“Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

26-28 aprel 2010-cu il tarixlərdə Azərbaycan Texniki Universitetində “Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Estoniya İdarəetmə Akademiyası, Azərbaycan Texniki Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu və AKTAM qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək tədbir ölkəmizdə “Elektron hökumət” Dövlət Proqramı çərçivəsində görülən işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsi, İT sahəsində alınmış elmi nəticələri ümumiləşdirmək, ölkədə elektron hökumətin formalaşdırılması prosesində elmi-texniki ictimaiyyətin iştirakını genişləndirmək məqsədi daşıyır.

Konfransda e-hökumət və səmərəli dövlət idarəetməsi (dövlət orqanlarında İKT-nin tətbiqi, e-hökumətin qanunvericilik bazasının təkmilləşdirilməsi, e-hökumət həlləri və e-xidmətlər), e-hökumət və özəl sektorun inkişafı (özəl sektor üçün e-xidmətləri, e-ticarət, özəl sektorda İKT-nin tətbiqi), elektron universitet (distant və fasiləsiz təhsil, vətəndaşlara təhsil xidmətlərinin göstərilməsi, e-hökumət üçün kadr hazırlığı) istiqamətləri üzrə mövzular əsas müzakirə obyekti olacaq.

Beynəlxalq konfransda iştirak etmək istəyənlər məruzələrin mətni və elektron versiyasını 16 aprel tarixindən gec olmayaraq Az.1073, Bakı şəhəri, H.Cavid pr.,25 ünvanına və ya konfrans-aztu@mail.ru e-poçtuna göndərə bilərlər.

//www.ict.az
  • 0
  • 02 апреля 2010, 01:24
  • Farik

Комментарии (12)

RSS свернуть / развернуть
+
0
sadece dinləyici kimi iştirak etmək üçün dəvətnamə lazımdır yoxsa giriş sərbəstdir?
avatar

Shik0

  • 02 апреля 2010, 11:11
+
0
Mən birinci gün müəllimdən öyrənib yazaram bura. AzTU-da oxuyuram =) Bütün müəllimlərlə də aram var =)
avatar

Farik

  • 02 апреля 2010, 11:38
+
0
O vaxta qədər ki, İT kommersiya sahəsi yox elm sahəsi kimi qəbul ediləcək, Azərbaycan bu sahədə ağ günə çıxmayacaqdır.
avatar

kataloq

  • 02 апреля 2010, 13:00
+
0
butun yenilikler elmi-tedqiqat institutlarinda yaradilir ve sonra kommersiyaya kecir
avatar

qorodok

  • 05 апреля 2010, 00:35
+
0
Bəs həmin tədqiqatların sifarişini kim verir və pullarını kim ödəyir?
avatar

kataloq

  • 05 апреля 2010, 01:51
+
0
raziyam, iri korporasiyalar maliyyelewdirir, amma amma evvelce yeniliyin cucertileri olmalidi ki korporasiyalarin da ona maragi olsun
avatar

qorodok

  • 05 апреля 2010, 22:38
+
0
Tam razı olmasam da tutalım ki lap elədir. Elmi-tedqiqat institutlarımızda cücərtilər əmələ gəldi… Kommersiya qurumlarının marağı olmadıqdan sonra səməniviz heç vaxtı ağac olub meyvə gətirməz…
O ki qalıb cücərtilərə, bizim Elmlə məşğul olası müəssisələr cücərti olaraq illərlə Azərbaycan Klaviaturası kimi super praktiki faydası olan layihələrlə məşğul olur.
avatar

kataloq

  • 05 апреля 2010, 23:23
+
0
to KATALOQ: kommersiya sahesine kechmeye kimse yaxud neyse mane olur?
avatar

Shik0

  • 02 апреля 2010, 13:08
+
0
Təbii ki… Məsələn E-hökumət layihələri hal hazırda Prezident Aparatı, Narirlik, Kibernetika İnstitutu və bəzi NGO-ların əllərindədir. Məhz ona görə də artıq 10 ildən çoxdur ki ele e-hökumət — e-hökumət danışırıq, amma ortalıqda heç nə yoxdur. Dövlət büdcəsindən pullar ayrılıb kommersiya strukturlarına sifariş verilsəydi, çoxdən bu iş ərsəyə gələrdi.
avatar

kataloq

  • 02 апреля 2010, 16:58
+
0
Maneyələrə gəlincə, məsəlçün, bir neçə ay əvvəl tanışlardan biri e-bank.az domenini almaq istədi. NT satmadı, dediklərinə görə Nazirlik «e-» ilə başlayan domenlərin satışına qadağa qoyub. Başqa misal lazımdır?
avatar

kataloq

  • 02 апреля 2010, 17:00
+
0
Məndə e-shop.az almaq istəyirdim. Başqa bir domeni alanda, eşitdim bir qız o birinə deyirki, e ilə başlayır, satmaq olar? Halbuki sayt «e-» stilində yox, sadəcə e ilə başlayırdı =))))))))) Gör necə qorxudublar.
avatar

Farik

  • 05 апреля 2010, 02:08
+
0
REPLY etmek yadimdan chixdi :)
avatar

Shik0

  • 02 апреля 2010, 13:09

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.