NETTY Azərbaycan Milli İnternet Mükafatının Virtual Jürisi nominantların seçimini başa vurdu.

Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları təntənəli mükafatlandırma mərasimində deyiləcək. NETTY2010 final mərasimin keçirilməsi Gənc Tamaşaçı Teatrında 17 may tarixində nəzərdə tutulub. Qeyd edək ki, həmin gün Beynəlxalq informasiya texnologiyaları günü qeyd edilir.



Mərasimdə mükafatın bütün nominantları, akademikləri və dəvət olunmuş qonaqlar iştirak edir. Mükafatlandırma mərasimi çərçivəsində Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə də qaliblər elan ediləcək. O cümlədən, “İlin İT-hadisəsi” nominasiya üzrə qalib elan ediləcək.

Nominasiyanın məqsədi 2009-2010-cu illərdə başlanan və Azərbaycanda informasiya texnologiyaların sonrakı inkişafına təsir göstərən və ya təsir göstərə biləcək ən əhəmiyyətli hadisəni müəyyən etməkdir. Bu nominasiyada ictimai sorğu əsasında mükafatı əldə etməyə layıq bilinən Təşkilat Komitəsi tərəfindən aşağıdakı layihələr irəli sürülüb:

1. Delta Telecom – internet xidmətlər üzrə qiymətlərin aşağı düşməsi;

2. Azerfon – 3G texnologiyaların tətbiq edilməsi;

3. “Xalq kompüteri” layihəsi — Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP, Microsoft, Bestcomp;

4. “Azərbaycan əhalisinin dövlət reyestri” layihəsi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.

Müsabiqədən kənar nominasiyaları çərçivəsində, həmçinin “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” fəxri nominasiya üzrə qalibin adı çəkiləcək. Bu nominasiyaların qalibləri mükafatlandırma mərasimdə elan ediləcək. “İlin İT-hadisəsi” nominasiyasının qalibi BakuTel təşkilat komitəsi, “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” nominasiyasının qalibi isə “Ali və Nino” dükan şəbəkəsi tərəfindən mükafatlandırılacaq.

Nominantlar:

Государственный сайт / Dövlət saytı:
www.fhn.gov.az
www.aze.embrus-az.com
www.sheki-ih.gov.az
www.tqdk.gov.az

Корпоративный сайт / Korporativ sayt:
www.jale.az
www.alinino.az
www.demirbank.az

Образование и наука / Elm və təhsil:
www.iec.az
www.xaricidil.net
www.bala.az
www.azgraf.net

Культура и искусство / Mədəniyyət və incəsənət:
www.3ds.az
www.oralar.az
www.shekiteatr.com
www.kultaz.com
www.mediateka.musigi-dunya.az

Информация и новости / İnformasiya və xəbərlər:
www.ipekchi.info
www.informer.az
www.infocity.az
www.azpress.az

Сервис-сайт / Servis-saytlar:
www.xaos.az
www.elanver.biz
www.autobaku.az
www.azerdict.com

Развлечения / Əyləncə:
www.open.az
www.qudok.com
www.milyarder.oyunlar.az

Спорт / İdman:
www.f-1.az
www.fairex.az
www.bvb09.ru
www.lankaranfc.com

Азербайджан / Azərbaycan:
www.armenianterror.info
www.agamali.az
www.history.az

Персональная страница / Şəxsi sayt:
www.zeynabxanlarova.com
www.fotoqraf.az
www.diabet.az

Общество / Cəmiyyət:
www.quran-ebook.com
www.ansf.az/az
www.ireli.az
www.adam.az

Лучший сайт в области Электронной Коммерции / Elektron Kommersiya sahəsində ən yaxşı sayt:
www.sinta.az
www.trendy.az
www.nlt.az/nlt

Həmçinin “Faydalı sayt” və “Gənclər üçün sayt” həvəsləndirici nominasiyalar üzrə qaliblər müəyyən ediləcək və qaliblərə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən prizlər veriləcək. Partnyorlardan xüsusi prizlər “Elm və Təhsil” nominasiyasında Ultra şirkəti tərəfindən və “Elektron kommersiya sahəsində ən yaxşı layihə” nominasiyasında Golden Pay ödəniş sistemi tərəfindən veriləcək. Cari ildə hər zaman olduğu kimi müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hərtərəfli dəstəklənir, Golden Pay ödəniş sisteminin, ULTEL telekommunikasiya operatorunun, Azeurotel operatorunun, Ali&Nino dükan şəbəkəsinin, İntrans internet provayderi, Nurlar şirkətinin, Ultra şirkətinin, Bakutel telekommunikasiya sərgisinin, AZEL şirkətinin partnyorluq köməyi və JİS studiyasının dizayn köməyi ilə keçirilir. 1news.az, novosti.az, dispute.az, aze.az, e-azerbaijan.info, Infocity.az, Azerfoto.com, ITMagazine, qwe.az, eXpert.AZ layihələri tədbirə informasiya köməyi göstərir.
  • +3
  • 07 мая 2010, 23:29
  • Farik

Комментарии (6)

RSS свернуть / развернуть
+
0
Bütün nominantları təbrik edirəm =) Admin hüquqlarım itib yenilikdən sonra))) gg
avatar

Farik

  • 07 мая 2010, 23:31
+
+1
Nominantlara bir-bir baxıb sevindim. Seçilmişlərin çoxsu üzə çıxası saytlardır. Təbii ki, bəzi nominanlar məni açıqca təəccübləndirib. Onlara indiden öz mükafatlarımı təqdim edirəm:
bvb09.ru — Azərbaycana heç bir aidiyyatı olmayan sayt kateqoriyasında,
ipekchi.info — Google texnologiyalarından ən çox istifadə edən informasiya resursu kateqoriyasında,
quran-ebook.com — Dindən elektron şəkildə pul qazanmaq cəhdi kateqoriyasında,
milyarder.oyunlar.az — Bütün Milli İnternet Mükafatlarının ən iylənmiş saytı kateqoriyasında.
avatar

kataloq

  • 08 мая 2010, 08:57
+
0
Seninle Tam raziyam
avatar

FreeYorker

  • 08 мая 2010, 09:10
+
0
Siyahı yenilənib. İlkin təqdimat zamanı 3 sayt yaddan çıxıb yazılmamışdı!
avatar

Farik

  • 08 мая 2010, 15:01
+
0
Pah!
avatar

kataloq

  • 08 мая 2010, 16:27
+
0
Hə, yamman yaddan çıxıbmış bu saytlar =)) Çox seviniblər yəqin!
avatar

Farik

  • 08 мая 2010, 16:32

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.