Kasperski laboratoriyasından - antiCryzip (PULSUZ kömək)

Kaspersky laboratoriyası yeni yaranmış Cryzip troyanı haqda məlumat yayıb. Məlumata görə, bu troyan kompüterdə yerləşən faylları şifrələnmiş arxiv (.zip) şəklinə salır.

Bu troyana yoluxma, böyüklər üçün (18+) nəzərdə tutulmuş pornoqrafik saytlardan düşür. Trojan kompüterə düşdükdən sonra, onlarla populyar fayl növləri olan, .rar, .zip, .7z, .pdf, .djvu, .txt, .xls, .xlsx, .rtf, .doc .docx, .htm, .html, .mht, .jpg, .jpeg və s. tipli faylları .zip şəklində şifrələyib saxlayır. Hər bir yaradılmış fayl, faylınadı_crypt_.rar şəklində olur və originalı qaytarmaq imkanı olmadan silinir. Arxivin şifrəsini öyrənmək, istifadəçiyə sms yolu ilə 2000 rubla (~ 50 AZN) başa gəlir.

Proqramm mart ayının 13-ü aşkar edilib və Trojan-Ransom.Win32.Cryzip.c adını alıb. Laboratoriya, öz istifadəçilərindən bazaları yeniləməyə çağırır.
Kaspersky Laboratoriyasından verilən məlumata görə bu trojan yalnız Russiyada deyil, MDB ölkələrində, Latvia, Polşa, Moldova, Misir, Fransa, Hindistan, İtaliya, Meksika, Səüdiyyə Ərəbistanı, İspaniya, ABŞ, Ukrayna və s. ölkələrdə də yayılıb.

Trojana yoluxmuş istifadəçilərin, öz fayllarını pulsuz deşifrləmə imkanı, Kaspersky Laboratoriya tərəfindən təmin edilib. Bunun üçün, deşifrləmə ünvanı üzrə keçib, orada yerləşən generator köməyilə sizə lazım olan şifrəni əldə edə bilərsiniz. Deşirflənmə yolu:

1. Birinci boşluqda «cryzip» yazmaq lazımdır (işarələrsiz)
2. «Текст сообщения» boşluğunda isə, sizin kompüterinizdə, trojan tərəfindən yaradılmış «Как вернуть ваши файлы» təlimatı üzrə yönləndirilən, auto_rar_report.txt faylı vardır. Bu faylda yerləşən "İdentifikator (ID)" götürüb əlavə etmək lazımdır. «ID — identifikasiya şifrəsi»


//cnews

Yəqin ki köməyiniz olar. Təşəkkürü, Kaspersky Laboratoriyası saytında bildirə bilərsiniz.
  • 0
  • 22 марта 2010, 12:23
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.