iPhone yaradıcılarından biri şirkəti tərk edir...

iPhone və iPad yaradıcılarından biri sayılan Toni Faydel (Tony Fadell) şirkəti tərk etmək fikrindədir. O, 2008-ci ildə artıq vitse-prezident rütbəsindən imtina etmişdi, yalnız yenə də, baş məsləhətçi postunda fəaliyyət göstərirdi.

Bu haqda məlumatı NYTimes yayıb. Məlumata görə, bu haqda Toni Faydel özü rəsmi olaraq məlumat verəcəkdir.

O, şirkətdə 9 ildən çox işləmişdi, iPod və iPhone yaradıcısı idi. 2008-ci ildə vitse-prezident rütbəsindən getsə də, yenə də Stiv Jobsun (Steve Jobs) baş məsləhətçisi kimi fəaliyyət göstərirdi…

Analitiklərin sözlərinə görə, Stiv Jobsu həmişə şirkətin innovasiya mənbəyi kimi göstərsələr də, Toni Faydeldə bu yolda böyük rol oynamışdır. O ilk dəfə sərt diskli rəqəmsal musiqi oxuducusunu (player) kəşf etmiş və Real Networks şirkətinə gətirmişdir. Bir qədər sonra, müdriyyət ilə problemlər üzündən Faydel bu şirkəti tərk etmişdir.

Faydel Apple şirkətinə 2001-ci ildə gəlmiş və Apple iPod istehsalı üzrə ilk mühəndis olmuşdur. İlk vaxtlar o Con Rubinşteynin (Jon Rubinstein) rəhbərliyi altında fəaliyyət göstərmişdir. Bu vaxta qədər elektronika istehsal edən Fuse şirkətində işləmişdir.

2006-cı ildə Faydel şirkətin vitse-prezidenti rütbəsinə layiq görülmüşdür. Hal-hazırda o, 20-dən çox patentin müəllifidir.

Toni Faydel bu ayrılıq barədə heç bir şərh vermək istəməyib, yalnız gələcək planları barədə NYTimes müxbiri ilə paylaşıb. "Əsas diqqəti mən ətraf mühitə, yaşıl texnologiya işlədən şirkətlərdə fəaliyyət göstərərək ayıracaqam. Mən nəvələrimə iPad və iPhone istehsalındanda başqa əhvalatlar danışmaq istəyirəm" deyə Toni Faydel bildirib.

zedomax.com/blog/wp-content/uploads/2008/05/emergency-exit-usb-1.jpg
  • 0
  • 31 марта 2010, 08:48
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.