Mobil operator saytları? Hm =(

Hamınızı salamlayıram. Bu günkü mövzumuz mobil opeator saytlarından olacaq:

— Bakcell — Bu yaxınlarda saytlarının yeniləşdirdikdən sonra, müştəri rəğbəti qazanılıb
— Azercell — Uğurlu rebrendingdən sonra uğursuz sayt yeniliyi
— Narmobile — Sayt açıldığı gündən yenilənməyib: © 2006 Azerfon LLC

Bakcell yeni 2.0 veb stilində sayt buraxdıqdan sonra, istifadəçilər müsbət rəy bildirməyə başladılar.


Problem?
1. Saytda flash texnologiyasından bir az çox istifadə edildiyi üçün, saytın gec açılması
2. Axtar və aşağıda e-mail rss yazılma düyməsi bir az axıb:

Başqa heç bir problemə rast gəlmədim, amma xəbəriniz yoxdursa, sizin üçün gözəl yenilik təqdim edim:

Yuxarıda «Qeydiyyatdan keçmək» düyməsi var. Düzdü sadəcə «Qeydiyyat» olsaydı daha yaxşı olardı. O düyməyə basıb qeydiyyatdan keçirsiniz. (Yalnız Bakcell istifadəçiləri üçün*)



Öz bakcell nömrənizi daxil edib, davam edin. Sonra sizə sms-lə aktivləşdirmə kodu gələcək. Aktivləşmə kodunu qeydiyyat səhifəsində əlavə edəcəksiniz. Qeydiyyatdan keçəndən sonra e-maildən hesabınızı aktivləşdirib — daxil olun…

Niyə? =) Bax buna görə:

Sms göndər düyməsinə keçib nə görürük? Görün:



Bakcellin bu servisinin daha bir üstünlüyü odur ki, həm Azercell (050, 051), həm də Nar (070) nömrələrinə sms göndərmək olur. Limit 1 günə 5 smsdir.

Saytın footer-i xarici saytlar kimi çox genişdir. Məsələn: joomla.org

Keçək Azercell saytına… Temkanın düzəltdiyi sadə dizayna n qədər pul verdikdən sonra, bu dəfə Telia Sonera-in bütün operatorlarında işlətdiyi dizayn təqdim edilib. Amma nətəəər təqdim edilib. Sözün düzü uğursuz.



Saytın kənarında olan skrolları görürsünüz… Saytın eni vallah bilmirəm neçədir. Çünki 1024 ekranlı netbookdan istifadə edirəm. Heç bir rahatlıq görmürəm… Bakcellin o boyda footerindən sonra, Azercelldə heç bir millimetrdə footer yoxdu. Baxın:



Sonra, SMS göndər və s. səhifələr də elə bu gündədi. Sayt rusların sözü ilə, rezinoviy deyil… Hələ bu səhifə dəhşətdi lap:
subscriber.azercell.com/localeChanger.do?locale=az

Sonra, Xəbərlər səhifəsini mən heç tapa bilmədim… Axı belə olar?…
Texniki problemlərin çoxunu aşağıdakı mövzuda araşdırmışdılar bizim uşaqlar. Tanış ola bilərsiniz:
qwe.az/blog/mobo/2075.html

— Narmobile saytına keçək… Çoxdandı yenilənməyən sayt:


Xəbərlər düyməsi yenə də aşağıda, saytın orta kalonkasında, sadə bir link kimi qeyd edilib… Çox narahatdır:

«Bütün xəbərlər və press relizlər»

Biznes üçün və Tərəfdaşlıq səhifələrində hansısa flash bannerlər çıxır. Başım çıxmadı necə biznes tərəfdaşlıq etmək olur bu bannerlər köməyilə… Elə «Sizin üçün» düyməsidə hansısa bir reklamı yaymaq üçün yuxarıya qoyulub…

Məncə o yuxarı menüləri daha uğurlu bir keçidlərlə təchiz etmək olardı… Nəsə özləri bilərlər. Təki mövzunu oxuyub bir nəticə çıxarsınlar…

İndi isə Azercell saytına qayıdaq. Bunu mövzunun axrına saxladım ki, daha da maraqlı olsun. Twitterə yazanda ki, Azercell-in saytı bərbad vəziyyətdədi (убого) — belə bir cavab aldım:

@sergey_akbarov @farikus Убого — это скролл на разрешении 15шки? Хм…

Başa düşürəm, Azercellin texniki komandasının üzvü olanda belə cavablar gəlir, amma işləmək lazımdır… Davamında faktlarıma belə bir tvit cavab gəldi:

@sergey_akbarov С @farikus-ом встревать не хочу — не вижу смысла доказывать что-то незнакомцам.

