Рейтинг
0.00
голосов:
0
avatar

Müsabiqələr  

Bakcell və AIESEC Azerbaijan təşkilatı facebook-da birgə müsabiqə keçirəcək

Bu xəbəri tvitterdə Cavid Huseynov-dan aldım :) Buyurun:

@error631
Совместный конкурс от Bakcell и AIESEC Azerbaijan. http://t.co/euIm9zO

Bu da xəbər:


( Читать дальше )
  • +3
  • 29 июля 2011, 17:30
  • Farik
  • 1

“Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Bu gün Bakıda “Elektron Təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycan Təhsil Nazirliyi tərəfindən, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatlarının dəstəyi ilə keçirilən müsabiqə iki istiqamət üzrə təşkil olunub: “Təhsildə internet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları”.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunub.
“Təhsildə internet texnologiyalar” istiqaməti üzrə qaliblər “təhsildə internet resursları” və “müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunub.
İki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan münsiflər heyəti həyata keçirib.
Ümumilikdə müsabiqədə 810 layihə iştirak edib, onlardan 89-u namizəd seçilib.
Müsabiqədə beş nominasiyanın hər biri üzrə qaliblərə noutbuklar və digər xüsusi mükafatlar təqdim olunub.

//mincom.gov.az

NETTY Azərbaycan Milli İnternet Mükafatının Virtual Jürisi nominantların seçimini başa vurdu.

Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları təntənəli mükafatlandırma mərasimində deyiləcək. NETTY2010 final mərasimin keçirilməsi Gənc Tamaşaçı Teatrında 17 may tarixində nəzərdə tutulub. Qeyd edək ki, həmin gün Beynəlxalq informasiya texnologiyaları günü qeyd edilir.



Mərasimdə mükafatın bütün nominantları, akademikləri və dəvət olunmuş qonaqlar iştirak edir. Mükafatlandırma mərasimi çərçivəsində Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə də qaliblər elan ediləcək. O cümlədən, “İlin İT-hadisəsi” nominasiya üzrə qalib elan ediləcək.

( Читать дальше )
  • +3
  • 07 мая 2010, 23:29
  • Farik
  • 6

Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir.

Olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün ölkəmizi təmsil edəcək komandanın seçilməsinə və hazırlanmasına imkan yaradacaqdır.
Təşkilatçılar tərəfindən Olimpiadanın keçirilməsi ilə əlaqədar Əsasnamə təsdiq edilmişdir. Olimpiadanın keçirilməsi barədə şərtlərlə daha ətraflı həmin əsasnamədə tanış ola bilərsiniz.
Olimpiadanın birinci mərhələsi 10.04.2010-cu il tarixində, ikinci mərhələsi isə 08.05.2010-cu il tarixdə keçiriləcəkdir.

Qeyd edim ki, dünən qeydiyyat başa çatıb. 60 komanda olimpiadaya müraciət edib və onların yalnız 40-ı qeydiyyatdan keçib.
qwerty əhli, iştirak edən varmı ?) Mən bu sahə üzrə təhsil alıram, amma heç xəbərim yox idi. Elə indicə xəbər tutub, sizə yazıram.
  • 0
  • 04 апреля 2010, 09:15
  • Farik
  • 17

"İlin İT-hadisəsi" nominasiyası

NETTY 2010 Milli İnternet Mükafatının Təşkilat Komitəsi müsabiqə çərçivəsində keçirilən “İlin İT-hadisəsi” nominasiyasında şirkət və təşkilatları iştirak etməyə dəvət edir. Nominasiyanın əsas məqsədi Azərbaycanın informasiya texnologiyalarının inkişafında əhəmiyyət kəsb edən layihələri aşkar etməkdir. Layihəni www.netty.az/itreg.shtml ünvanında qeydiyyatdan keçirtmək olar. Azərbaycanda və onun xaricində informasiya texnologiyaların inkişafına yönəldilmiş hər bir layihə mükafata iddia edə bilər (saytlar sözügedən nominasiyada iştirak edə bilməz).

Qalibin müəyyən edilməsi NETTY Akademiyası tərəfindən final mərhələdə həyata keçiriləcək. AKADEMİYA netty.az/academy.shtml informasiya texnologiyalarını təmsil edən və informasiya texnologiyalarını Azərbaycanda inkişafı üzrə məsul olan nüfuzlu mütəxəssislərin geniş dairəsi ilə təqdim olunub. AKADEMİYAnın səsverməsi nəticəsində ən yaxşı adlandırılan layihə “İlin İT-hadisəsi” fəxri nominasiyasının laureatı elan ediləcək.


( Читать дальше )
  • +1
  • 17 марта 2010, 14:56
  • Farik
  • 6