Microsoft kursları

Hörmətli QWE auditoriyası, yəqinki EDUCAT tədris mərkəzi ilə çoxunuz tanışsınız. Bundan sonra EduCat tədris mərkəzinin nümayədəsi kimi, Sizə keçiriləcək dərslər, sertifikat imtahanları, pulsuz seminarlar haqda burada xəbər verəcəm. Hal-hazırda dekabr ayında keçiriləcək sertifikatlaşdırma dərsləri haqda sizə məlumat vermək istəyirəm. Keçiriləcək dərslər və tarix:

6420B — Windows Server 2008 tətbiqetmələri üçün şəbəkə infrastrukturu və platforması əsasları — 12-14 dekabr, 5 gün (40 saat).

6421B — Windows Server 2008 şəbəkə infrastrukturunda düzəlişlər və nasazlıqların aradan qaldırılması — 19-23 dekabr, 5 gün (40 saat).

6231 — Microsoft SQL Server 2008 məlumat bazası dəstəyi — 26-30 dekabr, 5 gün (40 saat).

6436 — Windows Server 2008 Active Directory dizayn və layihələndirmə — 26-30 dekabr, 5 gün (40 saat).

Qeyd: Yuxarıda qeyd etdiyim treninqlər rus dilində keçirilir. Bəzi hallarda treninqlər ingilis dilində də keçirilir. Azərbaycan dilində yalnız istifadəçi (sadə) kurslar keçirilir.

Əgər sualınız olsa burada bildirə bilərsiniz. Qiymət, kursa yazılmaq və digər suallarla bağlı sales@educat.az ünvanına yazın.

Hörmətlə.
  • -1
  • 02 декабря 2011, 11:34
  • Farik

Комментарии (2)

RSS свернуть / развернуть
+
+1
Фарик, не забывай долю заносить ;)
avatar

baxi

  • 02 декабря 2011, 12:01
+
0
Ха :)
avatar

Farik

  • 02 декабря 2011, 12:52

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.