
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir.
Olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün ölkəmizi təmsil edəcək komandanın seçilməsinə və hazırlanmasına imkan yaradacaqdır.
Təşkilatçılar tərəfindən Olimpiadanın keçirilməsi ilə əlaqədar Əsasnamə təsdiq edilmişdir. Olimpiadanın keçirilməsi barədə şərtlərlə daha ətraflı həmin əsasnamədə tanış ola bilərsiniz.
Olimpiadanın birinci mərhələsi 10.04.2010-cu il tarixində, ikinci mərhələsi isə 08.05.2010-cu il tarixdə keçiriləcəkdir.
Qeyd edim ki, dünən qeydiyyat başa çatıb. 60 komanda olimpiadaya müraciət edib və onların yalnız 40-ı qeydiyyatdan keçib.
qwerty əhli, iştirak edən varmı ?) Mən bu sahə üzrə təhsil alıram, amma heç xəbərim yox idi. Elə indicə xəbər tutub, sizə yazıram.
Комментарии (17)
RSS свернуть / развернутьdeutsch1988
kataloq
mentiqi basha dusdum )))
+1
deutsch1988
Rovshan
Farik
Həmçinin təhsil müəssisələrinə də olimpiada barədə məlumat bildirilib. RİTN bu olimpiadanı təşkil edir, lakin iştirakçıları nazirlik və ya digər qurum yığmır.
Olimpiada haqda məlumatı gizli saxlamaq heç kim fikrində deyil.
Düzdür, tələbələrin olimpiada barədə bilməməsi heç də yaxşı hal deyil, lakin ən azından İT sahəsində təhsil alan tələbələr İT sahəsində fəaliyyət göstərən qurumun saytına heç olmasa 10 gündən bir daxil olması, fikrimcə, pis olmazdı.
Təəssüf hissi yaradan odur ki, hətta belə bir müsbət addımda insanlar tənqid üçün nə isə tapır…
Rovshan
Nəyə görə belə bir ad şeçimi olunub deyə düşündüm, cavabını tapa bilmədim və nəyə görə ritn.az ve ritn.gov.az domenləri alinıb sayta istiqamətləndirilmədiyini də başa düşə bilmədim. Domen adların qeydiyyatına məhdudiyyət qoymaqdansa, qurumun saytı üçün mirror domenlər alınsaydı, hamı üçün daha asan olardı.
Nə isə… Sayta daxil oldum. Ana səhifədə olimpiada ilə əlaqəli bir xəbər tapa bilmədim. Axtarışda «olimpiada» sözünü axtarmağa çalışdım. 4 ədəd Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tapılsa da, sözü gedən Olimpiadanın elanını tapa bilmədim.
Düşündüm ki, bu elandırsa, axtarışda çıxmasa da, Elanlar arxivində yer almalıdır. Elanlara daxil olub, orada sadəcə ən son elanın yerləşdirildiyini gördüm. Əvvəlki elanlara baxmaq üçün «Bölmənin materialları» keçidindən faydalanmaq istəsəm də, bir nəticə əldə edə bilmədim, çünki açılan menyuda CSS və JavaScript problemi varıydı, oxunmur və səhifələmə işləmir.
Problemlərin işlətdiyim Google Chrome browserinə aid olduğunu düşünərək saytı IExplorerda açıb yoxladım. Menyu işlədi, amma elanlar arasında Olimpiada haqqında elanı yenə tapa bilmədim…
Nəticə: İT sahəsində fəaliyyət göstərən bir insan olaraq, belə bir İT qurumunun belə bir saytına daxil olmaq istəmərəm…
kataloq
Məlumatın saytda olmadığı barədə sözlərimi geri götürürəm, amma saytın naviqasiyası haqqında bütün iradlarım quvvədədir.
kataloq
İradlarınıza gəldikdə — həqiqəti demək lazımdır, çoxları ilə razılaşıram. ritn.gov.az və mcit.gov.az domenlərinin alınması və işə salınması məsələsi aktualdır. Buna diqqətimiz hələ bir neçə vaxt bundan əvvəl yönəlmişdir. Və bu məsələ, ümid edirəm ki, bir azdan həll olunacaq.
Naviqasiya problemlərinə gəldikdə — demək istəyirəm ki, orada “Elanlar”dan savayı “Musabiqə” bölümü də mövcuddur:)
Dərinliklərinə getmək istəmirəm, düzünü desəm, saytın yenilənməsi üzrə işlərə başlanılıb. Tam yeni naviqasiyalı və dizaynlı saytın yaradılması planlaşdırılır. Bəlkə yeni domenlər də o zaman istifadəyə verilər.
Lakin bunlara baxmayaraq, sayt işlək vəziyyətdədir...düşünürəm ki, iradsız iş olmaz…
Rovshan
kataloq
Rendorf
Farik
Rendorf
Farik
Rendorf
Farik
Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.