Day.Az yeni nəticələr açıqladı

Bu günlərdə Day.Az öz servisləri haqda yeni xəbərləri açıqladı. Bilməyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, Day.Az layihəsi 2003-cü ildən fəaliyyət göstərir və öz fəaliyyəti zamanı internet KİV-ləri içərisində ən populyar informasiya xidmətidir. İnternet KİV 3 dildə fəaliyyət göstərir. Azərbaycan, rus və ingilis. Layihə aşağıdakı servisləri təqdim edir:

1. Xəbərlər 2. E-poçt 3. MyDay 4. Hava məlumatı 5. Yumor 6. TV proqram 7. Bürclər 8. Yuxular 9. Tərcüməçi 10. Oyunlar 11. Avia reyslər 12. Musiqi 13. İdman 14. Day Chrome 15. Reytinq 16. Bloqlar 17. Afişa 18. Day.Az Radio 19. İş 20. DayTube 21. Foto 22. Banklar

Hə, indi isə keçək əsas mətləbə… Bu günlərdə Day.Az öz servisləri haqda açıqlamalar verib. Portal rəsmilərinin verdiyi açıqlamaya görə, @day.az elektron poçt xidmətindən artıq 95.000 çox istifadəçi yararlanır. Bu da özlüyündə pis nəticə deyil. @Day.Az elektron poçt xidməti, öz rahatlığı, limitsiz poçt həcmi, viruslardan və spamlardan qoruma xidmətlərini təklif edir.

Portalın digər servisi olan My Day — 2010-cu ilin yay ayında istifadəyə verilib. Özündə sosial şəbəkə əks etdirən servis, artıq 110.000 istifadəçini özündə cəmləşdirməyi bacarıb. Sözün düzü, çox inanmaq istəyərdim ki, bu 110.000 istifadəçinin çoxu bot və yaxud tvinklər olmasın. Birdə əgər day.az rəsmiləri bu postu oxusalar, çox xahiş edərdim ki, bu My Day haqda mənə spam etməsinlər. Bezmişəm qız niklərindən bu servis haqda məlumat almağa :) Mənə xarici social network-lar daha rahatdır, nəyə görə? Çünki mən orada xarici istifadəçilər ilə əlaqə qurub, həm biliklərimi artırıram, həm yeni informasiya əldə edirəm.

Sonuncu açıqlama, portalın Azərbaycan dilli layihəsi haqqındadır. Hamınıza tanış olan Milli.az haqqında Qaynar.info -ya açıqlamanı, Day.Az media kompaniyasının direktor müavini Sevda İlhamqızı bildirib. O bildirib ki, bir neçə reklam kompaniyalarının Milli.az portalı barədə pis məlumatların verilməsi xoş gəlmir. «Biz bu hadisə ilə bağlı öz təəssüfümüzü bildiririk və layihəyə reklam agentliklərinin daha dəqiq və düzgün qimət verilməsinə çağırırıq». Bu sitatları yoxlamaq üçün Google Analytics nəticələri təqdim edilib:

Misal üçün Milli.Az portalında aprel ayında 486 693 izləyici qeydə alınıb, səhifə izlənməsinə görə isə bu göstətici 3,820,744 -dir. İyun ayında bu göstərici 469 973, baxılmış səhifələr — 4,158,297. Eləcədə Day.Az kompaniyası tərəfindən təqdim edilən, beynəlxalq servis olan Mernik Research nəticələrinə baxıb, qiymətləndirə bilərsiniz: top.day.az/#ALL/news/today/hits/

//discuss
  • 0
  • 02 августа 2011, 15:57
  • Farik

Комментарии (5)

RSS свернуть / развернуть
+
-1
йцу уже совсем не торт
avatar

Cluster

  • 02 августа 2011, 16:30
+
0
как это понимать?
avatar

fredtz

  • 02 августа 2011, 19:36
+
0
Я сам вообще не понял) причем тут дей.аз и йцу)
avatar

Farik

  • 03 августа 2011, 00:11
+
0
Ну прям так расхвалили почту дей.аз. Это ж яндексовая почта! Я таким же макароном зарегистрирую домен и прикручу к gmail и тоже буду во все стороны кричать и хвастаться, что «МОЯ» почта самая крутая! А сколько там фитч! Ууууу!!!

ИМХО.Вот если бы они свою реализацию такого же качества реализовали, то был бы им респект!
avatar

motakuji

  • 03 августа 2011, 14:48
+
0
*макаром
avatar

motakuji

  • 03 августа 2011, 19:32

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.