Bakcell və AIESEC Azerbaijan təşkilatı facebook-da birgə müsabiqə keçirəcək

Bu xəbəri tvitterdə Cavid Huseynov-dan aldım :) Buyurun:

@error631
Совместный конкурс от Bakcell и AIESEC Azerbaijan. http://t.co/euIm9zO

Bu da xəbər:
AİESEC Azərbaijan tələbə və gənclər təşkilatı öz rəsmi facebook istifadəçiləri arasında Gənclərin Liderliyini dəstəkləyən şirkətlər barədə məlumatlarının artırılması məqsədilə “AİESEC Partners Quiz Competition “ (“AİESEC Partnyorları barədə Viktorina Yarışması”) müsabiqəsinə start verir.
Avqust ayının 1-də başlanacaq müsabiqə AİESEC Azərbaycan-ın rəsmi facebook səhifəsində www.facebook.com/aiesec.az?ref=pb keçiriləcək. Müsabiqədə səhifəyə üzv olan hər bir kəs iştirak edə biləcək. Müsabiqədə iştirak etmək çox sadədir. «Bakcell» şirkəti haqqında verilən çox sadə suallara ən tez cavab verən və ən çox xal toplayan facebook istifadəçiləri sonda Bakcell tərəfindən mükafatlandırılacaq. Qeyd edək ki, suallar ingilis dilində veriləcək.
Müsabiqənin qaydaları sadə, qiymətləndirmə isə tam şəffaf şəraitdə keçiriləcək.
Bazar ertəsi, avqustun 1-dən başlayaraq cümə axşamı, avqustun 5-dək, həftənin 5 günü və hər günün müxtəlif saatlarında 5 sual veriləcək. Bu suallardan 4-ü Bakcell, 1-i isə AİESEC Azerbaijan təşkilatı haqqında olacaq.
Suallara ilk cavab verən şəxs — 5, növbəti 4 şəxs — 2, sonrakı 5 şəxs isə hərəsi 1 xal qazanacaq. Yəni, hər bir suala 10 nəfər cavab verib, xal toplaya bilər.
Hər bir sualın yalnız 1 cavabı var.
1-ci yerin sahibi — Bakcell şirkətindən 20 AZN məbləğində danışıq kartı və digər hədiyyələr qazanacaq.
2-ci yerin sahibi — Bakcell şirkətindən 10 AZN məbləğində danışıq kartı və digər hədiyyələr qazanacaq.
3-cü yerin sahibi — Bakcell şirkətindən 6 AZN məbləğində danışıq kartı və digər hədiyyələr qazanacaq.
Müsabiqənin qalibləri avqust ayının 8 — də Bakcell-in baş ofisində mükafatlandırılacaq.
Biz öz səhifəmizin üzvlərini də bu müsabiqədə fəal iştirak etməyə dəvət edirik.
Hər birinizə uğurlar arzulayırıq!
  • +3
  • 29 июля 2011, 17:30
  • Farik

Комментарии (1)

RSS свернуть / развернуть
+
0
:)
avatar

Jav

  • 29 июля 2011, 17:50

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.