Рейтинг
0.00
голосов:
0
avatar

EduCat  

Oracle şirkəti sertifikatlaşma imtahanında yeniliklər edib!

Salam dostlar! EDUCAT | AIC Group tədris mərkəzi olaraq, Pearson VUEPrometric beynəlxalq test mərkəzlərinin Azərbaycandakı rəsmi test mərkəzi kimi Oracle texnologiyaları üzrə sertifikatlaşmaq istəyən mütəxəssislərin diqqətinə çox vaxib bir məlumatı çatdırmaq istəyirik.



Oktyabrın ikinci yarısından başlayaraq Oracle sertifikatlaşması üzrə namizədlər bilavasitə imtahanın nəticələrini CertView adlı Oracle sertifikatlaşma portalından alacaqlar. Bundan sonra test mərkəzləri namizədlərə imtahanın uğurlu/uğursuz olması haqqında informasiya verilməyəcək. Test mərkəzində imtahanın tamamlanmasından sonra namizədlər Oracle şirkətindən CertView profilində imtahanın nəticələrinin mövcud olması ilə bağlı elektron poçt bildirişi alacaqlar. Namizədlər CertView profilinin ana səhifəsində «See My New Exam Results Now» və ya «Print My Exam Results Now» keçidlərini seçib, imtahanın nəticələri və nəticələrin çapı üçün seçim edəcəklər. Bu, Oracle şirkətinin fəaliyyətinin başqa növləri ilə sıx inteqrasiyasını təmin edərək, bütün sertifikatlara və imtahanların tarixinə bir yerdə giriş əldə etməyə və namizədlərin bütün yazıları üçün vahid mənbə Oracle mərkəzini etməyə icazə verəcək.

DİQQƏT: Bütün namizədlər imtahan verməzdən əvvəl öz CertView hesablarına icazə verməlidir. Yoxlamaya qədər bu prosesi qurtarmaq əhəmiyyətlidir, çünki, şəxsi məlumatların düzgünlüyünün yoxlaması əl ilə keçirildiyinə görə 3 iş gününə qədər davam edə bilər! Namizədlər CertView profilinin təsdiq edilməsinə qədər PearsonVUE veb-hesabı yaratmalıdırlar. certview.oracle.com ünvanı üzrə CertView hesabını, Pearson VUE veb-hesabının yaradılmasından 30 dəqiqə sonra təsdiq etmək olacaq. CertView profilinə girməzdən əvvəl, namizədlər Oracle veb-hesabına malik olmalıdırlar. Əgər namizədlər Oracle veb-hesabına malik deyillərsə, o zaman yeni hesabı CertView ana səhifəsində yarada biləcəklər.

Microsoft kursları

Hörmətli QWE auditoriyası, yəqinki EDUCAT tədris mərkəzi ilə çoxunuz tanışsınız. Bundan sonra EduCat tədris mərkəzinin nümayədəsi kimi, Sizə keçiriləcək dərslər, sertifikat imtahanları, pulsuz seminarlar haqda burada xəbər verəcəm. Hal-hazırda dekabr ayında keçiriləcək sertifikatlaşdırma dərsləri haqda sizə məlumat vermək istəyirəm. Keçiriləcək dərslər və tarix:

6420B — Windows Server 2008 tətbiqetmələri üçün şəbəkə infrastrukturu və platforması əsasları — 12-14 dekabr, 5 gün (40 saat).

6421B — Windows Server 2008 şəbəkə infrastrukturunda düzəlişlər və nasazlıqların aradan qaldırılması — 19-23 dekabr, 5 gün (40 saat).

6231 — Microsoft SQL Server 2008 məlumat bazası dəstəyi — 26-30 dekabr, 5 gün (40 saat).

6436 — Windows Server 2008 Active Directory dizayn və layihələndirmə — 26-30 dekabr, 5 gün (40 saat).

Qeyd: Yuxarıda qeyd etdiyim treninqlər rus dilində keçirilir. Bəzi hallarda treninqlər ingilis dilində də keçirilir. Azərbaycan dilində yalnız istifadəçi (sadə) kurslar keçirilir.

Əgər sualınız olsa burada bildirə bilərsiniz. Qiymət, kursa yazılmaq və digər suallarla bağlı sales@educat.az ünvanına yazın.

Hörmətlə.
  • -1
  • 02 декабря 2011, 11:34
  • Farik
  • 2