Day nə dokazat edəcəksiniz ki? Sizə şablon veriblər, sizdə əyri-üyrü qoymusunuz. Məncə hər-hansısa veb-xidmət göstərən studiyaya versəydiz, normal şəkilə gətirilərdi. Bu şablona misal gətirim? Buyurun:

www.geocell.ge/en/



www.kcell.kz/ru/



www.moldcell.md/eng/



Telia Sonera təqdim etdiyi bu şablon, çox gümanki bizdədə bu yaxınlarda Azercell tərəfindən normal şəkilə salınacaq ki, bizdə adam kimi istifadə edək. Birdə, əgər oxuyursunuzsa bu xəbəri, Xəbərlər düyməsini əlavə edin xahiş edirəm. Mənə bu düymə çox lazım olur. Onu da qeyd edim ki, yuxarıda göstərilən bütün operatorların saytlarında, footer normal şəkildə çəkilib, və © qoyulub.

Edit: RT: @punkito: @farikus отлично. только шаблон (как и группа компаний) не Turkcell, а Telia Sonera:)
  • +1
  • 01 июня 2010, 13:24
  • Farik

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
5sms belə baxanda azdır =) Təklif edərdim ki, həftəlik heç olmasa sms yığılsın.Yəni bu gün 5 sms istifadə etmədimsə,sabaha 10 sms olsun.Həftə ərzində ümumi 35 sms edir =) Həftənin 1ci günü təzədən 5 sms dən =) Maraqlı olardı! =) Saytlarına gələndə isə Bakcell-in saytı az çox yenə də stabil və təhlükəsizlik sistemi ilə qurulub. Bircə xırda səhv odur ki, sms göndərəndə, saytın footerində də yazılır, «SMS göndərildi». Bilmirəm o yazı profaylinqdən qalıb ya «fiça»-dır =)
avatar

AzeriFire

  • 01 июня 2010, 13:50
+
0
Saytların quruluşu barədə gözəl fikirlər söylədin. Azercell-in saytı yeni dəyişib və hal-hazırda saytda müxtəlif problemlər var, amma inanıram üzərində işləyirlər və düzələck. Bir çox bölmələr ümumiyyətlə açılmır. Bakcell-in «Dəyişək, inkişaf edək» lozunqu təkcə saytında özünü göstərir, xidmətlərində isə əksinə. Müasir zamanda mms xidməti olmayan operator hansı inkişafdan danışır bilmirəm :) Sözüm onda yox, demək istəyirdim ki, saytlarda texniki və digər problemlərdən əlavə də məlumatların yenilənmə sürəti də çox zəifdi. Bunu bütün operatorların saytlarında dəfələrlə görmüşəm illər boyu. Bu sahəyə son zamanlar Azercell daha çox diqqət yetirir və operativ olaraq yeniləyir. Bakcell də son zamanlar sayt üzərində intensiv işlər aparırlar. Əvvəllər isə saytlarını demək olar dondurmuşdular.
Bir də ki, saytlardakı çoxsaylı orfoqrafik səhvlərin olması məni çox məyus edir. «Ruskoyazıçnı»-lar yığırlar deyəsən saytları. Bakcell-in saytında «Novzur hədiyyələri» adlı kampaniyanın qaliblərinin adları olan siyahı göstərilib. Siyahının sonlarındakı ad və soyadlara baxanda lap əsəbləşir adam. Lap "çat dilində" doldurulub. "Ə" hərfi çox yerdə «e» hərfi kimi, «q» hərfi «g» hərfi kimi, "ı" hərfi «i» hərfi kimi, «c» hərfi «j» hərfi kimi, "ğ" hərfi «g» hərfi kimi və s. yazılıb. Hərdən olur ki, adın özü şəxsiyyət vəsiqəsində səhv olur, amma inanmıram Bakcell-dən hədiyyə udanların əksəriyyəti bu kateqoriyaya aiddir :)
avatar

Tenqo

  • 01 июня 2010, 18:24
+
+1
Считаю, что самый лучший сайт, это старая версия Azercell.Во-первых дизайн, во-вторых удобство. Можно было найти то, что ищешь (хотя там тоже умудрялись запрятать). Новая версия — тихий ужас. Мало того, что не доделан в плане дизайна, так ещё и контента нет.

Нар — в принципе привыкнуть можно, хотя это, считаю не дело. Дизайн ужаснейший, ИМХО.
А новая версия Баксель — очень нравиться, и вроде всё что там до сих пор искал — находил. Единственный минус — информация о нововведениях, о новшествах и т.д. появляется в последнюю очередь.
avatar

Jav

  • 01 июня 2010, 23:41
+
+1
Круто, Молдселл спонсировал концерт Тиесто? Интересно, как можно уломать Азерселл на Армина?
avatar

anarek

  • 02 июня 2010, 17:43

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.