Adobe Reader və Flash-də ciddi zəifliklər tapılıb

Yəqin ki dünən Biotin tərəfdən Adobe məhsullarının yenilənməsi haqda səsvermənin açılması elə belə edilməyib. Bu gün şirkətin informasiya təhlükəsizliyi direktoru Bred Erkinin (Brad Arkin) bildirdiyinə görə, Adobe Reader 9.x və Flash Player 10.0.45.2 versiyalarında ciddi zəifliklər tapılıb ki, bu da xakerlərin kompüteri sındırmaqda maneə yaratmır. O bildirib ki, Adobe məhsulları krossplatformalı olduğu üçün, son zamanlar xakerlərin nəzərini cəlb edir.

Adobe şirkətindən bildiriblər ki, Flash Player 10.1 Release Candidate, Adobe Reader 8.x и Acrobat 8.x versiyalarında bu problem yoxdur. Zəiflik olan məhsullar üçün ha vaxt yenilik çıxacağı məlum deyil.

Symantec şirkətinin məlumatlarına görə, Adobe Reader və Flash Player məhsulları xaker hücumları üçün əsas hədəfdirlər. Yadınıza düşürsə, bu yaxınlarda Apple şirkətinin direktoru Stiv Cobs (Steve Jobs) Adobe Flash-də təhlükəsizliyin çox aşağı səviyədə olduğunu bildirmişdi…

//cnews.ru

Brauzerlərinizdə Adobe Flash yeniliyini gözləyin :D
  • +1
  • 07 июня 2010, 13:28
  • Farik

Комментарии (1)

RSS свернуть / развернуть
+
0
Flash Playerin son beta versiyalarinin bashqa problemleri de choxdu, bir versiyada online videoya baxarken full screen ishleyirse, digerinde ishlemir… xeyli muddetdi beledir, gorek ne zamana duzelecek…
avatar

shadli

  • 09 июня 2010, 17:05

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.