif tərəfləri görməməzlidən gəlmək, inkişafın qabağını alır.
avatar

kataloq

  • 30 марта 2010, 16:47
+
0
Təbii ki, irəliyə addımlamağa yer var, və bu belə də olmalıdır. Neftin olması demək deyil ki, İT mütləq inkişaf etməlidir. Xoşagəlməz məqamlar da var, lakin yaxşı məqamları da inkar etmək olmaz axı. Dövlətin rolu qiymətləndirilib, və bu faktdır, və o faktdır ki, regionda Azərbaycan İT üzrə lider kimi göstərilib hesabatda. MDB ölkələri arasında yeganə ölkədir ki, reytinqin ilk yarısına düşə bilib, və bu xüsusi qeyd olunub.
Həmdə ki, dünya ilə müqayisədə bu sahəyə diqqət bizdə daha gec yetirilməyə başlanıb.
O ki qaldı, LM-ə (siqaret markası deyil, Lower-Middle income deməkdir), burada söhbət İT-dən getmir axı, əhalinin gəlirlərindən gedir.
avatar

Rovshan

  • 30 марта 2010, 17:59
+
0
Elə mən də onu nəzərdə tutmuşdum da. Deyəsən başa düşülməyib. :)

Lap tutaq ki, biz dünya ölkələri içində yüksək texnologiyalara sahib ölkələr arasında ilk yarısının sonunda yer alırıq (hesabata görə elədir). Və tutaq ki, həmin texnologiyalardan istifadə qiymətləri bizdə dünyadakı ölkələrdən daha baha deyildir (ki bu ağ yalandır). Camaatın gəliri ortadan zəyif olanda həmin qiymətlər bizə çox baha gəlir. Bizim real vəziyyətimizdə isə çox-çox bahadır. Məsələ budur.
avatar

kataloq

  • 30 марта 2010, 18:44
+
0
evvel sevindim.sonrakatalgun kommentini oxuyub bildim ki her sey evvelki kimidir.
avatar

HTML

  • 31 марта 2010, 23:41
+
+1
Yuxarıda yazdıqlarıma qüvvət, поддержка от Пункито
avatar

kataloq

  • 01 апреля 2010, 02:49
+
+1
рвущийся ADSL от Stream на работе и Connect дома (2 мбит) за 30 AZN в месяц (для сравнения у того же TTNet за 49 TL – 8 мбит безлимита+). Не надо мне предлагать 3G от Azerfone Vodafon, еле дотягивающий до мегабита и не везде ловящий

:))
avatar

Farik

  • 01 апреля 2010, 03:29

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.